79
15. Əməkdaş etik davranışı və öz peşəkar fəaliyyəti ilə hüquqi və
fiziki şəxslərin Maliyyə Monitorinqi Xidmətinə inamını artırmalı
və möhkəmləndirməlidir.
16. Əməkdaş xidməti fəaliyyəti ilə bağlı öz peşəkarlığının daimi
olaraq və planlaşdırılmış şəkildə artırılması üçün tədbirlər
görməlidir.
III. Əməkdaşların xidməti davranışı
17. Əməkdaşın xidməti davranışı qanunvericiliklə ona verilmiş
hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə
əlaqədar fəaliyyətidir.
17.1. Əməkdaş icra və əmək intizamına əməl etməli, iş vaxtını
xidməti vəzifəsindən kənar işlərə sərf etməməli, üzrsüz
səbəbdən işdən yayınmamalıdır.
18. Əməkdaş birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan
və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və
ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.
18.1. Əməkdaş birbaşa və ya yuxarı rəhbər tərəfindən ona
verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər
normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı
əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir.
O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı
şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən
yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq
almasına baxmayaraq, əməkdaş onların qanuna, yaxud digər
normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o,
həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən
imtina edə bilər.
80
18.2. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam
məsuliyyətinə səbəb olur.
19. Əməkdaş subordinasiya məsələlərinə diqqət yetirməli,
şikayət halları istisna olmaqla, yuxarı rəhbərinə yalnız birbaşa
rəhbəri vasitəsilə müraciət etməlidir.
20. Əməkdaş öz vəzifəsi ilə bağlı tədbirlərdə iştirakı barədə
əvvəlcədən bilavasitə rəhbərini məlumatlandırmalıdır.
21. Əməkdaş istifadəsində olan dövlət əmlakından, maliyyə
vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya
sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki
təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə
etməlidir.
21.1. Əməkdaşa dövlət əmlakından, maliyyə vəsaitlərindən,
rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən,
nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat
avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti
vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün
istifadə etməsi qadağandır. Əməkdaş xidməti fəaliyyəti zamanı
əldə etdiyi məlumatları şəxsi maraqları üçün, habelə elmi və
pedaqoji fəaliyyətində istifadə edə bilməz.
22. Əməkdaş xidməti vəsiqəsinin saxlanılmasında məsuliyyətli
olmalıdır.
22.1. Əməkdaşın xidməti vəsiqəsindən birbaşa və ya dolayısı ilə
hər hansı bir şəxsə təsir göstərmək, özünün və ailə üzvlərinin,
habelə başqalarının mənfəət əldə edilməsi üçün istifadə oluna
bilməz.
81
23. Əməkdaş xidməti fəaliyyəti zamanı müvafiq nəzarəti həyata
keçirərkən bu Qaydalarla müəyyən edilmiş bütün normalara, o
cümlədən aşağıdakılara əməl etməlidir:
23.1. Əməkdaş «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan
Respublikasının Qanununda müəyyən edilmiş monitorinq
iştirakçıları və onların qohumları (yaxınları) ilə xidmətdənkənar
münasibətlər qurmamalıdır;
23.2. monitorinq iştirakçılarının işgüzar nüfuzuna hörmətlə
yanaşmalı, onların işgüzar nüfuzunu ləkələyə biləcək, şərəf və
ləyaqətini alçalda biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol
verməməlidir;
23.3. vəzifələrini yerinə yetirərkən qanunu və ədalətliliyi rəhbər
tutmalıdır;
23.4. dövlət, xidməti, peşə və kommersiya sirri təşkil edən və
qanunla qorunan məlumatları yaymamalıdır;
23.5. özünün vəzifə borclarını yerinə yetirməsi ilə yüksək
nümunə göstərməli və monitorinq iştirakçılarının rəğbətini
qazanmalıdır.
IV. Əməkdaşların korrupsiyaya qarşı davranışı
24. Əməkdaş tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi
nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş
hərəkətlər (hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək
qadağandır.
24.1. Əməkdaş onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya
qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya
82
güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər
görməlidir.
25. Əməkdaş qanunsuz maddi və qeyri-maddi nemətlər,
imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan
imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və
ya güzəştlər əməkdaşa ondan asılı olmayan səbəblərdən
verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli,
maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun
işlədiyi quruma akt üzrə təhvil verilməlidir.
25.1. Tərəflərdən biri Maliyyə Monitorinqi Xidməti olan
əqdlərdə əməkdaş digər tərəf ola bilməz.
26. Əməkdaş xidmət etdiyi dövrdə maraqların toqquşmasına yol
verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi
maraqları üçün istifadə etməməlidir.
26.1. Əməkdaş işə qəbul edilərkən və bundan sonrakı müddətdə
etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və
maraqların toqquşmasının qarşısının alınması ilə əlaqədar
normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır.
Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda,
bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.
V. Əməkdaşların hədiyyələr və digər imtiyazlarla bağlı
davranışı
27. Əməkdaş mükafat qismində verilən və ya mükafat təəssüratı
yaradan hədiyyələri özü və ya digər şəxslər üçün qəbul edə
bilməz.
28. Tutduğu mövqeyi nəzərə alaraq əməkdaş ona təklif oluna
biləcək rüşvət və ya göstərilə biləcək təzyiqlərə qarşı ayıq-sayıq
Dostları ilə paylaş: |