Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1


partlamamasına və böyüklüyünə görə). Püstədən qənnadı istehsa-



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə29/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   25   26   27   28   29   30   31   32   ...   141
2017-1715


partlamamasına və böyüklüyünə görə). Püstədən qənnadı istehsa-
lında yağ almaq üçün, həmçinin də təzə halda duzla qovrulmuş şə-
kildə istifadə edilir.
Şabalıd.
Təbii şəraitdə yeyilən, yaxud həqiqi və yeyilməyən (at 
şabalıdı) şabalıd yetişir. Yeyilən şabalıd Zaqafqaziya, Şimali Qaf-
qaz və Krımda bitir. Zaqafqaziya, Dağıstan və Azərbaycanda be-
cərilir. Şabalıdı oktyabr-noyabr aylarında yığırlar. Hər bir örtükdə 
3 şabalıd yeyiləsi olur ki, onların biri tam inkişaf etməmiş olur. 
Yığım vaxtı şabalıd örtükdən təmizlənir, günəş altında, yaxud qu-
ruducularda 15,5% nəmliyi qalana qədər qurudulur. Şabalıd pis 
saxlanır və tez kiflənir. Qozlardan fərqli olaraq şabalıd az yağa 
malik olur. Nişasta və azotlu maddələrlə zəngin olur. Təzə yığıl-
mış şabalıdın tərkibində orta hesabla 47% su, 24% nişasta, 5% şə-
kər, 6% dekstran, 2% zülal, 2%-ə yaxın yağ, 2,6% sellüloza, 1,4% 
kül olur.
Şabalıd təzə halda, qovrulmuş yaxud bişirilmiş şəkildə, həmçi-
nin də qənnadı istehsalında və s. istifadə olunur.
2.1.5. Subtropik və tropik meyvələr 
 
Naringi.
Keçmiş SSRİ-də daha geniş yayılmış pomoloji sortu 
Unşiudur. Onun növmüxtəliflikləri bunlardır: Toxumsuz gürcü, 
Vass-unşiu, Qruzinskiy uzkolistnıy və şirokolistnıy. Az miqdarda 
Klementin sortu becərilir. Naringinın kütləvi yığımı noyabrda baş-
lanıb, dekabrın ortalarında qurtarır. Onları tam yetişkənlik vəziy-
yətində yığırlar. Yaxşı bükülmüş narıngini soyuducularda 4 aya 
qədər saxlamaq olur. Bəzən şaxtaların düşməsi ilə əlaqədar mey-
vələri yarı yaşıl yığmaq lazım gəlir. Saxlanma prosesində onlar 
tədricən tipik rəng alır. Lakin şəkərlik yüksəlmədiyindən, şirinliyi 
az olur. Belə naringilərdə turşuluq daha yüksəkdir. Narıngi əsasən 


82 
təzə halda yeyilir. Ondan həmçinin kompot, şirə, mürəbbə, meyvə 
suyu və s. məhsullar da hazırlayırlar.
Sitrus meyvələrinin hamısının lətində saxaroza, qlükoza və 
fruktoza olmaqla, daha çox üstünlüyü saxaroza təşkil edir. Turşu-
lardan yalnız limon turşusuna malik olurlar. Daha az turşuluq na-
rıngilərdə, daha çox isə limonlarda olur. Mineral elementlərdən 
kalium və fosfor üstünlük təşkil edir. Sitruslar vitaminlərlə zən-
gindir. Belə ki, C vitamininin miqdarı lətdə 35-62 mq%, qabıqda 
120-180 mq% olur. Həmçinin B
1
, B
2
və karotin vitamininə malik-
dir. Qabığında 490 mq%-ə qədər P vitamini vardır.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə