111
süd yetişmə fazasının sonunda, yəni qırmızımtıl olanda; şirə, püre,
tomat, pasta hazırlamaq üçün isə tam qırmızı rəng aldıqda yığılmalı-
dır. Ərik və şaftalı kompot, mürəbbə üçün bərk konsistensiyaya ma-
lik olmalı; şirə və povidlo üçün isə tam yetişməlidir.
Yığım yetişkənliyi o meyvə-tərəvəzlərdə tətbiq edilir ki, onlar-
da artıq sorta məxsus rəng, dad, ətir, böyüklük əmələ gəlməklə,
kimyəvi tərkib və konsistensiya tələb olunan səviyyəyə çatmış ol-
sun. Buraya sitrus meyvələri, payızlıq-qışlıq tumlu meyvələr, ye-
miş, qarpız, pomidor, bibər və s. aiddir.
Fizioloji yetişkənlik dövründə toxum tam yetişmiş olmaqla, ət
hissədən asanlıqla ayrılır. Bir sıra meyvələrdə ət hissə şirə üçün (ərik,
şaftalı, pomidor və s.) istifadə olunur, toxum isə başqa məqsədlər
üçün verilir. Belə toxumların təsərrüfat yararlığı yüksək olur.
Dostları ilə paylaş: