79
azı alma turşusu), xeyli C vitamini (30-80%),
fenol maddələri
0,20%; azotlu maddələr 1%; yağlar 0,64%; sellüloza 1,55%; pek-
tin 1,27%; kül 0,5%; müəyyən miqdar B
1
vitamini, karotin, dəmir
duzları, fosfor və kobalt tapılmışdır.
Çiyələk
təzə halda və həmçinin mürəbbə, cem, şərbət, şirə,
ekstrakt, jele və kisel hazırlamaq üçün istifadə edilir.
Yetişmə
müddətinə görə çiyələk sortları tez, orta və gecyetişən olur. Gec-
yetişən sortlar o biri sortlara nəzərən təqribən 2 həftə gec yetişir.
İstifadəsinə görə sortlar çərəz (giləsi zərif, ətirli, şirin dadlı),
süfrə (daha sıx konsistensiyalı dadlı gilələr
- yemək və şirniyyat
şirələri hazırlamaq, eləcə də süfrəyə təzə halda verilmək üçün) və
texniki (giləsi sıx, lətli, turşaşirin dadlı, termiki
işləməyə - sterilizə
etməyə, yaxud dondurulmağa davamlı) kimi fərqləndirilir.
İri meyvəli bağ çiyələyinin tez yetişən sortları Poşinskaya,
Vnuçka, Mısovka, Obilnaya; orta yetişənlərə - Festifalnaya, Zen-
qana, Komsomolka, Narodnaya, Talisman, Vımpel və s; gecyeti-
şənlərə - Poznaya Zaqorya, Traktorist və s. aiddir.
Çiyələk 0-1
0
C
temperaturda, 85-90% nisbi rütubətdə 5 günə
qədər saxlanır.
Dostları ilə paylaş: