1.3.Qablar və qablama materialları
Xammalı emal müəssisəsinə daşımaq, məhsulu doldurmaq və
hazır məhsulu nəql etmək üçün qablardan və qablama materialla-
rından istifadə olunur. Hermetiklik və sterilizə tələb olunan məh-
sulları emal etdikdə metal (tənəkə və alüminium) banka, şüşə ban-
ka, balon, butulka, polimer qutu və stəkandan istifadə olunur.
Qeyri hermetik tələb olunan hallarda isə ağac və faner çəllək;
meyvə yarımfabrikatları üçün qutudan; quru meyvələri doldurmaq
üçün qutu, faner baraban, həmçinin kağız kisələrdən istifadə olu-
nur.
Sürətli dondurulmuş meyvə və tərəvəzlər parafinlənmiş kardon
qutularda buraxılır. Çəlləklərə mayeşəkilli məhsul doldurularkən
içlik kimi polietilen kisələrdən istifadə edilir.
Hazır məhsulu nəql etmək üçün ağac qutudan, bəzən isə kon-
teynerlərdən istifadə olunur. Meyvə-giləmeyvə xammalı tərəcədə,
qutuda və konteynerlərdə daşınır. Qablara müəyyən tələblər veri-
lir: onlar insan üçün zərərsiz olmalı, başqa sözlə qabın hazırlandı-
ğı material məhsula keçməməli və kimyəvi maddələrlə reaksiyaya
girməməlidir; hazırlanması az material sərfi ilə möhkəmliyi təmin
etməli, sterilizə zamanı istiliyə dözməli və hermetikliyi təmin et-
məlidir. Hazırda emal sənayesində əsasən tənəkə və şüşə qablar
geniş yayılmışdır. Bu qabların bir-birindən fərqli xüsusiyyətləri,
üstünlükləri və çatışmazlıqları vardır.
43
1.3.1. Tənəkə qablar
Tənəkə qablar yüngül olub, eyni tutumlu şüşə qablardan 3 dəfə
az çəkiyə malikdir. Tənəkə qabın kütləsinin məhsulun kütləsinə
nisbəti 10-17%, şüşə qablarda isə 35-50% təşkil edir. Tənəkə qab-
lar qırılmadığı halda, şüşə qablar əksinə, zərbədən, düşmədən və
hətta ağzı açılarkən qırıla bilir. Bununla belə, tənəkə qabların yu-
yulması çox çətin və ağır zəhmətli işdir. Şüşə qablardan fərqli ola-
raq, tənəkə qablar temperaturun dəyişməsinə həssas olmur. Bu isə
onların yuyulmasını və konservlərin sonrakı işlənməsini çətinləş-
dirir. Tənəkə qabların istehsalı və tətbiqinin mexanikləşdirilməsi
və avtomatlaşdırılması asandır. Beləliklə də konservlərin tənəkə
qablara doldurulması həm istehsalçı, həm də istehlakçılar üçün
çox əlverişlidir. Onun tətbiqi ilə konserv sənayesində əmək məh-
suldarlığı yüksəlir; nəqliyyat xərcləri azalır, məhsula şüşə qırıntı-
ları və şüşə tozu düşməsi təhlükəsi aradan qalxır; qabların nəql
olunması, yuyulması, doldurulması, bağlanması, sterilizəsi, kon-
servlərin qablaşdırılması və nəql edilməsinə əmək sərfi və xərclər
xeyli ixtisar olunur. Tənəkə qablar ekspedisiya, səyahət və gəzin-
tilər zamanı üstünlüyü ilə seçilir. Onu da qeyd etmək lazımdır ki,
tənəkə qablar şüşə qablara nisbətən daxili və xarici səthdən korro-
ziyaya uğramaq, aşınmaq ehtimallıdır. Bunun qarşısını almaq
üçün çətin tapılan qalaydan və baha lak, emal, həmçinin rənglər-
dən istifadə olunmalıdır. Şüşə qabların şəffaf olması qabın daxi-
lindəki məhsulu gözlə görməyə və onun keyfiyyətini qiymətlən-
dirməyə imkan verir. Belə ki, daxildəki məhsulun yaxşı görkəmi
onu cəlbedici etdiyi halda əksinə, bulanıqlıq onun aşağı keyfiyyətə
malik olmasına dəlalət edir. Tənəkə qablardan fərqli olaraq, şüşə
qabların təkrar istifadəsi mümkündür.
