107
rəsi ilə dolmuş olur. Bitki toxumalarının bəzi növlərində sitoplaz-
ma qılafında hər tərəfə sitoplazma sapları, plazmodermlər uzanıb
daxili boşluğu müxtəlif səmtlərdə kəsərək, hətta hüceyrə qılafın-
dan qonşu hüceyrəyə keçir. Beləliklə hüceyrə özünü bir növ şirə
ilə dolu iki qat kisəcik kimi göstərir. Bu halda kənar qat özünü hü-
ceyrə qılafı, daxili qat isə- sitoplazma kimi göstərir.
Qeyd etmək lazımdır ki, bitki toxumasını bir növ sementləyə-
rək möhkəmlədən hüceyrələrarası maddə protopektindir. Ona görə
də bəzi hallarda toxumaları yumşaltmaq və daha məsaməli etmək
üçün elə emal üsulu tətbiq olunmalıdır ki, suda həll olmayan pro-
topektin həll olan formaya çevrilə bilsin.
Bu zaman bərkidici mad-
də həll olur və hüceyrələr bir-birindən ayrılır.
Hüceyrə qılafı əasən sellülozadan və müəyyən miqdarda da
protopektindən ibarətdir. Xırda məsaməli quruluşa malikdir. Qı-
lafda olan xırda məsamələr- borucuqlardan su molukulu və suda
həll olan maddələr daxilə nüfuz edir. Hüceyrə qılafının keçirici ol-
duğu qəbul edilmişdir.
Heceyrə qılafının daxili tərəfində sitoplazma membranının zə-
rif seliyəbənzər toxuması yerləşir. O hüceyrə qılafına birləşmədən
hüceyrə şirəsinin sıxılmış təzyiqi ilə sərbəst şəkildə ona söykənir.
Hüceyrənin həyat daşıyıcısı əsasən zülal maddələrindən və müəy-
yən miqdarda lipidlər adlanan yağabənzər maddələrdən ibarət si-
toplazmatik membrandır.
Hüceyrə tənəffüs edir, qidalanır və çoxalır deyildikdə sitoplaz-
manın tənəffüsü, qidalanması və çoxalması başa düşülür.
Hüceyrənin həyatı, həmçinin bir sıra qida istehsalatı texnologi-
yası üçün sitoplazmatik membranın
quruluşunun xüsusi əhəmiy-
yəti vardır. O və hüceyrə qılafı bütöv olmayıb, məsaməlidir. Əgər
hüceyrə qılafını mikroməsaməli adlandırmaq olarsa, o halda sitop-
lazmatik membran ultramikroməsaməli olmalıdır. Onun məsamə-
ləri o gədər xırdadır ki, ondan böyük olmayan ölçüdə molekullar
(hətta müəyyən güc ilə) məsələn, su molekulları keçə bilir. Daha
iri molekullar məsələn, şəkər və duzlar isə keçə bilmir. Göründü-
yü kimi sitoplazmatik membran su üçün keçirici olub, suda həll
108
olan maddələr üçün keçirici deyildir.
Lakin onu maddələr üçün
keçirici adlandırmaq qəbul edilmişdir.
Sitoplazmatik membranın yarımkeçiriciliyi qida istehsalında
baş verən diffuziya və fiziki prosesləri mürəkkəbləşdirir və bir sıra
hallarda qida məhsullarının istehsal texnologiyasının qurulmasın-
da nəzərə alınması mütləq sayılır. Bu prosesi sadə misallarla izah
etməyə çalışaq. Şüşə stəkana 50%-li şəkər məhlulu tökülür. Sonra
pipetin köməyilə üzərinə ehtiyatla stəkanın daxili səthinə toxun-
maqla 15%-li şəkər məhlulu əlavə edilir. Əgər bu iş ehtiyatla –çal-
xalanmadan və silkələnmədən yerinə yetirilərsə sıxlığı az olan zəif
qatılıqdakı şəkər məhlulu (yəni 15%-li məhlul) qatı məhlulla qa-
rışmadan onun üzərinə qalxır. Aşağı və yuxarı təbəqələrdən nü-
munə götürülüb təhlil edildikdə aydın olur ki, alt qatda qatılıq
50%, üst qatda 15%-dir.
Müəyyən
müddət keçdikdən sonra, diffuziya qanununa uyğun
olaraq, şəkər molekullarının öz-özünə qatılığı yüksək olan yerdən
az tərəfə yerdəyişməsi baş verir. Nəticədə yuxarı təbəqə tədricən
şəkərlə zənginləşir və alt təbəqədə qatılıq azalır. Bu o vaxtda qə-
dər davam edir ki, stəkanda olan bütün kütlədə şəkərin qatılığı ta-
razlaşmış olur.
Əgər stəkana əvvəlki qaydada şəkərin 50%-li meyvə hüceyrə-
ləri əlavə etmiş olsaq, bu zaman birinci misalda olduğu kimi “nor-
mal” diffuziya baş verməyəcəkdir. Çünki hüceyrələrin sitoplazma-
ları şəkər üçün keçirici deyildir. Lakin diffuziya təbiət qanunu ol-
duğundan, burada proses sitoplazma membranın əngəl ola bilmə-
yəcəyi başqa maddə - su hesabına baş verəcəkdir. Bu
zaman diffu-
ziya qanununa uyğun olaraq su qatılığı çox olan yerdən aza doğru
hərəkət edəcəkdir. Ona görə də burada qatılıqların bərabərləşməsi
həll olan maddələrin deyil, həlledicinin hesabına baş verir. Bu za-
man hüceyrə şirəsi qatılaşmaqla, kənar şəkər
durulacaqdır. Yarım-
keçirici arakəsmələrin belə diffuziyası osmos adlanır. Misaldan
aydın olur ki, kənardaki tünd şəkər məhlulu osmos yolu ilə nasosa
oxşar qaydada suyu hüceyrədən çəkəcəkdir.
Sitoplazmatik membran xarici qılafa yapışmadıqda osmotik su
109
itirilərsə, əvvəlcə hüceyrə künclərindən sonra isə bütün qılafboyu
onun yığılması baş verir. Kənar məhlul nə qədər tünd olarsa hü-
ceyrədən suyun sıxılması bir o qədər çox olur və sitoplazma kisə-
ciyi sıxılaraq hüceyrənin mərkəzində kələ-kötür topa şəklində yı-
ğılır. Sitoplazmanın belə sıxılma prosesi plazmoliz adlanır. Plaz-
moliz vəziyyətundə hüceyrə həyat qabiliyyətli olmur. Onlar məhv
olmasalar da normal funksiyaları dayanmış olur. Belə həyat və
ölüm vəziyyəti arasında hüceyrə uzun
müddət qalaraq heç bir fəal-
lıq göstərmir. Bitki hüceyrələrinə aid bütün bu məsələlərin bakte-
riyalar üçün də uyğun olduğunu nəzərə alsaq aydın olar ki, qida
məhsullarında şəkər, yaxud duzun yüksək qatılığını təmin etməklə
mikrob hüceyrələrinin plazmolizini yaratmaq və bununla da məh-
sulu bakterial xarab olmalardan mühafizə etmək olar. Bu üsulun
praktikada tətbiq olunduğu məlumdur.
Əgər plazmoliz olunmuş hüceyrəni təmiz suya salsaq proses
əks istiqamətdə gedəcəkdir. Bu halda hüceyrə suyu hərisliklə canı-
na çəkir, sitoplazma kisəciyi həcmcə böyüməyə başlayır və bu
proses onun hüceyrə qılafına sıxılmasına qədər davam edir. Hü-
ceyrə qılafı məhdud dartılan olduğundan
onun son həddi başla-
nanda suyun hüceyrəyə daxil olması dayanır və onun özü gərgin
halda - turqor vəziyyətində olur. Hüceyrədə təzyiq əmələ gəlir və
onu yaradan prosesə uyğun olaraq osmos təzyiqi deyilir.
Dostları ilə paylaş: