|
Features of using didactic games in the training processShahla HasanovaNəticə / Conclusion
Deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlirik ki, dərs prosesində müxtə
-
lif didaktik oyunlardan istifadə olunması dərsin səviyyəsini yüksəldir, tədris ma
-
terialının qavranılmasını asanlaşdırır, təhsilalanların düşünmə qabiliyyətini inki
-
şaf etdirir, onlara daha yaxşı nəticə əldə etməkdə kömək edir. Deməli, müəllimlər
mövcud didaktik oyunlardan istifadə texnologiyalarını yaxşı bilməli, bu oyunlar
-
la bağlı təşkil olunan seminarlarda iştirak edərək, bilik və bacarıqlarını artırma
-
lıdırlar. Didaktik oyunların tətbiqi və uğurlu nəticənin əldə olunması müəllimin
pedaqoji səriştəliliyindən çox asılıdır. Bu səbəbdən təhsilverənlərin pedaqoji sə
-
riştəsinin artmasına və inkişafına xüsusi diqqətlə yanaşılmalıdır.
Didaktik oyunların təlim materialının mənimsədilməsində əhəmiyyətli rolu
-
nu nəzərə alaraq bir neçə təklif vermək yerinə düşər:
1) Didaktik oyunları elə təşkil etmək lazımdır ki, təlim materialının öyrənil
-
məsi ilə yanaşı, uşağın diqqəti ilkin tədqiqatçılıq bacarıqlarının mənimsənilmə
-
sinə də yönəldilsin.
2) Qaydalı didaktik oyunlar zamanı qarşıya qoyulan məqsədlərə nail olmaqla
yanaşı, qaydalara ciddi riayət etmək də diqqət mərkəzində saxlanılmalıdır.
3) Beynəlxalq təcrübədən yerli şəraitə uyğunlaşdırılaraq istifadə edilməlidir.
Mövzunun aktuallığı.
Təlim materiallarının qavranılması və motivasiyanın
yaradılması baxımından didaktik oyunların tətbiqi həm ənənəvi, həm də müasir
dərslərin təşkili zamanı aktual olmuşdur. Didaktik oyunlardan istifadə öyrənməni
uşaqların maraqlarına uyğunlaşdırmaq, təlim materialını tətbiqetmə və tədqiqat
-
çılıqla mənimsənilməsini təmin etmək baxımından da aktualdır.
Mövzunun elmi əhəmiyyəti
ondan ibarətdir ki,
didaktik oyunlar idrak pro
-
seslərinin inkişaf etdirilməsi yollarından biri kimi tədqiqata cəlb olunmuşdur.
Xüsusən, diqqətin və uzunmüddətli yaddaşın möhkəmləndirilməsi, diqqətin cəm
-
lənməsi, hafizənin möhkəmləndirilməsi vasitələrindən biri kimi də çox əhəmiy
-
yətlidir. Didaktik oyunlar uşaqların ünsiyyət qurma, nitq bacarıqlarının, bir-biri
ilə rəftar aspektlərinin inkişaf etdirilməsini təmin edir.
Dostları ilə paylaş: |
|
|