51
lad, bal və s. məhsullar doldurulur. Belə qabları hazırlamaq və isti-
fadə etmək üçün xüsusi xətlərdən istifadə olunur: «Xassiya» (AFR),
«Pak-forum» (İtaliya), «BTK-1» (Çexiya və Slovakiya) və s.
Şirələr üçün alüminium folqalı və kağızlı polietilendən hazır-
lanmış düzbucaqlı qablardan istifadə olunur. Dondurulmuş meyvə
və giləmeyvələri doldurmaq üçün paketşəkilli polimer qablardan
istifadə olunur. Son vaxtlar bərk qablar istehsalı artırılmışdır ki,
onlar polimer və tənəkə qapaqlarla bağlanır.
Lakin geniş istifadə olunan polimer sintetik qablama material-
ları və pərdələrin müəyyən çatışmazlıqları vardır. Əvvəla onlar
bərpa olunmayan təbii ehtiyatlardan (neft, daş kömür, qaz və s.)
istehsal olunur. İkinci bir tərəfdən plastikin son vaxtlara qədər üs-
tünlüyü hesab olunan onun uzun ömürlü olması, perspektivdə pla-
netin ekologiyası üçün təhlükə törətmiş olur.
Qeyd etmək lazımdır ki, dünyada hər ilə 8-10% artımla 200
mln.ton plasmas istehsal olunur. Onların hamısı vaxtaşırı tullantı-
ya gedir. Bununla bağlı ekoloji problemin kəskinləşməsi 70-ci il-
lərin ortalarında alimləri biopolimerlərdən bioparçalanan qablar
istehsalında istifadə imkanlarına diqqət yönəltməyə vadar etdi.
Sintetik polimerlərə bioloji parçalanmaq xüsusiyyəti verən çox sə-
mərəli və geniş yayılmış üsul – polimer qarışığına müxtəlif nişas-
talar vurulmasıdır.
Son vaxtlar istismar xüsusiyyətlərini yalnız müəyyən müddət
saxlayan, sonra isə təbii şəraitdə fiziki-kimyəvi və bioloji çevril-
mələrə məruz qalan biopolimerlərə üstünlük verilməkdədir. Bio-
parçalanan plastiklər kompostlaşdırılmada mikroorqanizmlərlə
(bakteriyalar, göbələklər) parçalanır. Bioparçalanan plastiklər təbii
və sintetik polimerlər və onların qarışığından alına bilər. Biopar-
çalanan plastiklər tamamilə və bir qədər parçalanan ola bilər.
Dostları ilə paylaş: