2.2.6. Qabaq tərəvəzləri
Bu qrupa xiyar, kabaçki, patisson, yemiş, qarpız, qabaq və s.
aid edilir.
Xiyar
– qədim tərəvəz bitkisi olub, çox populyardır. Xiyar
meyvələri yüksək miqdarda nəmliyi və aşağı şəkərliyi ilə fərqlə-
nir. Xoşa gələn ətri və orqanizm üçün vacib olan mineral maddə-
ləri (kalium, dəmir, fosfor, yod və s.) ilə dəyərləndirilir. Xiyarda
az miqdarda vitaminlər – karotin, B
1
, B
2
, B
6
, PP, pantoten turşusu
olur.
Xiyarın təsərrüfat – botaniki sortları eyniləşdirildikdə aşağıdakı
əlamətlər nəzərdə tutulur: səthinin vəziyyəti, rəngi və istifadə
məqsədi.
Xiyar meyvələri iriliyinə görə qruplara bölünür: I qrup qısa
meyvəlilər – uzunluğu 11 sm, II qrup qısa meyvəlilər – 14 sm-ə
qədər, orta meyvəlilər – 25 sm-ə qədər və uzun meyvəlilər – 25
sm-dən çox.
Xiyar meyvələri oval, uzanmış-oval, silindrşəkilli və s. forma-
da ola bilir. Meyvələrin rəngi açıqdan tünd-yaşıla qədər dəyişir.
Hamar səthli iri meyvəli xiyarlar əsasən təzə halda, səthi tikanlı
xırda meyvəlilər isə duza qoymaq və konservləşdirilmək üçün isti-
fadə olunur.
Qarpız.
Sulu, şirəli meyvələri çoxlu asan həll olan şəkərlərə,
əsasən fruktozaya malikdir, yaxşı susuzluq yatırmaq xüsusiyyətli-
dir. Lətinin rəngi likopin və karotin rəngləyici maddələrinin möv-
cudluğu ilə əlaqədardır. Bundan başqa qarpız dəmir duzlarının
yüksək miqdarı ilə fərqlənir. Qarpız tam yetişkənlik mərhələsində,
yəni meyvədə 8-10% şəkər toplandıqda yığılır.
Qarpızın əsas eyniləşdirmə əlamətlərinə forması, iriliyi, rəngi,
98
səthinin cizgiləri, konsistensiyası, lətinin dadı, nəqliyyata və sax-
lanmağa dayanıqlığı, qabığının qalınlığı, tez yetişkənliyi aiddir.
Qarpızlar formasına görə şarşəkilli, ellepsvari, silindrşəkilli və
s.; iriliyinə görə - iri (diametri 22 sm-dən çox), orta (18-22 sm),
xırda (18 sm-dən az); qabığının qalınlığına görə - zərif qabıqlı
(0,5-1 sm), orta qalınlıqda (1,0-1,5 sm) və qalın qabıqlı (1,5 sm-
dən çox) olur.
Yemiş.
Vətəni Orta və Kiçik Asiyadır. Qarpızdan fərqli olaraq
toxumları meyvənin ortasında – bir toxum kamerasında yerləşir.
Yemiş sulu, şirin, ətirli lətə malik olub, 19%-ə qədər əsasən saxa-
rozadan ibarət olan şəkərlərə, həmçinin üzvi turşulara malik olur.
Onda az miqdarda C vitamini və karotin olur. Qarpız kimi yemiş
də yüksək miqdarda dəmir duzlarının olması ilə fərqlənir.
Yemiş sortları mənşəyinə (orta aşıya və avropa), yetişmə müd-
dətinə, forma, səthinin vəziyyəti, meyvələrin iriliyi, konsistensiya-
sı, lətin dadı və ətri, saxlanma və nəqliyyata dayanıqlığına görə
fərqlənir.
Yemiş meyvələri iriliyinə görə iri (dəyirmi formalar üçün
uzunluğu 22 sm-dən, uzun formalar üçün 30 sm-dən çox), orta
(15-22 və 25-30), xırda (uyğun olaraq 15-dən az və 25 sm).
Yemişlər dadına görə çox şirin, şirin və qeyri-şirin ola bilir. Ət-
rinə görə meyvələr vanilli, armudu, ot ətirli və xüsusi iyli ola bilir.
Yemiş meyvələri təzə halda, həmçinin sukatlar, püre, povidlo,
kompot, yemiş balı, muss, marinad, eləcə də qurudulmuş, solux-
durulmuş və dondurulmuş məhsullar hazırlamaq üçün istifadə olu-
nur.
Yemiş yetişmə müddətinə görə tez yetişən (vegetasiya dövrü
60-80 gün), orta müddətə yetişən (80-100 gün), payız-qışlıq (110
gündən çox) ola bilir.
Yemişin tez yetişən sortları bir neçə gün, orta yetişənlər – 1-2
ay, gec yetişənlər – 4-6 ay qala bilir. Orta Asiya sortları daha yax-
şı saxlanır və bundan başqa yüksək dad keyfiyyətinə və şəkərliyə
malik olur.
Qabaq.
Qədim zamanlardan məlum olub, qidada bizim eradan
99
3 min il əvvəl istifadə olunduğu bildirilir. Avropaya Amerikanın
kəşfindən sonra gətirilmişdir. Qabaq meyvəsi 8-10% şəkərlərə, C,
B
1
, B
2
vitaminlərinə, karotinə, azotlu birləşmələrə, pektin maddə-
lərinə, dəmir duzlarına, fosfora və s. malikdir. Qida maddələrinin
kəmiyyət və keyfiyyət tərkibi qabağı pəhriz məhsuluna çevirir.
Qabaq meyvələri qənnadı istehsalında povidlo, mürəbbə, şirələr;
mətbəxdə - qızardılmış, bişirilmiş və s. formalarda istifadə olunur.
Qabaq toxumunda 20-40% yağ olur. Ondan tibbdə bir çox xəstə-
liklərin qarşısının alınması və müalicəsi üçün istifadə edilir.
Qabaq meyvələri yaxşı saxlanır, qidada qış və yaz aylarında is-
tehlak olunur.
Qabağın bütün sortları üç növə bölünür: iri meyvəlilər – kütləsi
50 kq-a qədər, bircinsli rəngə və yumşaq qabığa malik olanlar;
adi-bərk qabıqlı, soyuğa davamlı; muskatlı – isti sevən, gec yeti-
şən sortlar. Qabağın iri meyvəli sortları heyvandarlıqda yem kimi,
adi sortları – süfrə məqsədləri üçün istifadə edilir.
Dostları ilə paylaş: |