83
olmalı və bu kimi hallarla rastlaşarsa dərhal bu barədə birbaşa
rəhbərinə məlumat verməlidir.
VI. Məlumatların təhlükəsizliyinin təmin olunması
29. Əməkdaş dövlət sirrini və qanunla
mühafizə edilən digər sirri
həmişə, o cümlədən işdən çıxdıqdan sonra da saxlamalıdır.
30. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla,
əməkdaş xidməti vəzifələrinin icrası ilə bağlı vətəndaşların,
habelə digər əməkdaşların şəxsi həyatı barədə ona məlum olmuş
məlumatların konfidensiallığını təmin etməlidir.
31. Əməkdaşlar qeyri-qanuni məlumat əldə olunmasının
qarşısını almaq məqsədilə istifadəsində olan, Maliyyə
Monitorinqi Xidməti üzrə ümumi şəbəkəyə qoşulmuş və ya
qoşulmamış kompyüterlərdəki məlumatları qorumağa, öz şəxsi
maraqları naminə, habelə həmin əməkdaş tərəfindən vəzifə
öhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayan digər
məqsədlər üçün istifadə etməməlidirlər.
32. Əməkdaşlar istər elektron versiyada, istərsə də digər
formada saxlanılma formasından asılı olmayaraq bank,
kommersiya və dövlət sirrini qorumalıdırlar.
33. Əməkdaşlar onların istifadəsinə verilmiş kompyüterlərə
məxsus şifrənin məxfiliyini qorumalı, şifrəni digər şəxslərə
verməməli və digər əməkdaşların şifrəsindən istifadə
etməməlidirlər.
34. Maliyyə Monitorinqi Xidməti üzrə ümumi şəbəkəyə
qoşulmuş və ya qoşulmamış kompyüterlərdəki məlumatlardan
xidməti istifadə ilə bağlı verilmiş şifrələrin məxfiliyi bu və ya
digər səbəblərdən pozulduqda əməkdaş bu barədə birbaşa
84
rəhbərinə və ya İnformasiya texnologiyaları şöbəsinə məlumat
verməli və həmin şifrədən istifadə kodu bağlanmalıdır.
VII. Başqa fəaliyyətlə məşğul olma
35. Əməkdaş elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna
olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz.
36. Əməkdaş elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul
olmaq üçün Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyinə bu
qaydalara əlavə olunmuş forma üzrə ərizə ilə (Əlavə № 1)
müraciət etməlidir.
37. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün
ərizə hər il yenilənməlidir. Əgər yenilənmək üçün heç bir ərizə
təqdim olunmayıbsa, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə
məşğul olmaq bu Qaydaların tələblərinin pozulması kimi
qiymətləndirilir.
38.
Əməkdaşlar
Maliyyə
Monitorinqi
Xidmətindəki
fəaliyyətlərinə və iş qabiliyyətlərinə mənfi təsir göstərən kənar
fəaliyyətdən çəkinməlidirlər.
VIII. İctimaiyyətlə qarşılıqlı əlaqə
39. Əməkdaş Maliyyə Monitorinqi Xidməti tərəfindən müəyyən
edilmiş hallarda və qaydada, Maliyyə Monitorinqi Xidmətinin və
onun vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti
məlumatlandıran
kütləvi
informasiya
vasitələri
nümayəndələrinin doğru (dürüst) məlumatlar almasına
köməklik göstərməlidir.
40. Əməkdaşlar Maliyyə Monitorinqi Xidmətinin işi və siyasəti
haqqında kütləvi-informasiya vasitələrinə yalnız Maliyyə
86
Respublikasının Qanununda müəyyən edilmiş monitorinq
iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər ilə
maraqların toqquşması hallarına yol verməməlidir. Əməkdaş
kredit təşkilatlarında olan maliyyə öhdəlikləri barəsində Maliyyə
Monitorinqi Xidmətinin rəhbərliyini məlumatlandırmalıdır.
47. Əməkdaş öz ailə üzvlərinin, habelə sosial və digər
münasibətlərin onun xidməti fəaliyyətinə təsir etməsinə yol
verməməlidir.
48. Əməkdaş heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta
bilməz.
XII. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin
olunması
49. Əməkdaşlar bu Qaydaların müddəalarına müvafiq şəkildə
hərəkət etməlidir.
50. Əməkdaş tərəfindən bu Qaydalara əməl olunması üçün
davranışının uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri
tərəfindən müntəzəm təhlil edilir və bu əsasda müvafiq tədbirlər
görülür.
51. Əməkdaşlar tərəfindən bu Qaydalara əməl olunmasına
ümumi nəzarət İcra aparatı vasitəsilə həyata keçirilir.
52. Bu Qaydaların tələblərinə əməl etməklə bağlı əməkdaşın
üzərinə düşən öhdəliklər bunlardır:
52.1. hər bir əməkdaş bu Qaydaların bütün müddəaları ilə tanış
olmalı, onların konkret halda necə tətbiq olunduğunu
bilməlidir;