76
tişməmiş vəziyyətdə - jele, mürəbbə, cem emalı üçün, yetişmiş isə
şərab hazırlanmasına yaralıdır. Yetişmiş firəng üzümü təzə halda
istifadə olunur.
Firəng üzümünün giləsi möhkəm qabığa
və toxum yerləşmiş
jele yaradan lətə malikdir. Müxtəlif sortlarında qabıq – yaşıl, sarı,
ağ, qırmızı, tünd qırmızı və demək olar ki qara rəngdə ola bilir.
Qırmızı meyvəli sortlar yaşıla nisbətən daha yaxşı saxlanır.
Sortundan və yetişdirildiyi şəraitdən asılı
olaraq tərkibində
11,4-21,4 % quru maddə, 0,54-2,35% turşu, 7,64-15,21% ümumi
şəkər olur. C vitamini ilə zəngindir (26-57 mq%).
Firəng üzümünün sortları morfoloji əlamətlərinə, yarpaq və gi-
ləmeyvəsinə görə fərqlənir. Giləmeyvənin
fərqli sort əlamətləri
bunlardır (iri kütləli – 20 qrama qədər, xırda 1,0-1,5mq), forması
(dairəvi,
dairəvi oval, yumurtavari, armudvari)
yeyilən yetişkən-
likdə rəngi (ağdan - tünd rəngə qədər), qabığının qalınlığı, dadı
(turşaşirin, şirin, çox yaxşı) və s. Yetişmə vaxtına görə sortlar tez,
orta və gecyetişən olub, çərəz, təzə halda istifadə edilən və sənaye
sortları kimi fərqləndirilir.
Firəng üzümü 0
0
C-yə yaxın temperaturda və 90%
nisbi rütubət-
də 2 həftə saxlanır.
Quş üzümü
. Belorusda və MDB-nin şimal rayonlarında yayı-
lan yabanı giləmeyvədir. Ondan şirə, kisel, mürəbbə ekstrakt və s.
hazırlanır. Quş üzümünün tərkibində 3%
limon turşusu, 0,01-
0,04% benzoy turşusu və 2,6-5,7% şəkər (əsasən qlükoza və fruk-
toza) olur. Az miqdarda C vitamininə də (12-31 mq%) malikdir.
Yaxşı konservləşdirici təsirli benzoy turşusunun yüksək miqdarı
giləmeyvənin uzun müddət saxlanmasını təmin edir. Payız yığımı-
na nisbətən, qar altında qışı keçirmiş yaz yığımı pis qaldığı üçün
onları çəlləklərdə su ilə saxlamaq olur. Payız yığımından alınmış
quş üzümü təzə halda və dondurulmuş şəkildə saxlanır. Təzə quş
üzümü yığımdan sonra bir il müddətinə qədər 3-5
0
C temperaturda
saxlanır. Dondurulmuş quş üzümü yaza qədər saxlanır.
Dostları ilə paylaş: