Çuğundur.
Avropaya şərqdən gətirilmiuşdir. Bizim eradan 2
min il əvvəl Assuriya, Vavilon və Azərbaycanda həm dərman həm
də yarpaq tərəvəzi kimi becərildiyi məlumdur. Hazırda çuğundur
dünyanın hər yerində yayılmışdır. Kökü meyvələri yaxşı saxlan-
maq xüsusiyyətinə malik olub, bütün ilboyu istifadə olunur. Çu-
ğundur şəkərlər və mineral maddələrlə zəngin olub, dad və müali-
cəvi xüsusiyyətlərinə görə qiymətləndirilir.
Çuğundur azotlu maddələrin özünəməxsus tərkibi ilə fərqlənir.
Buraya betanin (0,6-2,3%) və xolin daxildir. Bioloji fəal maddələ-
rə həmçinin polifenollar (90-103 mq/100 q), pektin (2,5%-ə qə-
dər) və rəng maddələri, xüsusilə də betain və betaksantin (250-400
91
mq/100 q) şəklində özünü göstərən müxtəlif betasinlər aiddir. Çu-
gundura fərdi dadı isə saponinlər verir.
Çuğundurda rəngləyici maddələrin olması ondan təbii qida
rəngləyiciləri almaq üçün istifadə etməyə imkan verir. Çuğundu-
run kökümeyvəsi ilə yanaşı cavan yarpaqlarından da istifadə olu-
nur.
Çuğundurun enerji dəyəri onun 100 q miqdarına 33 kkal təşkil
edır. Tövsiyə olunan istehlak norması ildə 5,6 kq-dır.
Çuğundurun təsərrüfat – botaniki sortlarının eyniləşdirilməsin-
də yetişmə müddəti, forması, lətin rəngi, kökümeyvənin kütləsi,
saxlana bilməsi və qida keyfiyyəti kimi əlamətlərdən istifadə olu-
nur.
Yetişmə müddətinə görə çuğundurlar tez (vegetasiya müddəti
100 günə qədər), orta (100-130 gün) və gec yetişən (130 gündən
çox) olmaqla qruplaşdırılır.
Ağ turp
– ikillik bitkidir. Vitaminlərlə, xüsusilə də C vitamini
ilə zəngindir.
Ağ turpun 100 q yeyilən hissəsində vitaminlərlə yanaşı olur
(qramla): su – 88,6, zülallar – 1,9; həzm olunan karbohidratlar
(ümumi) – 7,0; mono – və dişəkərlər – 6,2; nişasta – 0,3; sellüloza
– 1,5; üzvi turşular (alma turşusuna çevirməklə) – 0,1, kül – 1,0;
mineral maddələr mq/100 q: natrium – 17, kalium – 357, kalsium
– 35, maqnezium – 22, fosfor – 26, dəmir – 1,2. Ag turpun enerji
dəyəri – 34 kkal/100 q təşkil edir.
Ağ turpda olan yod, efir yağları və digər birləşmələr patogen
mikro-orqanizmlərə öldürücü təsir göstərir. Efir yağları (xardal,
allil və b.) turpa özünəməxsus ətir, qlikozidlər isə (siniqrin, qlüko-
zamın və b.) – kəskin tam verir. Efir yağlarının miqdarı 0,1 –
0,5% təşkil edir.
Ağ turp sortları kökümeyvənin kütləsinə və formasına, qabıq
və lətin rənginə, dad keyfiyyətinə və saxlanma xüsusiyyətinə görə
fərqlənir.
Ağ turp keyfiyyət göstəricilərinə görə standartın tələblərinə ca-
vab verməlidir.
|