Tənəkə qablar yeganə metal qablar deyildir. Ondan başqa, alü-
minium banka və tublar, həmçinin xromlaşdırılmış və alüminium-
laşdırılmış tənəkə qablar da mövcuddur. Ona görə də dövlət stan-
dartında «konservlər üçün metal qablar» termini qəbul olunmuş-
dur. Standarta görə metal qablar (konservlər üçün bankalar) 2 tip-
44
də hazırlanır: I – silindr şəkilli və II – fiqurlu; hazırlanma üsuluna
görə yığma və bütöv.
Metal qablar istehsalında dəmir, alüminium və onun ərintisin-
dən istifadə olunur. Hazırda ən çox tənəkə qablardan istifadə edil-
məkdədir. Konserv qablarını ağ tənəkədən hazırlayırlar. O, hər iki
üzünə qalay təbəqəsi çəkilmiş (qalaylanmış) nazik polad təbəqə-
dən ibarətdir. Tənəkəni isti və ya soyuq yayma üsulu ilə hazırla-
yırlar. İsti yayma üsulunda tənəkə təbəqəsinin qalınlığı qeyri-bəra-
bər alına bilir ki, bu da nöqsan hesab olunur. Çünki belə tənəkələr
banka hazırlayan avadanlığın işini çətinləşdirir. İsti yayma üsulu
ilə hazırlanmış tənəkənin xarici səthində bəzən digər nöqsanlara
da rast gəlinir. Məsələn, dalğalı qabarmalar, çopurluq (xallılıq),
qovuqcuqlar, xırda paslar və s. Belə tənəkə vərəqlər qab hazırla-
maq üçün az yararlıdır.
Soyuq yayma üsulu ilə alınan tənəkə daha plastik olur, buna
görə də asanlıqla ştamplana bilir; belə tənəkə vərəqlərinin qalınlı-
ğı hər yerdə bərabər olur. Bu isə tənəkə banka hazırlayan avadan-
lığın işini asanlaşdırır və çıxdaşın (brakın) miqdarını azaldır. Belə
tənəkə vərəqələrinin səthi hamar və qüsursuz olduğundan, onun
qalaylanması asanlaşır. Deməli konserv qabları hazırlamaq üçün
soyuq yayma tənəkələrindən istifadə edilməsi daha məqsədə uy-
ğundur.
Tənəkənin səthinə qalayı isti qalaylama üsulu ilə və ya elektro-
liz vasitəsi ilə çəkirlər. İsti qalaylama üsulunda qalay örtüyünün
qalınlığı orta hesabla 4 mkm (mikrometr), elektroliz üsulunda isə
0,6-0,7 mkm olur (vərəqənin hər tərəfində). İsti qalaylama üsulu
ilə hazırlanan tənəkəyə bəzən lak və ya mina çəkirlər, lakin onları
rəngləmədən də işlətmək olar. Elektrolitik qalaylama üsulu ilə alı-
nan tənəkə xeyli məsaməli olduğundan qoruyucu lak və ya mina
pərdəciyi ilə hökmən örtülməlidir. Bəzi konservlər üçün üzəri lak-
la örtülmüş qara (qalaylanmamış) tənəkədən hazırlanan qablar da
yarayır.
İstifadə olunan tənəkə materialı 2 cür olur: vərəq və lent şəklin-
də. Tənəkə vərəqələrinin ölçüləri adətən 512x712 mm-dir. Lakin
45
digər formatlı vərəqlər də istifadə olunur. Lent şəklində hazırlanan
soyuq yayılmış tənəkənin uzunluğu azı 30 metr və eni 120, 137,
158, 170, 175, 180, 194, 221, 239, 252, 321, 332, 375 və ya 525
mm ola bilir. Soyuq yayma üsulu ilə lent yaxud vərəqdən hazırla-
nan tənəkə bankalar TB (tənəkə banka) markada; isti yayma ilə
İTB; elektrolitik yayama ilə tənəkələr ETB marka ilə göstərilir.
Qalınlığından asılı olaraq tənəkələri müvafiq nömrələrlə göstə-
rirlər. Məsələn, 20 nömrəli tənəkənin qalınlığı 0,19-0,22 mm,
36№-li – 0,34-0,38 mm olur. Konserv bankalar hazırlamaq üçün
20, 22, 25, 32 və 36 №-li tənəkələrdən istifadə edilir. Nazik tənə-
kədən istifadə edilməsi (№18-22) metala xeyli qənaət etməyə im-
kan verir. Lakin belə qablar asanlıqla şəklini dəyişir (deformasiya-
ya uğrayır), buna görə də nazik tənəkə yalnız xırda diametrli ban-
kalar hazırlamaq üçün yarayır.
Tənəkənin səthinə çəkilmiş qalayın miqdarından asılı olaraq,
onları 3 sinifə bölürlər: I – təbəqənin qalınlığı 1,04-1,15 mkm; II –
0,70-0,77 mkm; III – 0,32-0,40 mkm.
Qalaylamaq üçün istifadə olunan material xalis qalay olmalı,
onda qarışıqların miqdarı 0,14%-dən çox olmamalıdır. Qurğuşu-
nun miqdarı isə qalayın ümumi çəkisinə görə ən çoxu 0,4% ola bi-
lər. Çünki daxildə artıq qurğuşun tez zəhərlənmə verə bilir.
Tənəkə kifayət qədər elastik və möhkəm olmalıdır ki, ondan
banka hazırladıqda və tikişlərini əzdikdə bankanın kipliyini pozan
səth çatları əmələ gəlməsin, habelə qalay təbəqəsi aralanıb poladın
üstü açılmasın. Tənəkəni korroziyadan qorumaq üçün üzərinə çə-
kilən lak və minalarda zərərli qarışıqlar, xüsusilə də qurğuşun və
mis duzları, habelə məhsulun rəngini, iyini və dadını dəyişən mad-
dələr olmamalıdır. Üzəri lak və ya mina ilə örtülmüş tənəkənin
səthi parlaq və hamar olmalı, onda tilişkələr və hava qovuqcuqları
olmamalıdır.
Tənəkə qablara yüksək miqdarda zülal maddələrinə malik məh-
sullar doldurduqda, onların daxili səthi mina qatı ilə örtülməlidir.
Çünki laklar zülala davamsız olur. Minalar laklarla xüsusi sinkli
pastaları qarışdırmaqla hazırlanır.
46
Tənəkə qablar hazırlanma üsuluna görə yığma və bütöv slindir-
şəkilli, düzbücaqlı, oval və elleps formalı olur. Ən geniş yayılan
yığma slindirşəkilli bankalardır. Yığma bankalar boylama lehim
tikişi olan gövdədən və qapaqlardan (alt və üst qapaqdan) ibarət-
dir. Bankaların gövdəsi ilə sonluğunu hermetikləşdirmək üçün
kipləşdirici halqalardan və kipləşdirici pastadan istifadə olunur.
Bütöv bankalarda tikiş olmur. Onları basıb-uzatmaq presində
ştamlayır və təkcə qapaqlarını ayrıca hazırlayırlar. Tənəkə banka-
ların qapaqlarını kipləşdirmək üçün rezin halqaları kauçukdan ha-
zırlayırlar. Bu halqalar elastik olmalı və asanlıqla yastılana bilmə-
lidir. O, yağda həll olmamalı və zərərli qarışıqlardan təmiz olmalı-
dır. Kipləşdirici pasta təbii (natural) və ya sintetik kauçuk məhlu-
lundan ibarətdir. İşlədilən həlledicinin tipindən asılı olaraq 2 cür
pasta fərqləndirilir: benzin pastası və su-ammonyak pastası. Kon-
serv sənayesində əsasən ikincidən istifadə olunur.
Tənəkə qabalırın ölçüsündən asılı olaraq, tutumu 54-dən 9515
ml arasında qədər dəyişir. Hər bir qab ölçüsünə görə nömrələnir
(cəmi: 50 nömrə). Meyvə-giləmeyvə məhsullarını doldurmaq
üçün əsasən slindir formalı – 8, 9, 12, 13, 14, 23 və 24 nömrəli,
tutumu uyğun olaraq 353, 364, 565, 889, 3020, 200 və 93 ml olan
tənəkə bankalardan istifadə olunur. Doldurulmazdan əvvəl və son-
ra bankalar möhkəm yuyulur.
Dostları ilə paylaş: |