83
Giriş / Introduction
Müasir dövrdə təlim prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə
müxtəlif strategiyalardan istifadə olunur. Tədris prosesində nəzərdə tutulan stra
-
teji hədəflərdən biri dərslərin səmərəliliyini artıran metod və üsulların tətbiqidir.
Didaktik (öyrədici) oyunlar da təlimin səmərəli təşkilini təmin edən metodlar
-
dandır. “Mənimsəmə prosesində anlama həlledici rol oynayır. Psixoloqlar sübut
edirlər ki, yaxşı anlaşılan, başa düşülən şey çox asan mənimsənilir və yadda sax
-
lanılır” [Paşayev Ə., Rüstəmov F., 2010].
Oyun vasitəsi ilə verilmiş bilikləri uşaqlar daha tez, möhkəm və asan mə
-
nimsəyirlər. Oyun elə bir təlim növüdür ki, bu zaman şagird aktiv və yaradıcı
şəkildə cəmiyyətdə davranış qaydalarını və normalarını, insanların əməyə, icti
-
mai əmlaka münasibətini, insanlar arasında qarşılıqlı münasibətləri öyrənir. Bu,
elə bir fəaliyyət növüdür ki, şagirdlərin sosial davranışına, həyata, bir-birinə olan
münasibətlərinin formalaşmasına əsaslı şəkildə təsir edir.
Uşaqları oyun zamanı müşahidə edən P.F.Lesgaft “Uşaq oyunu əyləncə de
-
yil” ifadəsini təkrar etməyi çox sevərdi. Oyun uşaqların ən sevimli və təbii iş
fəaliyyətidir [Lesgaft P.F., 1990].
K.D.Uşinski qeyd edirdi ki, uşaqların ümumi və psixi sağlamlığının səviyyə
-
sini müəyyən etmək üçün onların oyununu müşahidə etmək lazımdır. Əgər uşaq
oyunlara maraq göstərmirsə, yaxud öz yaşına görə bəsit və ya passiv oynayırsa,
bu, böyüklər üçün ciddi siqnal olmalıdır – belə uşaq xüsusi diqqət tələb edir. Bu
“xüsusi” uşaq ya çox istedadlıdır, ya da əqli geriliyə malikdir. “Oyun həm uşa
-
ğın psixoloji vəziyyətinin və şəxsiyyət kimi inkişafının diaqnostikasını aparmaq
üçün bir vasitədir, həm də uşağın inkişafında olan ləngiməni və qüsurları aradan
qaldırmaq üçün gozəl metoddur” [Ağayev M., 2011].
A.S.Makarenko uşaqların həyatında oyunların rolunu belə xarakterizə edirdi:
“Uşaqlar üçün oyun böyüklər üçün iş fəaliyyəti qədər dəyərlidir. Uşaq oyunda
özünü necə aparırsa, gələcəkdə işləyəcəyi yerdə də bir çox hallarda özünü elə
aparacaq. Beləliklə, gələcəyin lideri oyun oynayaraq təhsil alır...” [Ağayev M.,
2011].
Dostları ilə paylaş: