kitabxanaları arasında əlaqələrin daha da genişlənməsi bu
məqsədə çatmaqda onlara xeyli kömək etmişdi. Belə ki,
məhz həmin qurultayın çağırışına cavab olaraq Mərkəzi Elmi
Kitabxananın rəhbərliyi fondun daha operativ və oxucu
tələblərinə müvafiq olaraq komplektləşdirilməsi, o cümlədən
xarici ədəbiyyatın əldə olunması sahəsində təcrübə qazanmış
iri kitabxanalara (Moskva və Leninqradda-indiki Sankt-Pe-
terburqda- yerləşən) ezamiyyətlər təşkil etməyə başlamışdı.
O illərdə istər xarici ölkələrlə ədəbiyyat mübadiləsi,
istərsə də Qərb təhsil mərkəzləri ilə məktublaşma beynəlxalq
elmi aləmlə kommunikasiya qurmağın, bilik və təcrübə
toplamağın onsuz da məhdud olan yollarından biri idi və bu
imkan, həm kitabxanaçılar, həm də yerli alimlər üçün dünya
elminə açılan yeganə pəncərə rolunu oynayırdı. Yarandığı ilk
illərdə müvafiq sahədəki təcrübəsizlik Mərkəzi Elmi Kitabx-
anaya ittifaqın iri şəhərlərində fəaliyyət göstərən fundamen-
tal kitabxanalarla ayaqlaşmağa, onlar qədər informasiya
təminatçısı olmağa imkan vermirdi. Moskva və Leninqrad
kitabxanaları artıq 1917-ci ildən başlayaraq beynəlxalq kitab
mübadiləsi prosesini öyrənməyə başlamışdılar.
Belə ki, 1917-ci ilin noyabr ayında Rusiyada Sovet
haki miy yəti bərqərar olduqdan dərhal sonra V.İ.Lenin “Pet -
ro qraddakı İctimai kitabxananın vəzifələri haqqında” başlıqlı
yazısında elmi kitabxanaların işində əsaslı yenidənqurma
ideyasını irəli sürərək digər islahatlarla yanaşı, bütün xarici
kitabxanalarla kitabların pulsuz mübadiləsini vacib hesab et-
diyini vurğulamışdı [127, s.132].
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
45
Bunun nəticəsi kimi, 1919-cu ildə Peterburq ictimai
kitabxanasında nəşrlərin beynəlxalq mübadiləsi üzrə xüsusi
büro yaradılmışdı. Artıq 14 iyun 1921-ci ildə V.İ.Lenin “Xa -
ri ci ədəbiyyatın əldə edilməsi və bölüşdürülməsi qay daları
haq qında” Xalq Komissarları Sovetinin dekretini imza -
lamışdı [131, s. 30]. Eyni zamanda, Xalq Maarif Komissarlığı
nəzdində xarici ədəbiyyatın satın alınması və paylaşdırılması
üzrə Mərkəzi İdarələrarası Komissiya yaradılmışdı. Komis -
si yanın vəzifəsi bütün elm sahələri üzrə respublika (Rus So -
vet Respublikası) kitabxanalarına (əsasən iri kitabxanalara)
la zım olan nəşrlərin xaricdən satın alınmasına dair sifarişlərin
top lanması, təftiş və təsdiq edilməsi, uyğun (ideoloji cəhət -
dən) ədəbiyyatın seçilərək əldə edilməsi və kitabxanalar
arasında bölüşdürülməsindən ibarət idi. Birinci dünya
müharibəsindən sonra yeni üsul idarəetmə forması (respub-
lika) ilə qarşı-qarşıya olan Rus dövlətində mərkəzləşdirmə
ideyasının həyata keçirilməsi ilə iri kitabxana fondlarının
formalaşdırılması və onların elmi ədəbiyyatla komplektləş -
dirilməsi prosesini həyata keçirmək mümkün oldu.
1918-ci ildə Şərqdə ilk demokratik respublikanın-
Azər baycan Demokratik Respublikasının qurulması ilə
ölkədə peşəkar kitabxanaların yaradılması işi başlandı.
Azərbaycanda kitabxanaları yeni çap olunmuş kitablarla,
kütləvi nəşrlərlə, müxtəlif poliqrafiya məhsulları ilə təchiz
edən, yerli kitabxanaların komplektləşdirmə işini və normal
fəaliyyətini tənzimləyən, istiqamətləndirən Kitabxana Kol -
lek toru və iki yeni kitabxana-1918-ci ildə Mirzə Ələkbər
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
46
Sabir adına Kütləvi Kitabxana,1919-cu ildə Bakı Dövlət Uni-
versitetinin elmi kitabxanası təşkil edildi. 1920-ci ilin aprel
ayında Azərbaycanda artıq 95 min nüsxə kitab fondu olan
11 kitabxana var idi.
Azərbaycanda Demokratik Cümhuriyyətin süqutun-
dan 1 il sonra, 1921-ci ildə ABŞ-ın İllinoys ştatının Univer-
sitet kitabxanası Sovet hökumətinə məktubla müraciət
edərək rəsmi hökumət nəşrlərinin mübadiləsinin təşkil
edilməsini təklif etdi. V.İ.Leninin cavabı müsbət oldu və 5
iyul 1921-ci ildə Amerika dövlətlərini Sovet hökumətinin
fəaliyyəti ilə tanış etmək məqsədilə kitab mübadiləsinə icazə
verildi [128, s. 367]. Əslində, bununla Sovet hökuməti bütün
elmi idarələrə, institutlara və dövlət kitabxanalarına yerli
nəşrləri xarici kitablara dəyişdirməyə (yalnız mərkəzləşd -
irilmiş şəkildə) imkan vermiş oldu. Lakin qeyd etdiyimiz
kimi, 1920-ci illərdə Azərbaycan kitabxanaları belə bir
mübadilə üçün hələ tam hazır deyildilər. Bunun bir neçə
səbəbi vardı:
1. Cümhuriyyət dövründə kitabxanalara əsasən türk
dilin də nəşr olunan ədəbiyyat cəmləndiyindən Sovet höku -
mə ti belə nəşrlərin mübadiləsində maraqlı deyildi və
kitabxanaların rus dilində nəşr olunmuş ədəbiyyatla kom -
plektləşdirilməsinə ehtiyac vardı. Azərbaycanın beynəlxalq
səviyyədə təbliği məqsədilə fransız dilində nəşr olunan
kitablar (məs. Adil xan Ziyadxanlının "Azərbaycan" kitabı,
Əkbərağa Şeyxülislamovun "Qafqaz Azərbaycan Cüm huriy -
yəti" broşürləri belə nəşrlərdən idi) da ideoloji cəhətdən
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
47
“zərərli” hesab olunurdu.
2. Ölkədə poliqrafiya sənayesi, kitab çapı prosesi zəif
idi. Bu isə o deməkdir ki, Azərbaycan kitabxanalarında mü -
ba dilə məqsədilə mərkəzə göndərməli çap məhsulu olduqca
az idi.
3. Azərbaycan kitabxanaları kitab mübadiləsi aparmaq
üçün kifayət qədər təcrübəyə malik deyildilər.
Hər üç məsələ tezliklə öz həllini tapdı. 1924-cü ildə
Azərbaycan Dövlət Nəşriyyatının–“Azərnəşr”in yaradılması
ilə kitab nəşri sektorunda canlanma əmələ gəldi və nəticədə
kitabxanaların fondları zənginləşməyə başladı. “Azərnəşr”ə
təkcə kitab çapı deyil, onların satışı da həvalə olunmuşdu.
Beləcə, 1920-1926-cı illərdə Azərbaycan kitabxanalarına
779-adda 200000 nüsxəyə yaxın kitab daxil olmuşdu ki, bu
da mübadilə üçün real zəmin yaradırdı. Ümumilikdə isə, bu
dövr ərzində respublika üzrə nəşr olunan kitabların sayı 4
milyonu ötmüşdü.
1925-ci ildə Moskvada “Xariclə mədəni əlaqələr üzrə
Ümu mittifaq Cəmiyyəti”nin və “Международная книга”
Cə miy yətinin (bundan sonra “Beynəlxalq kitab”) yaradıl -
ması ilə İttifaq kitabxanalarının, o cümlədən Mərkəzi Elmi
Kitabxananın beynəlxalq informasiya mühitinə inteqrasiyası
üçün əlverişli şərait yarandı (1939-cu ildə fəaliyyətini
dayandıran birinci təşkilatın müasir davamçısı Rusiya Prezi-
dentinin Sərəncamı ilə 2008-ci ilin avqust ayında təsis
edilmiş və Azərbaycanla sıx əməkdaşlıq edən “MDB üzrə,
xa ricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əmək -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
48
Dostları ilə paylaş: |