1.3.6. Qablama materialları
Qablama materialı məhsulu yalnız havanın zərərli təsirlərdən
qorumamalı, həm də uçucu - ətirli maddələri saxlamalıdır. Həmçi-
nin bəzi məhsullar saxlandıqda ayrılan arzu olunmayan maddələr-
dən məhsulu qoruya bilməlidir.
Qablamada əsas məlumatlar əks olunmalıdır. Buraya adi, key-
fiyyət kateqoriyası, hazırlayan, hazırlanma tarixi, yararlıq müddə-
ti, kütləsi, ayrı-ayrı komponentlərin miqdarı, istifadəsinə dair töv-
siyyələr və s.
Emal məhsullarının keyfiyyətində qablama taralarının rolu in-
kar edilməzdir. Yeni qablama materialları istehsalatda zəif tətbiq
olunsa da, artıq tetra – pak, tetra – brik, brik – pak, tetra – ton kimi
müasir tipli qablamalar konteynerlər, çoxdəfəlik qablar istehsalat-
da özünə yer tapmışlar.
Yeni qablama materiallarından istifadə olunması yalnız pers-
pektivlər açmayıb, həm də bir sıra problemlər, xüsusilə də - ekolo-
ji problemlər yaradır. Məsələn, ABŞ – da hər il 5 mln ton qablama
materialı sərf olunur ki, onun da 60% - dən çoxu qida sənayesində
istifadə olunur. Afropa ölkələrində bu göstərici 30 mln ton təşkil
edir. Bu qablama materialları insanın yaşayış mühitini çirkləndirir
və onun həyat fəaliyyətinə əks təsir göstərir.
Fransa və AFR – də kağız və kardon qablamalar bərk şəhər tul-
lantılarının təqribən 30% - i təşkil edir. Son vaxtlar “yaşıl qabla-
ma” termini, başqa sözlə ekoloji təmiz – asan utilizə olunan, ya-
xud çox qat istifadə olunmaqla ətraf mühiti çirkləndirməyən qab-
55
lama anlayışı meydana gəlmişdir. Qablama materiallarının ekoloji
səciyyəsi kimi xüsusi metodika ilə hesablanan mühitin çirklənmə
vahidi – UBP (Umwelt Belastunq – Spunktı) qəbul olunmuşdur
(cədvəl 1.3).
Cədvəl 1.3
Qablama materiallarının ekoloji səciyyəsi
Məhsul və qablama tipi
UBP göstəricisi
Süd, 1 L
Tetra – brik
90
PE – göstərici
17
Şüşə (yumadan 40 dəfə istifadə)
40
Polimer butulkalar (yuma ilə 100 dəfə
istifadə)
30
Portağal şirəsi, 1 L
Tetra – brik
102
Şüşə 40 dəfəlik istifadə
45
Birdəfəlik şüşə
286
Yağ, 1 kq
Polimer paket, kardon
46
Polimer paket
12
Polimer (falqa materialından paket)
6
Armud, 1 kq
PE paket
7
Kağız paket
21
Kardon qutu
123
Polimer qutu
38
Kardon PVX
192
Kofe, 250q
Çoxqat paket
27
“Ekspresso” paket (10 porsiya)
824
ət, 30q
Kağız – PE
28
PE – paket
14
PS lotok + polimer pərdə (PE+ PVT)
54
Sintetik qablama materialları. Sintetik materiallardan daha ge-
niş yayılanı paketlərdir. Paketlər ya tara kimi, yaxud da adi kağız
56
qutulara içlik kimi istifadə edilir. Paketlər hazırlanan materiallar
onları termiki qaynaq metodu ilə bağlanmağa imkan verir.
Polietilen qablamalar. Məhsulları qablamaq üçün yüksək təz-
yiqli polietilendən geniş istifadə edilir. Başqa sintetik materiallarla
müqayisədə o, ən aşağı – 920 kq/m
3
sıxlığa malikdir. Ondan qa-
lınlığı 0,015 mm olan pərdələr, kisəciklər üçün isə qalınlığı 0,040
– 0,050 mm olan pərdələr alınır. Pərdə şəıffaf, yaxşı mexaniki xü-
susiyyətlərə malik, yağlı istisna olunmaqla qida məhsullarının tə-
sirinə dayanıqlı olur. Yağın uzun müddətli təsiri ilə pərdə şişir.
Işığın və hava oksigeninin təsiri ilə pərdənin keyfiyyəti pisləşir.
Xeyli miqdar yağlara malik məhsulları saxlamaq üçün kisəcik-
dən hava çıxarılmalıdır. Vakuumlaşdırıldıqda meydana gələn pro-
seslər məhsulun keyfiyyətində mənfi şəkildə əks oluna bilər. Ha-
vanı çıxarmaq üçün kisəcik atmosfer təzyiqində qazlarla – karbon
qazı (CO
2
) yaxud azotla (N
2
) doldurulur. Bundan sonra onda də-
nəvər kofe, süd tozu, kartof püresi, quru sup, yer qozu və s. saxla-
maq olar.
Polietilen pərdə praktik su keçirməyəndir. Polietilen kisəciklər-
də 4-5 ay müddətində dondurulmuş məhsullar saxlandıqda məhsul
itkisi müşahidə olunmur. Polietilen pərdə inert qazları yaxşı bura-
xır. Pərdənin xassələri -50
0
-dən +65
0
C arası temperaturda dəyişil-
məz qalır. Aşağı təzyiqli polietilen böyük sıxlığa malik olur və da-
ha yüksək temperatur və mexaniki təsirlərə davam gətirir. Polieti-
len yeyinti sənayesində qablama materialı kimi geniş tətbiq tap-
mışdır. Polietilen taraların çatışmazlığı onların asanlıqla mexaniki
zədələnməsi və hava oksigeni üçün keçirici olmasıdır.
Polivinilxlorid (PVX) qablamalar. Polietilenlə müqayisədə po-
livinilxlorid su buğları üçün böyük, ətir əmələ gətirici maddələr
üçün isə az keçiriciliyə malik olmasıdır. Polivinilxloriddən müxtə-
lif xırda stəkanlar və butulkalar hazırlanır. Yumşaldılmış polivi-
nilxloriddən hazırlanan pərdə su buğları, oksigen və karbon qazı
üçün yüksək keçiriciliyə malik olur.
Polivinilidenxloridlə (PVDX) qablama. Bu qablama materialı-
nın ticarət adı – “saran” termodayanıqlı pərdəsi olub, polietilenlə
57
müqayisədə daha yaxşı xüsusiyyətlərə malikdir: su buğları üçün
az, inert qazlar üçün isə praktik olaraq keçirici deyildir. Polietilen
dözən temperatura o da dözümlüdür. Pərdənin qalınlığı – 0,025
mm-dir. Çatışmazlığı yüksək maya dəyəri (polietilendən 2 dəfə
çox) və yüksək – 1820 kq/m
3
sıxlığa malik olmasıdır.
“Kriovak” pərdəsi ət porsiyası quş cəmdəyi, tərəvəzlər və s. qab-
lamaq üçün tətbiq olunur. Qablanan məhsul bir neçə saniyə tempe-
raturu 95
0
C olan suya salınır. Bu halda pərdə sıxılır və məhsulun
səthinə bərk yapışır. Məhsulun saxlanma müddəti və keyfiyyəti be-
lə saxlanmada digər materiallardan hazırlanan pərdələrə qablama
ilə müqayisədə daha yüksək olur. Eyni zamanda nəzərə almaq la-
zımdır ki, qablanan məhsul yüksək nəmliyə malik olmamalıdır.
Çünki bu müəyyən şəraitdə qablamanın daxilində suyun kondinsa-
siyasına səbəb olmaqla, məhsulun qıcqırmasını törədə bilir.
Polipropilen (PP) qablamalar. Polipropilen pərdələr polietilenə
nisbətən daha böyük möhkəmliyə və oksigen üçün əhəmiyyətsiz
dərəcədə keçiriciliyə malik olur. O, daha şəffaf və hamar olub,
120-130
0
C temperatura dözür və -10
0
və aşağı temperaturda tez
dağılır. Polipropilen aşağı maya dəyərinə malik olur. Digər mate-
riallardan alınan pərdələrlə kombinasiyası - kisəciklər hazırlanma-
sı, kağızla kombinasiyası – qutular düzəldilməsi üçün tətəbiq olu-
nur. Polipropilen pərdəsi termodavamlı xüsusiyyətlərə malikdir.
Polietilentereftall (PETF) qablamalar. Polieetilentereftall –
şəffaf, möhkəm, istiyə dayanıqlı gigiyenik polimer material olub,
məhsulların qablanması üçün tətbiq olunur.
Ondan baryerli çoxqat pərdə materialları hazırlanır: artıq təzyiq
altında termoformalı qab – lodkalar, butulkalar (o cümlədən, qaz-
laşdırılmış içkilər üçün). PETF butulkalar PVX-dən olan butulka-
larla müqayisədə yüksək möhkəmliyi, gigiyenikliyi, çoxqat istifa-
də imkanlarına malik olması üstünlüyü ilə seçilir. ABŞ -ın müxtə-
lif şirkətləri PETF-dən pepsi-kola, kettunlar, pivə, limonad və di-
gər içkilər və məhsullar üçün butulkalar buraxır. PETF-dən olan
butulkalar məhsulları 130
0
C-də sterilizə etməyə imkan verir.
Alüminium qablamalar. Alüminium folqa 0,005-0,1 mm qalın-
58
lığa malikdir. Belə folqalar kağızla birlikdə işlənir. Əgər qablama
yalnız alüminium folqa ilə həyata keçirilərsə onun qalınlığı 0,020-
0,025 mm olur. Alüminiumu turşuların təsirindən qorumaq üçün
folqanı lakla örtürlər. Alüminium folqadan olan hermetik qablama
su, qaz və aromatik maddələr üçün keçirici deyildir. Elastikliyi
yaxşılaşdırmaq və korroziyanın qarşısını almaq üçün mumlu ka-
ğızla örtülmüş folqadan, yaxud sintetik pərdə və sellofanla kombi-
nasiyalı folqa tətbiq olunur. Bu yolla kombinə edilmiş folqanı ya-
pışqanlamaq və qaynaq etmək olar.
Alüminium boşqab almaq üçün qalınlığı 0,06-0,3mm olan fol-
qadan istifadə olunur. Boşqablardan əlavə qapaqlı lodkacıqlar ha-
zırlanır. Lodkaçıqlar eyni zamanda qab rolunu da yerinə yetirir.
Metal qablamalar. Qablama kimi istifadə olunan metal banka-
lar sinkləşdirilmiş tənəkədən hazırlanır. Tənəkənin qalınlığı 0,38-
0,40 mm, sink qatının kütləsi 1m
2
səth üçün -35 qm
3
təşkil edir.
Turş, duzli, aseton boyalara malik məhsulları qablamaq üçün lak-
lanmış yaxud sintetik pərdə çəkilmiş bankalar istifadə olunur. Gi-
giyena şəraitini yaxşılaşdırmaq məqsədilə doldurmadan əvvəl
bankalar daxilinə polietilen kisəciklər yerləşdirilir. Metal bankala-
rın üstünlüyü onların yüksək dərəcədə hermetik olması, vakuum-
laşdırmanın mümkünlüyü, nəql etdirməyə davamlığı; çatışmazlığı
isə onların hazırlanmasına böyük enerji xərclərinin tələb olunma-
sı, yüksək maya dəyəri və bir dəfə istifadə oluna bilməsidir.
Məhsulların nəql etdirilməsi üçün qablamalar. Məhsulların
tək-tək xırda qablamalarda nəql etdirilməsi üçün əsasən büzməli
kardon qutular və polietilen pərdələrdən istifadə olunur. Qablama
böyük həcm tutmamalı və kütləsi 15 kq-dan çox olmamalıdır. Qu-
tu hazırlamaq üçün 1m
2
-nın kütləsi 750 qr olan büzməli kardon
hamar xarici qatdan və dalğalı daxili hissədən ibarətdir. Nəmliyə
davamlığını və qala bilmə müddətini yüksəltmək üçün kardon su-
yu kənar edən tərkiblə doydurulur. Kardon qutularla yanaşı hazır-
da lamit, plassmas yaxud metaldan hazırlanan müxtəlif tip və bö-
yüklükdə konteynerlər də tətbiq tapmışdır.
|