75
14.4. Hər bir rəis tabeliyində olan işçilərdən aldığı qəbzin
surətini çıxarmalı və 10 gün ərzində orijinal nüsxələri etik
davranış məsələləri üzrə səlahiyyətli şəxsə təhvil verməlidir.
Qəbzlərin surəti rəisdə qalmalı və növbəti yeniləşməyə qədər
saxlanılmalıdır. Etik davranış məsələləri üzrə səlahiyyətli şəxs
orijinal nüsxəni işçinin şəxsi qovluğunda saxlamalıdır.
14.5. Hər bir işçi ildə bir dəfə qəbzi yeniləməli və yenilənmiş, bu
sənədə əlavə olunmuş formalı qəbzi yeni il başlayandan sonrakı
10 gün ərzində öz rəisinə təqdim etməlidir.
Fəsil 15. Kodeksin tələblərinin pozulmasına görə məsuliyyət
15.1. Vergi orqanları əməkdaşları bu Kodeksin müddəalarına
müvafiq şəkildə hərəkət etməlidirlər. Kodeksin tələblərinin
pozulmasına görə vəzifəsindən asılı olmayaraq işçilərə
qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehi verilir.
15.2. Kodeksin hər hansı müddəasının pozulmasına görə intizam
tənbehi verilərkən aşağıdakılar nəzərə alınır:
- müddəanın pozulmasının dərəcəsi;
- müddəanın pozulmasının nazirliyin işinin effektivliyinə təsir
göstərməsi;
- işçinin əmək stajı və ailə vəziyyəti;
- işçi və ya üçüncü tərəfdən təqdim olunmuş izahat;
- araşdırma zamanı aşkar edilmiş hər hansı yüngülləşdirici
faktor;
- işçinin birbaşa rəisinin verdiyi xasiyyətnamə.
76
Azərbaycan Respublikasının Mərkəzi Bankı
yanında Maliyyə Monitorinqi Xidmətinin
direktorunun 2010-cu il 1 iyun tarixli F-019
nömrəli Əmri ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidmətinin əməkdaşlarının etik
davranış Qaydaları
I. Ümumi müddəalar
1. Bu Qaydalar Azərbaycan Respublikasının Mərkəzi Bankı
yanında Maliyyə Monitorinqi Xidmətinin (bundan sonra –
Maliyyə Monitorinqi Xidməti) əməkdaşlarının xidmət etikası və
xidmətdən kənar davranışının normalarını, prinsiplərini və
onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.
2. Bu Qaydalar Maliyyə Monitorinqi Xidmətinin bütün
əməkdaşlarına (bundan sonra – əməkdaş) şamil edilir.
3. Əməkdaş öz fəaliyyətində qanunçuluq, humanizm və
demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər
tutaraq bu Qaydalara əməl etməyə borcludur.
II. Əməkdaşlar üçün müəyyən edilmiş etik davranış
prinsipləri
4. Əməkdaş xidməti fəaliyyətini həyata keçirdikdə insanların
hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə
və işgüzar nüfuzuna hörmətin təmin olunmasını (qorunmasını və
müdafiəsini) rəhbər tutmalıdır.
5. Əməkdaş insanların hüquq və azadlıqlarını, qanuni
maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar
77
nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və
hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
6. Əməkdaş insan, cəmiyyət və dövlətin maraqları naminə öz
xidməti vəzifələrini səmərəli şəkildə yerinə yetirməyə borcludur.
Öz xidməti vəzifələrini yerinə yetirərkən əməkdaş səmimi,
çalışqan, intizamlı və təşəbbüskar olmalıdır. Əməkdaş bütün
hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
7. Əməkdaş onun xidməti vəzifəsinə aid olmadığı hallarda,
işlədiyi və digər dövlət orqanlarının, onların rəhbərlərinin
fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla)
tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların
fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
7.1. Əməkdaş açıq çıxışlarla bağlı Maliyyə Monitorinqi Xidməti
tərəfindən müəyyən olunmuş qaydalara əməl etməli və xidməti
vəzifəsi ilə əlaqədar olaraq qanunvericiliklə nəzərdə tutulmuş
məhdudiyyətlərə əməl etməlidir.
8. Əməkdaş ünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən
birbaşa və yuxarı rəhbəri, həmkarları və ya tabeliyində olan
şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli
olmalıdır.
9. Əməkdaş peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri
qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə
çıxarmalıdır.
10. Əməkdaş xidməti vəzifəsini yerinə yetirərkən, o cümlədən
qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman:
10.1. irqinə, milliyyətinə, dilinə, dininə, cinsinə, sosial
mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya
digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər
78
qrupunun üstünlüyünə yaxud belə üstünlüyün əldə edilməsi
üçün şəraitin yaradılmasına yol verməməlidir;
10.2. xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi
bitərəfliyə əməl etməyə borcludur;
10.3. özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti
vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu
cür təsir üçün şərait yaratmamalıdır;
10.4. öz vəzifələrindən kənar, o cümlədən başqa əməkdaşların
səlahiyyətlərinə aid məsələlərə müdaxilə etməməli, onların
icraatında olan sənədlərin icrasına təsir etməyə cəhd etməməli,
maraq göstərməməlidir.
11. Əməkdaş Azərbaycan Respublikasının, Maliyyə Monitorinqi
Xidmətinin və vəzifəsinin nüfuzunu möhkəmləndirməyə,
əməkdaş adını, şərəf və ləyaqətini uca tutmağa borcludur.
12. Əməkdaş xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan
və onun adına xələl gətirə biləcək, habelə Maliyyə Monitorinqi
Xidmətinin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol
verməməli, hər hansı etik normaların pozuntusu təsiri
bağışlayan hərəkətlərdən çəkinməlidir.
13. Əməkdaş etik davranış qaydalarının onun tərəfindən
pozulması nəticələrini aradan qaldırmalı, ictimai etimadın
bərpası üçün tədbirlər görməlidir.
14. Əməkdaş öz fəaliyyətini Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində
və peşəkarlıqla yerinə yetirməyə borcludur.
Dostları ilə paylaş: |