69
5.2. İşçi xidməti vəzifələrini icra edərkən bütün hallarda dövlət
maraqlarını və ictimai marağı öz şəxsi maraqlarından üstün
tutmalıdır. Vergi orqanlarının nüfuzunun, vergi işçisinin adının
yüksəldilməsinə, vergi ödəyicilərinin vergi orqanlarına olan
inamlarının artırılmasına çalışmalıdır.
5.3. İşçilər xidməti vəzifələrini icra edərkən və ya işdən kənar
vaxtında peşə xidmətinin adını uca tutmalı, iş yerində, asudə
vaxtlarında, ictimaiyyət arasında və ailə-məişət daxilində vergi
orqanının nüfuzuna xələl gətirən hərəkətlərə yol verməməlidir.
5.4. İşçi öz fəaliyyətini işə götürülərkən bağlamış olduğu əmək
müqaviləsi, mövcud vergi siyasəti və vergi qanunvericiliyi
əsasında qurmalı, bu fəaliyyətə xələl gətirə biləcək hərəkətlərdən
çəkinməlidir. Onun iş fəaliyyəti ilə əlaqədar almış olduğu
tapşırıqlar ailə üzvlərinin, yaxın qohumlarının və digər ona yaxın
şəxslərin iş fəaliyyətini əhatə etmiş olduğu halda, xidməti
fəaliyyətini dayandırır və təxirə salmadan bu barədə ona tapşırıq
verən şəxsə məlumat verməlidir.
5.5. İşçinin Kodeksin tələblərini pozmasını hər hansı bir
müddəanı başa düşməməsi ilə əlaqələndirilməsi onu
məsuliyyətdən azad etmir.
5.6. Əməkdaşların xarici görünüşü ətrafdakıların onlara
münasibətinə və vəzifələrinin yerinə yetirilməsinə təsir etdiyi
üçün geyim forması onların vəzifəsinə, müəyyən edilmiş
standartlara uyğun, təmiz və səliqəli olmalıdır.
Fəsil 6. Hədiyyələr və digər imtiyazlar
6.1. Əgər işçiyə təqdim olunan hədiyyələr birbaşa və ya dolayısı
ilə onun xidməti vəzifəsinə təsir göstərmək üçün nəzərdə
tutulmuşdursa, o bu hədiyyələri qəbul etməməlidir.
6.2. Heç bir rəis tabeliyində olan işçidən şəxsi istifadəsi üçün heç
bir dəyərli əşya, hədiyyə, ianə və ya maddi yardım istəməməlidir.
6.3. Heç bir işçi xidməti vəzifəsinin icrasının müqabilində vergi
ödəyicisi olan fiziki və ya hüquqi şəxsdən qiymətli şey ala bilməz.
70
İşçi tərəfindən alınmış borclar borc verən şəxs tərəfindən
müəyyən edilmiş müddətdə qaytarılmalıdır.
6.4. Heç bir işçi, müstəsna hallar istisna olmaqla, özündən yüksək
vəzifədə olan şəxsə qiymətli əşya (hədiyyə) verə bilməz.
6.5. Müstəsna hallarda, yəni birbaşa rəisin və ya işçinin ad günü,
evlənmə günü, uşağı olması, xəstələnməsi, daha yüksək vəzifəyə
təyin olunması və s. ilə əlaqədar ona işçi və ya digər şəxs
tərəfindən verilən əşyanın (hədiyyənin) dəyəri əlli beş manatdan
artıq olmamalıdır.
6.6. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il
ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli
beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə
bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti
vəzifəsini (səlahiyyətlərini) həyata keçirdiyi vergi orqanına
məxsus hesab edilir.
6.7. Tutduğu mövqeyi nəzərə alaraq işçi ona təklif oluna biləcək
rüşvətlər və ya göstərilə biləcək təzyiqlərə qarşı ayıq-sayıq
olmalıdır.
6.8. İşçi xidməti vəzifəsini icra edərkən ona hər hansı bir qiymətli
hədiyyə, hər hansı imtiyaz, yaxud üstünlüklər təklif olunarsa işçi
bu barədə öz rəisinə yazılı məlumat verməli, məlumat rəis
tərəfindən dərhal Daxili təhlükəsizlik idarəsinin rəisinə
çatdırılmalıdır.
6.9. Vergi orqanının rəhbəri tərəfindən səlahiyyətləndirildiyi
hallardan başqa digər hallarda işçilərə nazirliyə məxsus olan
avadanlıqlardan istifadə olunması qadağandır.
6.10. Vergi orqanının əməkdaşının ailə üzvləri və ya yaxın
qohumları ilə Vergilər Nazirliyi üçün hər hansı bir işin
görülməsinə dair qanunvericiliyin tələblərinə zidd olan
müqavilənin bağlanması yolverilməzdir.
6.11. Vergi orqanlarının vəzifəli şəxslərinə xidməti fəaliyyəti ilə
əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulmayan hər hansı
imtiyazların və güzəştlərin əldə edilməsi qadağan olunur.
Fəsil 7. Kompüterdən istifadə və məlumat təhlükəsizliyi
71
7.1. İşçilər qeyri-qanuni məlumat əldə olunmasının qarşısını
almaq məqsədilə istifadəsində olan, nazirlik üzrə ümumi
şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki
məlumatları qorumağa, öz şəxsi maraqları naminə, habelə həmin
vergi işçisi tərəfindən vəzifə öhdəliklərinin icra edilməsi ilə
əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməyə
borcludurlar.
7.2. İşçilər istər elektron versiyada, istərsə də digər formada
saxlanılma formasından asılı olmayaraq vergi ödəyicilərinə dair
məlumatları, o cümlədən kommersiya sirrini qorumalıdırlar.
7.3. İşçilər onlara məxsus parolun məxfiliyini qorumalı, parolu
digər şəxslərə verməməli və digər işçilərin parolundan istifadə
etməməlidirlər.
7.4. Nazirlik üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış
kompüterlərdəki məlumatlardan xidməti istifadə ilə bağlı
verilmiş parolların məxfiliyi bu və ya digər səbəblərdən
pozulduqda işçi bu barədə rəisinə yazılı məlumat verməli və
həmin paroldan istifadə kodu bağlanmalıdır.
7.5. Elektron formatda bəyannamələrin təqdim edilməsi ilə bağlı
vergi ödəyicilərinə xüsusi alqoritm vasitəsilə verilən kod, parol
və şifrələrin verilməsi ilə bağlı prosedur qaydalara əməl
olunmalı və məxfilik qorunmalıdır.
Fəsil 8. Digər sahələrdə çalışma
8.1. Vergi işçisi qanunvericiliklə icazə verilən sahələrdən başqa
heç bir sahədə sahibkarlıq fəaliyyətlə məşğul ola bilməzlər.
8.2. İşçi kənar sahədə işləmək üçün rəhbərliyə bu Kodeksə əlavə
olunmuş formalı ərizə ilə müraciət etməlidir.
8.3. Kənar sahədə çalışmaya dair ərizə hər il yenilənməlidir. Əgər
yenilənmək üçün heç bir ərizə təqdim olunmayıbsa, kənar
sahədə çalışma Kodeksin tələblərinin pozulması kimi
qiymətləndirilir.
Dostları ilə paylaş: |