“Öz evini tap”.
Oyun üçün tələb olunan
resurslar:
eyni rəngli və uzunluqlu,
lakin eni müxtəlif olan lentlər, stullar.
Oyunun qaydası
: lent-açar və lent-kilidin müqayisəsinə əsasən, uyğun olanı
müəyyənləşdirmək.
Məqsəd:
əşyaları üst-üstə qoymaqla onları eninə görə müqayisə etmək və bu
müqayisəni verbal ifadə etmək bacarığını aşılamaq.
Oyunun gedişi
. Sinfin hər tərəfinə stullar düzülür və bu stulların hər biri bir
ev hesab edilir. Müəllim lentləri iki qrupa ayıraraq, yarısını partaların üzərinə
qoyur, yarısını isə uşaqlara verir. Uşaqlar partaların ətrafında guya “gəzintiyə”
başlayırlar. Birdən müəllim uşaqlara “Yağış yağdı, tez öz evinizə girin” deyə
müraciət edir və uşaqlar əllərindəki lentlərlə partanın üzərindəkiləri müqayisə
edərək, uyğun gələn yeri tapıb otururlar.
“Siçan və ayı üçün küknar ağacı”.
Oyun üçün
lazım olan
resurslar
: ayı
və siçan üçün kartondan hazırlanmış evlər; ortasından düz xətt çəkilmiş ağ ka
-
ğız; siçan və ayı şəkilləri; hər şagird üçün 10 və 15 sm hündürlüyündə küknar
“ağac”ları.
Oyunun qaydası
: evlərin və küknar ağaclarının hündürlüyünü nəzərə alaraq,
hər evə uyğun “ağac əkmək”.
Məqsəd:
əşyaları hündürlüyünə görə müqayisə etmək; müqayisəni şifahi for
-
mada aparmaq.
Oyunun gedişi
. Uşaqların hər birinə ağ kağız verildikdən sonra evlərin hün
-
dürlüyü, ayı ilə siçanın boyu müqayisə olunur. Müəllim uşaqlara küknar “ağac”la
-
rı verir. Alçaq boylu ağacı siçanın, hündür ağacı isə ayının evinin yanında əkməyi
tapşırır.
“Göbələklər”.
Oyunun təşkilində gövdəsi müxtəlif qalınlıqda olan göbələk
-
lər üçün alçaq və hündür səbətlər lazım gəlir.
Oyunun qaydası
:
nazik gövdəsi olan göbələyi alçaq, qalın gövdəsi olan gö
-
bələyi isə hündür səbətə qoymaq.
Şəhla Həsənova.
Dostları ilə paylaş: |