90
Yerkökünün enerji dəyəri onun 100 q yeyilən hssəsinə görə 33
kkal təşkil edir. Təzə kökün tövsiyə olunan istehlak norması ildə
11 kiloqramdır.
Yerkökünün kök meyvəsi qabıqdan, lətdən və özəkdən ibarət-
dir. Özəyə nisbətən kənar hissələr daha yüksək qida dəyərinə ma-
lik olduğundan, özəyi böyük olmayan kökə daha çox üstünlük ve-
rilir.
Yerkökünün təsərrüfat-botaniki sortlarının eyniləşdirilməsində
istifadə olunan əsas əlamətlərə kökumeyvənin uzunluğu və forma-
sı, rəngi, səthinin vəziyyəti, özəyin ölçüləri, karotinin miqdarı, qa-
la
bilmək xüsusiyyəti, dad keyfiyyəti aiddir.
Kökümeyvələr formasına görə dairəvi, silindrşəkilli, konusvari;
uzunluğuna görə qısa – 85 santimerə qədər; yarım uzun – 20 sm
və uzun – 20 sm-dən çox ola bilir. Qısa köklər böyük olmayan
özəyə, parlaq-narıncı
lətə malik olur, lakin qala bilməsi pisdir.
Uzun kökümeyvəyə malik olan sortlar yaxşı saxlanır, lakin çoxu-
nun özək hissəsi iri və ləti kobudvari olur. Odur ki, onlar dad key-
fiyyətinə görə digər sortlardan geri qalır.
Yerkökünün tərkibində 88,0% su, 1,3% zülal, 1,0% kül, o cüm-
lədən makro və mikro elementlərin olması onu qida üçün əlverişli
məhsula çevirir.
Kələ-kötürləşmiş, çürümüş, iylənmiş, donmuş, gəmiricilərlə
zədələnmiş, parçalanmış və s. köklər çıxdaş edilir.
Dostları ilə paylaş: