2.1.4. Qərzəklilər
Yunan qozu.
Yunan qozunun meyvəsi quruyan xarici qabıq-
dan təmizləndikdən sonra, möhkəm ağac örtükdən və onun daxi-
lində yerləşən nüvədən ibarətdir. Yüksək keyfiyyətli qozlarda ör-
tük zərif olub, nüvəsi sıx, ağ, sarıtəhər çalarlarla, kənar tam və iy-
siz olur. Meyvənin daxilində bir, yaxud iki (bəzən lap çöx) arakəs-
mə olur. Zərif örtüklü qozlarda nüvə çıxımı qozun kütləsinə görə
50 %, qalın örtüklülərdə 30-35% təşkil edir.
Yunan qozunun orta kimyəvi tərkibi belədir: 7,8% su, 16% zü-
lal, 58,5% yağ, 13% karbohidratlar (qlükoza, saxaroza, dekstran,
nişasta və s.), 2,9% sellüloza 1,6% kül, yaşıl yunan qozunun nüvə-
sində olduqca çoxlu miqdarda – 1500 mq%-ə qədər C vitamini
olur. Qozun yetişməsi dövründə onun miqdarı 30 mq%-ə qədər
80
azalır. Yeyilmək üçün qoz tam yetişkənlik vəziyyətində yığılır.
Yığım avqustdan noyabra (gecyetişənlər) qədər aparılır. Yığılmış
meyvələr günəş altında yaxud quruducu kameralarda (60
0
C-dən
yüksək olmayan temperaturda) tərkibində 10% su qalana qədər
qurudulur.
Yunan qozunun sortları yığıldığı rayonlara uyğun olaraq Qaf-
qaz, Orta Asiya, Krım və Moldova kimi qruplaşdırılır. Qozun aşa-
ğıdakı pomoloji sortları daha geniş yayılmışdır. Adi yunan qozu,
Fərqanə, Səmərqənd, Arnavada, Bomba. Keyfiyyətinə görə yunan
qozu əla, sortlarının meyvəsi bütöv və yetişmiş olmalı, nüvəsinin
nəmliyi 10%-dən yüksək olmalıdır.
Fındıq.
MDB-nin demək olar ki, bütün ərazisində yayılmışdır.
Sentyabrda yığılır, xarici örtükdən təmizlənib, 15% nəmlik qalana
qədər qurudulur. Orta hesabla 16% zülal, 6,4 % yağ, 8,5% karbo-
hidrat (nişasta üstünlük təşkil edir), 3,2% sellülozadan ibarətdir.
Xalq seleksiyası ilə alınmış Ata-baba, Gəncə, Yağlı fındıq sort-
ları becərilir.
Badam.
Zaqafqaziya Krım və Orta Asiyada yabanı halda bitən
badam ağacının meyvəsidir. Burada həm də şirin badam becərilir.
Dadına görə badam şirin və acı olur. Meyvələrə acı dadı miqdarı
2-3% təşkil edən qlükozid verir. Acı badamdan kimya sənayesin-
də və ətriyyatda geniş istifadə edilən efir yağları alınır. Şirin ba-
dam təzə, qovrulmuş, şəkərləşdirilmiş və duzlaşdırılmış şəkildə
qənnadı məhsulları istehsalında və badam yağı almaq üçün istifa-
də olunur. Onun kimyəvi tərkibi orta hesabla belədir: su 6,3%, zü-
lal 21,4%, yağ 53,2%, karbohidratlar 13,2%, sellüloza 3,2%, mi-
neral maddələr 2,3%.
Şirin badamın ən yaxşı sortları bunlardır: Desertnıy, Krımskiy,
Nikitskiy 62, Yaltinskiy və b. Keyfiyyətinə görə şirin badam əla
və birinci sorta bölünür.
Püstə.
Orta Asiyada yabanı halda bitən püstə ağacının meyvə-
sidir. Onu az miqdarda Azərbaycanda və Krımda becərirlər. Mey-
vələri avqust-sentyabrda yetişir. Qərzəyi partlayan və partlamayan
sortlar becərilir. Daha əlverişlisi qərzəyi partlayandır.
81
Püstənin tərkibinə 8% su (10%-ə qədər); 22,6% zülal; 45,7%
yağ; 17,61% karbohidratlar; 3% sellüloza; 3,1% kül daxildir.
Yığılmış qozları üst örtükdən təmizlənib, nəmliyi 10%-dən ar-
tıq olmasın deyə qurudulur və sortlaşdırılır (qərzəyin partlayıb,
Dostları ilə paylaş: |