112
Hər xammal partiyasının bütün analiz məlumatları, daxil olun-
duğu saat və tarix, haradan daxil olması xüsusi jurnalda qeyd olu-
nur.
Çox vaxt qəbul
olunan xammal birbaşa emala, bəzən isə qısa
müddətli saxlanmaq və sexin fasiləsiz işləməsini təmin etmək
üçün xammal meydançasına yönəldilir. Meydança açıq (çardaq al-
tında) yaxud hər tərəfdən bağlı ola bilər.
Təmizliyi təmin etmək
üçün onun isti və soyuq su axarları olmalıdır. Xammal meydança-
sının ölçüləri ən gərgin vaxtda məhsulun orta sutkalıq daxil olması
hesabı ilə müəyyən olunur. Hündürlüyü 3 m olan 1 m
2
döşəmədə
500 kq tumlu, yaxud 270 kq çəyirdəkli meyvələr və giləmeyvələri
yerləşdirmək olar. Meyvə-giləmeyvələr xammal meydançasına
gətirildiyi qabda saxlanır. Hətta ən qısa müddətli saxlanma üçün
də süni soyuduculardan istifadə olunması
daha məqsədə uyğun-
dur. Odur ki, ixtisalaşdırılmış meyvə-tərəvəzçilik təsərrüfatları xü-
susi layihə ilə tikilən soyuduculara malik olmalıdır.
Meyvə və giləmeyvələrin qalma müddətinə əsaslanaraq, onla-
rın keyfiyətini dəyişmədən saxlanma
müddəti müəyyənləşdiril-
mişdir (cədvəl 2.4).
Cədvəl 2.4
Meyvə-giləmeyvələrin saxlanma temperaturu və müddəti
Xammal
Xammal
meydançası
(saat)
Soyuducu
t
0
C
Gün
Çiyələk, moruq, böyürtkən
5-8
-0,5-2
2-3
Ərik, albalı
12
-0,5-1
2-5
Üzüm
12-24
-1-2
30-150
Quşüzümü, zoğal, üvəz
12-24
-0,5-2
3-5
Alça, incir, şaftalı, gilas,
qara qarağat
24
-0,5-1
4-5
Gavalı, göyəm
24
-0,5-2
4-7
Mərsin, cır mərsin
24-48
-0,5-0
3-5
Feyxoa, xirnik
24-48
0-1
4-7
Yaylıq alma və armud sortları
48
-0,5-0
4-7
Qışlıq alma və heyva sortları
240
-1-1
160-270
Qışlıq armud sortları
240
0-1
90-150
Portağal, narıngi
120
0-5
5
113
Giləmeyvələrdə yığımdan sonra qida maddələrinin parçalan-
ması və onların keyfiyyətinin pisləşməsi baş verir.
Xammalın
keyfiyyətinə, həmçinin onun yığımından emalına
qədərki müddət də təsir göstərir. Məsələn, konteynerlərə yığılmış
üzüm məhsulu 4 saata qədər emal olunmalıdır.
Məlumdur ki, meyvə və giləmeyvələrdə yığımdan sonra mü-
rəkkəb biokimyəvi proseslər davam edir. Bu isə məhsulun yığım-
dan sonrakı yetişməsi və yetişib ötməsi, eləcə də keyfiyyətin də-
yişməsi və məhsulun xarab olması ilə bağlıdır. Məsələn, qışlıq al-
ma sortlarında saxlanma zamanı nişastanın şəkərə, protopektinin
isə pektinə çevrilməsi baş verir. Bu isə əvvəlcə meyvənin keyfiy-
yətinin
yüksəlməsinə, sonra isə pisləşməsinə səbəb olur.
Dostları ilə paylaş: