85
çinin bir sıra ümumi qaydalara riayət etməlidir. Həmin qaydalara bunlar daxildir:
•
oyuna başlamazdan əvvəl uşaqları oyunun qaydaları ilə tanış etmək;
•
bu qaydaları düzgün izah etmək və əyani şəkildə göstərmək;
•
oyun müddətində uşaqlara nəzarət etmək və qaydalara riayət etməyə sövq
etmək;
•
sinifdəki bütün uşaqların oyunda iştirakını təmin etmək və eyni zamanda kö
-
nüllülük prinsipini nəzərə almaq;
•
oyunu seçməzdən əvvəl sinifdəki uşaqların sayını və imkanlarını rəhbər tut
-
maq;
•
oyun müddətində uşaqlarda xoş əhvali-ruhiyyənin yaranmasına, əməkdaşlıq
prinsipinin gözlənilməsinə nəzarət etməyin hər birinin öz funksiyasının ol
-
ması [Əsədova İ., 2012].
“Didaktik oyunlarla bünövrəsi qoyulmuş intellektin inkişafı sonrakı yaş
dövrlərində bacarıq və qabiliyyətlərin əsasını təşkil edir. Diqqət, yaddaş, müqa
-
yisə, müşahidə, məntiqi nəticəyə gəlmək və s. kimi idrak proseslərinin, təfək
-
kür, təxəyyül, qavrayış, hafizə və digər psixoloji proseslərə xidmət edən didak
-
tik oyunların seçilməsi təhsilverəndən peşəkarlıq tələb edir” [Əsədova İ., 2012].
Aşağıda sadalanan oyunlar didaktik oyunlar qrupuna daxildir: “Dəsmalları qrup
-
laşdır”, “Təsvirə görə tap”, “Sehrli lampa”, “Obyekti təsvir et”, “Lentləri qrup
-
laşdır ”, “Yerdəyişmə”, “Öz evini tap”, “Siçan və ayı üçün küknar ağacı”, “Gö
-
bələklər”, “Gülü tap”, “Xoşbəxt əşyalar”, “Rəngli
qotazlar”, “Dinozavrın boyu”,
“Gəl söhbət edək”, “Sınmış kamera”, “Alnımda nə var? ”, Mən kiməm?” və s.
Bu oyunların hər birinin keçirilmə metodikası var. “Didaktik oyunların nəticəsi
onların sistemli şəkildə istifadə olunmasından, daha sonra oyun proqramlarının
məqsədəuyğunluğundan, didaktik tapşırıqların onlarla birgə, onlara müvafiq təş
-
kil edilməsindən asılıdır” [Əhmədov H., Zeynalova N., 2016]. Bu oyunlar dərsin
məqsədinə uyğun seçilir. Oyunun təşkili zamanı qaydalar izah olunur. Bir neçə
didaktik oyun nümunəsini nəzərdən keçirək.
Dostları ilə paylaş: