Şaftalı.
Zaqafqaziya, Orta Asiya, Dağıstan, Krımda becərilən
şaftalı ağacının meyvəsidir. Şaftalının qida dəyəri şəkər, turşu və
mineral duzların harmonik cəmləşməsi ilə müəyyən olunur. Şaftalı-
da şəkərlərdən saxaroza (3,5-10,7%); turşulardan – alma və şərab
turşusu üstünlük təşkil edir. Fenol maddələri 0,018-0,29%, azot
maddələri – 0,44-0,93% və pektin 0,56-1,26% təşkil edir. Şaftalıda
C vitamini az (10-15 mq%) olub, sarı lətli meyvələri karotinlə zən-
gindir (0,5-1,0 mq%). Şaftalı meyvələrinin yığılması iyulun axırla-
rından oktyabrın əvvəlinə qədər davam edir. Tezyetişən meyvələr
00C-də bir-iki həftə, gecyetişənlər iki aya qədər saxlana bilir.
Daha geniş yayılmış sortları bunlardır: gecyetişənlər – Elberta
Çempion, Zafrani və b.; orta – Nikitskiy, Anton Çexov və b.; tez-
yetişən isə Qızıl yubiley, Sovetskiy Amsden və s.
73
Yetişmiş şaftalı meyvələri – 1
0
C-dən 0
0
arasında, bir az yetiş-
məmiş – 0-dan 5
0
C arasında, 90% nisbi rütubətdə saxlanır. Sax-
lanma müddəti 1 aya qədərdir.
Gavalı.
Bu meyvələr Şimali Qafqaz, Ukrayna və Moldovada
becərilir. Gavalı əkinlərinə görə alma və albalıdan sonra üçüncü
yeri, Uzaq Şərqdə isə birinci yeri tutur. Daha geniş yayılan ev ga-
valısı adlandırılan adi bağ gavalısı, alça, göyəm, göyəm gavalıdır.
Adi bağ gavalısı Vengerka, Renklod və yumurtavari qruplara
bölünür. Vengerka təzə halda, qurutmaq üçün, eləcə də mürəbbə,
povidlo, şirələr və s. məhsullar istehsalında istifadə olunur. Ven-
gerka 7,9-13,1% şəkərə, 0,4-0,9% turşulara, 5-15 mq% C vitami-
ninə malik olur. Onda həmçinin B
1
, B
2
vitaminləri və karotin də
vardır. Bu gavalı avqust-oktyabr (gecyetişən sortlar) arasında yeti-
şib, 0-1
0
C temperaturda 2-3 ay saxlanır.
Vengerka sortlarından daha geniş yayılanları – Ev vengerkası,
İtaliya Vengerkası, Bikarda və başqalarıdır.
Renklod gavalısı 7,0-16,3% şəkərə, 0,5-1,43% turşuya (alma
və limon), 0,48-1,24% pektin maddələrinə malikdir. Daha geniş
yayılan yaşıl Renklod olub, avqustun əvvəlində yetişir. Yüksək
dad keyfiyyətinə həmçinin aşağıdakı Renklod sortları da malikdir:
Altana, Kolxoznıy Babe, Bənövşəyi və s.
Yumurtavari gavalı yumurta formalı iri, turşaşirin, şirəli möh-
kəm lətə malikdir. Bu gavalıya Sarı yumurtavari, Zolotoya kaplya
və s. aiddir.
Alça.
Bu meyvə bitkisi Qafqazda, Krım vilayətində və orta
Asiyada becərilir. Ev alçası da becərilir, o, mötədil turşuluqla
fərqlənir. Rənginə görə fərqli olub sarı, qırmızı demək olar ki, qa-
ra, yaşıl və s. rənglərinə rast gəlinir. Müxtəlif alça sortlarında şə-
kər 4,5-6,2% (saxaroza üstünlük təşkil edir), turşu 1,8%, fenol
maddələri 0,55-1,31% arasında dəyişir. Alça yaxşı jeleləşən pekti-
nə (0,42-0,80%) və az miqdarda C vitamininə (7-23mq%-ə) ma-
likdir. Alçanın bəzi növ müxtəlifliyi təzə halda, çox hallarda isə
emal üçün istifadə olunmaqla ondan aşağıdakı məhsullar alınır:
marmelad, pastil, mürəbbə, kompot və s. Daha geniş yayılan sort-
74
ları – Göyçə sultanı, Ərəş, Rəcəbi, Zil-Qarabağ, Yaz-mələsi, Gila-
sı alça, Sarı mədəni və Qırmızı mədənidir.
Dostları ilə paylaş: |