daşlıq Federal Agentliyi-Rossotrudniçestvo”dur).
“Xariclə mədəni əlaqələr üzrə Ümumittifaq Cəmiy yə -
ti”nin yaradılmasından sonra 20-30-cı illərdən etibarən müt -
təfiq ölkələrdə olduğu kimi Azərbaycanda da buna bənzər
cəmiyyətlər, birliklər qurulmağa başlandı. İlk növbədə
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr
Cəmiyyəti-“Vətən” cəmiyyəti yaradıldı, “Azərnəşr”, “Azərki -
tab” Kitab-Ticarət Birliyi və 26 Bakı komissarı adına “Bakı
fəh ləsi” mətbəəsinin birgə “Azqiz” nəşriyyat birliyi təsis
edildi. Yarandığı ilk illərdə əsasən bədii və uşaq ədəbiyyatı
nəşr edən “Azərnəşr”dən fərqli olaraq “Azqiz” həm də elmi
və elmi-kütləvi ədəbiyyatın çapına diqqət ayırırdı. Bu da öz
növ bəsində, Birliklə Mərkəzi Elmi Kitabxananın 1930-cu
ildə yaradılmış Komplektləşdirmə şöbəsinin əməkdaşlığını
genişləndirirdi.
1926-cı ildə Berlin universitetinin professoru O.Hetç
Moskvaya gələrək İttifaq ölkələrinin kitabxanaları ilə kitab
mübadiləsi aparmaq barədə danışıqlara başladı. Bunun
nəticəsində, həmin ilin sentyabr ayında “Alman Elminin
Təbliği Cəmiyyəti” ilə SSRİ Kitab palatası arasında müqavilə
imzalandı [117, s. 9]. Bu müqavilə nəticəsində, 1929-cu ildə
Mərkəzi Elmi Kitabxanaya Moskvadan ilk dəfə olaraq xarici
ədəbiyyat partiyası göndərildi (məsələn, alman dilində
“Brokhauz və Efronun ensiklopedik lüğəti” ). Araşdırmalar
göstərir ki, Mərkəzi Elmi Kitabxana kimi digər İttifaq
kitabxanalarına da həmin dövrdə əsasən almandilli ədəbiyyat
göndərilib (lakin bu proses çox uzun sürməyib. Belə ki,
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
49
tezliklə Almaniyadan SSRİ-yə göndərilən kitablarda “alman
ideyası” və sosializmi tənqid edən materiallar yer almağa
başlayıb). Bunu “Xariclə mədəni əlaqələr üzrə Ümumittifaq
Cəmiyyəti”nin 1929-cu il üçün informasiya bülletenindən
də görmək olar:
1929-cu il üzrə beynəlxalq kitab mübadiləsi statistikası:
Ölkə
Daxil olan kitablar Göndərilən kitablar
Almaniya 11314
8736
Fransa
2527
3166
İngiltərə
1058
2983
Digər Avropa ölkələri 32084
29328
Sirr deyil ki, SSRİ ideoloji aparatı xaricə əsasən sosial-
izmi, kollektiv əməyi, sovet psixologiyasını təbliğ edən,
şəxsiyyətə pərəstiş elementlərini özündə əks etdirən ədəbiy -
ya tın göndərilməsində maraqlı idi. Və həmin dövrün beynəl -
xalq kitab mübadiləsi prosesində mövzu ekvivalentliyi
göz lənilmirdi. Məsələn, Avropa və ya ABŞ-dan alınmış elmi
ədə biyyat əvəzinə xaricə qeyd etdiyimiz məzmunda ədə -
biyyat yola salınırdı. Tezliklə SSRİ-nin kitab mübadiləsi üzrə
xarici partnyorları buna adekvat addımlar atmağa başladılar.
Almaniya ilə kitab mübadiləsi buna real nümunədir.
Bütün bunlara baxmayaraq, 1930-cu illərin əvvəllə rin -
də SSRİ ən çox ABŞ (357437 nüsxə ədəbiyyat) və Almaniya
(133271 nüsxə ədəbiyyat) ilə kitab mübadiləsi həyata ke çi -
rir di [121, s.72].
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
50
1932-cü ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnsti-
tutunun əsasında SSRİ EA Zaqafqaziya filialının Azərbaycan
şöbəsinin yaradılması haqqında qərar qəbul edildi və
1933-cü il yanvar ayının 1-dən etibarən Azərbaycan DETİ-
nin Kitab xanası “Mərkəzi Elmi Kitabxana” adlanmağa
başladı.
Həmin dövrə qədər yalnız Azərbaycan DETİ-nin
əməkdaşlarına və institutla bağlılığı olan şəxslərə (onların
ara sında aspirantlar da, İ.Qubkin, A.Derjavin, A.Qros sheym,
F.Levinson-Lessinq, İ.Yesman, İ.Meşşanov, N.Marr və ilk
Azərbaycan alimləri-S.Mümtaz, V.Xuluflu, A.Tağızadə, B.Ço -
ban zadə, M.Əfəndiyev, A.S.Məmmədov və b. da vardı) xid -
mət göstərən Kitabxana 1933-cü ildən etibarən respublikada
fə aliyyət göstərən 30 elmi müəssisə və 10-dan çox ali mək -
tə bin 800 elmi işçinə, o cümlədən 87 professor və 138 do -
sen tə xidmət göstərməyə başladı.
Elmi müəssisələrin və ali məktəblərin artan tələbləri fo-
nunda Mərkəzi Elmi Kitabxana öz fondunu profilinə uyğun
ədəbiyyatla daha sürətlə komplektləşdirməyə başladı. Nə ti -
cə də, 1933-cü ilin sentyabr ayında Mərkəzi Elmi Kitabxa -
nada Mübadilə fondu yaradıldı. Bu isə Mərkəzi Elmi
Kitabxanaya həm yerli, həm də xarici kitabxanalarla kitab
mübadiləsi işini sürətləndirməyə imkan verdi.
1934-cü ildə Mərkəzi Elmi Kitabxana SSRİ-də yerləşən
110 müəssisə və Ümumittifaq Kitab Palatası yanında Bey -
nəlxalq Mübadilə Bürosu vasitəsilə ABŞ, Fransa, İsveç,
İngiltərə və s. xarici ölkələrin kitabxanaları, ali təhsil ocaqları
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
51
ilə mübadilə əlaqələri yarada bilmişdi [102, s.9].
1935-ci ilin oktyabrında SSRİ EA Zaqafqaziya filialının
Azərbaycan şöbəsinin SSRİ EA Azərbaycan Filialına çev ril -
məsi nəticəsində filialın yanında mövcud bölmələr əsasında
Kim ya, Zoologiya, Botanika, Tarix, Etnoqrafiya və Arxeo -
logiya, Dil və Ədəbiyyat Elmi-Tədqiqat institutları, həmçinin
Geologiya, Energetika, Torpaqşünaslıq, Fizika sektorları
yaradıldı, elmi-tədqiqat istiqamətləri və tədqiqatların sayı bir
neçə dəfə artırıldı. 1935-1944-cü illər ərzində Mərkəzi Elmi
Kitabxananın təşəbbüsü ilə bu müəssisələrdə 18 sahəvi
kitabxana yaradıldı. Bu da öz növbəsində, həm elmi nəşr lə -
rin, çap məhsullarının çoxalmasına, başqa sözlə, xarici ölkə -
lə rin marağına səbəb olan informasiya massivlərinin
art masına, həm də Mərkəzi Elmi Kitabxananın fondlarının
xa rici elmi ədəbiyyatla daha da zənginləşdirilməsinə olan
tələbatın yüksəlməsinə səbəb oldu.
1935-сi ildə Mərkəzi Elmi Kitabxana ABŞ, Portuqaliya,
Finlandiya, İngiltərə, Türkiyə, İran, Danimarka, İsveç və
Fran sanın 150 elm və təhsil müəssisəsi, kitabxanası ilə kitab
mübadiləsini həyata keçirirdi. 25 dildə xarici ədəbiyyat
müntəzəm şəkildə fonda daxil olurdu [118].
Ümumiyyətlə, 1920-1930-cu illərdə, xüsusilə, kapitalist
ölkələri ilə dostluq münasibətlərinin yaradılmasını zəruri
hesab edən Sovet hakimiyyəti, fəaliyyətinin ilk çağlarında
tanışlıq görüşləri, səfərləri və bunların içərisində mədəni
əlaqələrin formalaşdırılmasına mühüm yer verirdi. Həmin
illərdə Sovet İttifaqının dəvəti ilə İtaliya elm və mədəniyyət
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
52
Dostları ilə paylaş: |