126
xəstə və s. )kənar edilir.
Su ilə pörtmə 4 dəqiqə müddətində 94-96
0
C temperaturda, isti
buğla isə 2-3 dəq 96-98
0
C temperaturda yerinə yetirilir. Su ilə so-
yutma iki pilləli novdanda, göy noxuda oxşar şəkildə 20
0
C-dən
aşağı temperatura qədər aparılır.
Lobyadan suda həll olan maddələrin
itkisini azaltmaq üçün
pörtmə su ilə deyil, isti buğla aparılmalı və sonra həll bişməməsi
üçün dərhal yuyucu maşında su ilə soyudulmalıdır.
Qalan əməliyyatlar - ikinci müayinə,
doldurma, qapağın bağ-
lanması, sterilizə və soyutma göy noxudda olduğu kimi yerinə ye-
tirilir. Fərq ondan ibarətdir olur ki, lobya 3%-li şəffaf xörək duzu
məhluluna salınır. Konservin netto kütləsinin azı 60%-ni paxlalar
təşkil etməlidir. Doldurulduqdan sonra bankalar 120
0
C tempera-
turda 25-40 dəqiqə müddətində sterilizə olunur.
“Tərəvəz lobyası”nın kimyəvi tərkibində orta hesabla 7% quru
maddələr, o cümlədən 3% karbohidratlar və 1%-ə yaxın
zülallar
olur. Konservləşmədə qalıq və itkilər 10-15% təşkil edir.
Dostları ilə paylaş: