20
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Sosial-siyasi
elmlər seriyası
2010
MARAQ KATEQORİYA KİMİ, ONUN HÜQUQDA İFADƏSİ
E.A.XƏLƏFOV
Bakı Dövlət Universiteti
Khalafov.elchin@ gmail.com
Maraqlar həmişə insanların həyat fəaliyyətinin, dövlət və ictimai institutların
yaradılmasının və mövcudluğunun güclü amili kimi çıxış edir, əsas sövqedici stimul qismində
çıxış edir və hüquqyaratmada, hüquq aktlarının yaradılmasında, hüquq tətbiqində iştiraka
olan ictimai iddiaları ifadə edir.
Hüquq özünün mahiyyəti etibarilə dövlət iradəsi ilə normativ hüquqi təsbitini tapmış və
müdafiə olunan maraqdir. Məhz hüquq normaları (davranış qaydaları – normalar nəzərdə
tutulur) marağın əsas komponentini ehtiva edir.
Ümumi və xüsusi hüququn çoxəsrlik yanaşı mövcudluğu çox vaxt siyasi qüv-
vələrin maraqlarının mütəhərrik balansını, vətəndaşların azadlıq və müstəqillik
ölçüsünü əks etdirmişdir (9, 3).
Maraqların dərkinin spesifikliyinin açıqlanması, dəyər yönümlərinin rolunun
aydınlaşdırılması hüquq münasibətlərinin xüsusiyyətlərini daha dərindən qiymətlən-
dirməyə, qanunvericiliyin təkmilləşdirilməsi yollarını aşkara çıxarmağa imkan verir.
Məhz qanunvericilik normalarında əksini tapmış maraqların öyrənilməsi hüququ daim
inkişaf etməkdə olan elm kimi təqdim etməyə imkan verir, onun sosial tənzimləmə
imkanlarını aşkara çıxarmağa şərait yaradır.
«Maraq» «əhəmiyyət kəsb edən» deməkdir. Adi şüur səviyyəsində bu anlayış
aşağıdakı mənaları ehtiva edir:
1)
nəyəsə xüsusi diqqət, mahiyyətinə (məğzinə varmaq), bilmək, başa düş-
mək istəyi;
2)
əhəmiyyətlilik, önəmlilik;
3) ehtiyaclar, tələbatlar;
4) fayda, qazanc (danışıq) (7, 249).
Lakin onun elmi tədqiqatlarda belə geniş dərkini hüquqauyğun saymaq olmaz.
Belə ki, marağın tələbat, ehtiyac və fayda ilə eyniləşdirilməsi etiraz doğurur.
«Maraq» kateqoriyası bir çox elmlərin: iqtisadi nəzəriyyənin, psixologiyanın,
sosiologiyanın, fəlsəfənin predmetini təşkil edir ki, bu da onun əhəmiyyətini sübuta
yetirir.
Bütün bu vaxt ərzində və sonradan həmin anlayışın mənası dəfələrlə dəyiş-
mişdir.
Maraq kateqoriyası müxtəlif elmlər tərəfindən tədqiq olunur ki, bu da onun
ümumelmi kateqoriya olduğunu söyləməyə əsas verir.
Fəlsəfədə maraq sosial hərəkətlərin və hadisələrin fəal subyektlərin istəklərinin
21
arxasında duran səbəbi hesab olunur.
İqtisadçı alimlər maraq kateqoriyasının anlayışını müəyyən edərkən belə bir
cəhəti etiraf edirlər ki, maraqlar sosial subyektlər arasında iqtisadi tələbatların təmin
edilməsi üçün təkrar məhsul istehsalı ilə bağlı bilavasitə münasibətlərdir (5, 45) .
Sosiologiyada maraq subyektlərin özlərinin həyat şəraitinə və mövcud
tələbatlarına obyektiv münasibəti kimi başa düşülür.
Psixoloq alimlər marağı insanın müəyyən psixi halı, onun diqqətinin hansısa
predmetə yönəlməsi kimi başa düşürlər (8, 48). Özü də marağın yaranma mənbəyi
kimi tələbat göstərilir. Marağın tələbatdan fərqini bunda görürlər ki, maraq
kateqoriyası insanın intellektual fəaliyyəti ilə ayrılmaz surətdə bağlı olduğu halda (4,
68), tələbat belə əlamətə malik deyildir (1, 73).
Əlbəttə, psixoloqlar üçün marağın subyektini şəxsiyyət kimi insan təşkil edir.
Onlar idrakın fəallığına böyük diqqət yetirirlər.
Təqdim edilən təriflərdən göründüyü kimi, hər bir elm çərçivəsində marağın
mahiyyəti, məzmunu, subyektləri etibarilə, habelə digər elmi kateqoriyalarla nisbətinə
görə fərqlənən xüsusi anlayışı mövcuddur.
Ümumelmi kateqoriya kimi maraq problemi bundan ibarətdir ki, onun fərqli
dərki ilə əlaqədar maraq kateqoriyasının iki izahı meydana çıxmışdır. Psixoloji izaha
görə, maraq subyektiv kateqoriya olduğu halda, sosioloji izaha görə maraq obyektiv
və ya obyektiv-subyektiv kateqoriyadır. Elə görünə bilər ki, iki müxtəlif təzahürdən –
insanların ictimai varlıq təzahürü kimi maraqdan (obyektiv maraqdan) və insanların
şüurunun təzahürü kimi maraqdan (subyektiv maraqdan) söz açmaq olardı.
Beləliklə, mövcud yanaşmaları ümumiləşdirərək, marağa forma etibarilə
ictimai münasibəti ifadə edən, məzmunu sosial xarakterə malik tələbatdan ibarət olan
və məqsədlərin dərkində və realizəsində təzahür edən obyektiv elmi kateqoriya kimi
tərif vermək olar.
Maraq kateqoriyası hüquq elminin də diqqətindən kənarda qalmamışdır. Belə
ki, maraq kateqoriyasını hərtərəfli öyrənmədən hüquqi tənzimləmənin real ictimai
münasibətlərlə qarşılıqlı fəaliyyət mexanizmini müəyyən etmək mümkün deyildir.
Rudolf fon İyerinq haqlı olaraq hüquq sisteminin sosial əsası kimi maraq
kateqoriyasının hüquqa tətbiqinin müəllifi hesab olunur. O zaman təşəkkül tapmış
təsəvvürə görə, hüququn təbiəti müxtəlif sosial subyektlərin maraqlarının ictimai
tənzimlənməsi və uzlaşdırılması zərurətindən ibarət idi.
R.f İyerinq özünün ictimai-hüquqi təlimində insanın, ictimai qrupların, cəmiy-
yətin maraqlarının müəyyən subordinasiyasını müəyyən edir, bu zaman çoxluğun ma-
raqlarına müəyyən üstünlük verilir. O, tarixi anlamda hüququ faktiki olaraq müxtəlif
sosial subyektlərin maraqlarının subordinyasiyası və uzlaşdırılması sistemi kimi çıxış
edən məcburetmə sistemi ilə əsaslandırır. Onun hüquqa verdiyi tərifə görə, hüquq
cəmiyyətin dövlət məcburetməsi ilə təmin edilən həyat şərtlərinin məcmusudur.
Lakin bizim fikrimizcə, R.f İeyrinqin hüquq sistemində öz-özlüyündə məcbur-
etmə önəmli deyildir, onun müxtəlif sosial subyektlərin maraqlarının insanların real
həyati maraqları ilə ictimai tənzimlənməsi və uzlaşdırılmasının zəruriliyini əsaslan-
dırması fikri əhəmiyyət kəsb edir. R.f İyerinqin davamçıları Roskopaund (sosioloji
hüququn müəllifi), F.Gek, Q.Ştol, R.Müller-Erzbax («maraqlar hüququ» məktəbinin
nümayəndələri) onun təliminin məhz bu müddəasını vurğulamışlar (3, 92, 6, 89).
R.f.İyerinq öz müasirləri arasında mülki hüquq münasibətində marağın rolunun
ən düzgün izahını verir. Hər bir subyektiv mülki hüquq insana onun tələbatlarının
22
təmin edilməsinə xidmət edən hansısa əmlak, yaxud qeyri-əmlak neməti bəxş etmək
üçün mövcuddur (2, 5).
Hazırda hüquqda marağın ümumelmi anlamından fərqli anlayışı formalaş-
mışdır. Hüquqşünaslar hüquqda fəlsəfi anlamda münasibət (qarşılıqlı hüquq və
vəzifələr şəklində olması mütləq sayılmayan hüquqi əlaqə) kimi deyil, həmin əlaqənin
və onun elementləri kimi nəzərdə tutulan elementlərin – subyektlərin, onların hüquq
və vəzifələrinin (hüquqi məzmun), onların davranışının (faktiki məzmun), habelə hü-
quq münasibətinin obyektinin və predmetinin vəhdəti kimi çıxış edən hüquq
münasibətinin anlamına olan yanaşmaya analoji yanaşma seçmişlər.
Bu isə o deməkdir ki, maraqların hüquqi tənzimlənməsi onların elementlərinin
hüquqi tənzimi vasitəsilə, yəni onların lazımi hüquqi ifadəsi vasitəsilə həyata keçirilir.
İctimai münasibətlərin hüquqi tənzimlənməsində maraq kateqoriyasının rolunu
nəzərdən keçirmək üçün onların təsnifatının aparılması zəruridir. Elmi ədəbiyyatda
maraqların təsnifləşdirilməsinin bir çox əsasları təklif olunmuşdur. Lakin hüquqi
təhlil məqsədləri baxımından maraqların subyektlər üzrə və ictimai münasibətlərin
növləri üzrə təsnifatları daha mühüm hesab edilə bilər.
Maraqların xüsusi və ümumi növlərə bölünməsi önəmlidir, çünki belə təsnifat
mövcud olduqda hüququn xüsusi və ümumi növlərə bölünməsinin meyarı kimi
maraqdan söz açmaq olar. Belə ki, hələ Qabriel Feliksoviç Şerşeneviç hesab edirdi ki,
«xüsusi, ailə maraqları aləminin ictimai maraqlara qarşı qoyulması hər kəsə o də-
rəcədə təbii görünür ki, belə bölgüdən ümumi və xüsusi hüquq arasında fərqləndirmə
üçün əsas qismində istifadə edilir».
Xüsusi maraqlara konkret şəxslərə və sosial qruplara xas olan, hüquqla qorunan
maraqlar kimi tərif vermək olar. Ümumi marağa tərif verilərkən marağın ümumi-
liyinin substansional təbiəti etibarilə anlamının dəqiqləşdirilməsi zərurəti yaranır.
Belə anlama iki yanaşma mövcuddur.
Birinci nominalist yanaşmaya görə ümumi maraq xüsusi maraqların qarşılıqlı
təsirinin nəticəsidir.
İkinci realist yanaşma da ümumi marağı xüsusi maraqların fövqündə yerləşən,
onlarla məhdudlaşmayan və belə maraqlara münasibətdə ilkin olan təzahür kimi izah
edir. Həmçinin ümumi və dövlət maraqlarının nisbəti məsələsi meydana çıxır. Bir çox
tədqiqatçılar Hegelin hüquq fəlsəfəsinin təsiri altında dövlət və ümumi maraqların
eyniyyətindən çıxış edir.
Lakin unutmaq olmaz ki, dövlət bəzən cəmiyyətdən uzaq düşür və o zaman
bürokratik maraqlar dövlət maraqları kimi təqdim olunur, hərçənd ideal vəziyyətdə
dövlət səmərəli və ahəngdar sosial inkişafa yönəlmiş ümumi maraqların ifadəsinə can
atmalıdır.
Ümumi və xüsusi maraqların balansının saxlanılması da önəmlidir. Bir tərəf-
dən, qanunvericilik səviyyəsində onların vəziyyətinin təsbiti zəruridir. Digər tərəfdən
isə, dövlətin xüsusi maraqlar sahəsinə əsassız müdaxiləsi imkanı yaranır, dövlət
aparatının maraqları ümumi maraqlar kimi qələmə verilə bilər, habelə qanunlar qəbul
edilərkən ayrı-ayrı şəxslərin maraqlarının lobbiləşdirilməsi, yəni cəmiyyətin obyektiv
maraqlarına cavab verməyən maraqların qanunvericilik qaydasında təsbiti cəhdi
mümkündür.
Hüquqi tənzimləmə sistemində maraq kateqoriyasının rolu öyrənilərkən qanuni
maraq və subyektiv hüquq kimi yaxın anlayışların müqayisəsi də zəruridir. Cə-
miyyətin inkişafı prosesində şəxsiyyətin tələbatlarının təmin edilməsinin müxtəlif
23
hüquqi vasitələri işlənib hazırlanmışdır, onların arasında subyektiv hüquqlar və
qanuni maraqlar xüsusi yer tutur.
Subyektiv hüquqları öyrənməyə başlamış ilk hüquqşünas alimlər iradə nəzəriy-
yəsini ifadə etmiş Fridrik Karl fon Savinyi və maraqlar nəzəriyyəsi ilə çıxış edən
Rudolf fon İyerinq olmuşlar. Bu gün hər iki nəzəriyyəni nəzərə aldıqda subyektiv
hüquq dedikdə adətən dövlət tərəfindən yaradılan və obyektiv hüquq normaları
vasitəsilə təmin edilən, subyektin özünün ictimai maraqlarına və tələbatlara zidd
olmayan maraq və tələbatlarının təmin edilməsi məqsədilə fəaliyyətinə şərait yaradan
hüquqi imkan başa düşülür. Subyektiv hüquqa qarşı həmişə vəzifə durur və onlar
birlikdə hüquq münasibətini təşkil edirlər.
Subyektiv hüquq kimi qanuni maraq də hüquqi icazədir, yəni hüquqi vasitədir,
digər tərəfdən isə o həm də xüsusi sosial təzahürdür.
Elmi ədəbiyyatda qanuni marağın mövcudluğunu şərtləndirən səbəblərin bir-
biri ilə sıx surətdə bağlı olan kəmiyyət, keyfiyyət və iqtisadi qrupları fərqləndirilir.
Lakin bizim fikrimizcə, məhz kəmiyyət səbəbləri kateqoriyanın özünün mahiyyətini
izah etməyə daha yaxşı kömək göstərir. O cümlədən, ictimai həyatın faktiki mü-
nasibətin hüquqi münasibətə çevrilməsi yolu ilə tənzimlənməsi mümkün olmayan bir
çox sahələri mövcuddur. Belə halda qanuni maraq sadə icazədən tənzimləmə üsulu
kimi istifadə etməyə imkan verir. Qanuni maraqlar həmçinin hüquqdakı boşluqlar
probleminin həllinə kömək göstərir. Münasibətlərin bütün müxtəlifliyində normativ
aktlar qəbul edilərkən bütün yeni yaranan sosial imkan və maraqların nəzərə alınaraq
subyektiv hüquqlar dərəcəsinə qaldırılması, yəni qanunvericilikdə ifadəsi mümkün
deyildir.
Beləliklə, qanuni maraq həm müstəqil müdafiə predmeti, həm də xüsusi hüquqi
vasitə kimi çıxış edərək, ayrı-ayrı şəxslərin maraqlarının realizəsi və müdafiəsi
imkanının genişlənməsinə təkan verə bilər.
ƏDƏBİYYAT
1.
Абалкин Л.И. Экономические законы, интересы и методы хозяйственной дея-
тельности // Коммунист, 1967, №6.
2.
Борзенко Л. Учредительство и железные дороги. Очерк железнодорожного права /
Интерес и право. Сочинение д-ра Рудольфа фон Иеринга, Ярославль: 1980, с. 153.
3.
Завьялов Ю.С. Проблема интереса в марксистской теории социалистического права:
Дис. канд. юрид, наук. М.: 1968, 298 с.
4.
Интересы и стимулирование в современной российской экономике (Сборник науч-
ных работ) /Отв. ред. Б.Я.Гершкович. Пятигорск: 1996, 142 c.
5.
Интересы в системе экономических отношений социализма /Отв. Ред.: Палкин Ю.И.,
Пахомов Ю.Н. Киев: Науково думка, 1974, 240 с.
6.
Куликов А.К. Категория интереса в социологической теории Роско Паунда // Пра-
воведение. 1977, № 6 .
7.
Ожегов С.И., Шведова Н.Ю. Толковый словарь русского языка. М.: Наука, 1997.
8.
Радаев В.Я. Экономические интересы при социализме. М.: 1971, 120 с.
9.
Тихомиров Ю.А. Публично-правовое регулирование: динамика сфер и методов.
Журнал российского права. М.: 2001, №5, с. 3.
10.
Тарановский Ф.В. Интерес и нравственный долг в праве. Варшава: 1999, 20 с.
24
ИНТЕРЕС КАК КАТЕГОРИЯ, ЕГО ВЫРАЖЕНИЕ В ПРАВЕ
Э.А.ХАЛАФОВ
РЕЗЮМЕ
Интересы всегда выступают мощным фактором жизнедеятельности людей, созда-
ния и функционирования государственных и общественных институтов, служат важ-
ным побудительным стимулом и выражают общественные притязания на участие в пра-
вотворчестве и создании правовых актов, в правоприменении.
Право в сути своей есть нормативно юридически закрепленный государственной
волей и защищенный интерес. Именно нормы права( имеются в виду нормы-правила
поведения) и заключают в себе основной компонент интереса.
INTEREST AS A CATEGORY, ITS EXPRESSION IN THE LAW
E.A.KHALAFOV
SUMMARY
Interest always acts as the powerful factor of people’s live creations and functioning of
state and public institutes, serves as the important incentive stimulus and expresses public
claims on participation in law-making and creation of legal acts in application of law.
The right in the essence is a standard legally fixed by the state will and the protected
interest. Norms of the right (norms-rules of behaviour mean) comprise the basic component of
interest.
Dostları ilə paylaş: |