84
yardım edir. Qaydalı oyunlara didaktik, mütəhərrik və rollu oyunlar aid edilir. Ki
-
fayət qədər qaydalı oyunlar oynamış uşaqların məktəb intizamına uyğunlaşması
prosesi daha rahat gedir.
Didaktik
oyunlar şərti olaraq 3 növə ayrılır:
oyuncaqla
(yaxud müxtəlif əş
-
yalarla) oynanılan oyunlar, şifahi və ya sözlü (tapmaca) oyunlar,
loto
(cüt şəkilli
kartlar) oyunları.
Dərs prosesində didaktik oyunlardan istifadə uşaqlarda yaddaş, diqqət və
təfəkkürün inkişafına kömək edir.
Didaktik oyunların istifadəsi uşaqların əqli inkişafına, onların şəxsiyyətinin
ahəngdar tərbiyəsinə xidmət edir. Didaktik oyunların əsas məqsədi uşaqları oyun
situasiyasına cəlb etmək və bu prosesdə onları öyrətməkdir. Bu oyunlar təlim
fəaliyyəti ilə oyun fəaliyyətini birləşdirərək uşaqların fantaziyasını, təxəyyülünü
inkişaf etdirir. Beləliklə, dərs uşaqlar üçün maraqlı, əyləncəli, yaddaqalan və
cəlbedici olur. “Oyunda iştirakçılar birgə fəaliyyətdə və qarşılıqlı ünsiyyətdə
olurlar. Bu zaman subyekt-subyekt münasibətlərinin metodoloji sxemi reallaşır,
bu isə gələcək mütəxəssisin yaradıcı təfəkkürünü inkişaf etdirir” [Rüstəmov F.,
Dadaşova T., 2007].
Didaktik oyun elə təşkil ediməlidir ki, təlim prosesi rəngarəng olsun və bütün
didaktik vəzifələr yerinə yetirilsin, oyun təlim prosesinin ayrılmaz bir hissəsinə
çevrilsin. Didaktik oyunların tətbiqi təhsilalanların mənimsəmə qabiliyyətini
yüksəldir, onları daha da fəallaşdırır, uşaqları düşünməyə və düşündüklərini ver
-
bal ifadə etməyə sövq edir. Bu zaman uşağın nitqi təfəkkürü ilə vəhdətdə inkişaf
edir.
Təlim oyunlarından ilk dəfə XVII əsrdə istifadə olunmuşdur və bu üsul, əsr
-
lər keçsə də, öz əhəmiyyətini itirməmiş, əksinə, mühüm təlim strategiyalarından
birinə çevrilmişdir. Didaktik oyunlar, uşaqları əyləndirməklə yanaşı, bir sıra di
-
daktik funksiyaları da yerinə yetirir. Faktlar göstərir ki, oyun fəaliyyətində iştirak
etməyən və bu fəaliyyətdən səmərəli istifadə edə bilməyən uşaqlarda sosiallaşma
prosesi uğurla getmir, onlar gələcək həyatlarında da bir sıra problemlərlə qarşı
-
laşırlar.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın
“1.1.Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan
standartlarının və kurikulumlarının hazırlanması” bəndi innovativ təlim metodo
-
logiyalarının hazırlanması məsələsinin əhəmiyyətinin və aktuallığının göstərici
-
sidir. Təhsil haqqında olan digər sənədlərdə də bu mövzuya toxunulmuş, uşaqla
-
rın idrak qabiliyyətini, marağını, fərdi xüsusiyyətlərini, potensialını nəzərə alan
metodların tətbiqi diqqət mərkəzinə çəkilmişdir.
Didaktik oyunlardan istifadə etmək üçün müəllim oyunun təşkili metodikası
-
nı yaxşı bilməklə yanaşı, şagirdların fərdi xüsusiyyətlərini də nəzərə almalı, həm
-
Dostları ilə paylaş: