132
malıdır. Pörtmədən sonra meyvələr dərhal su ilə soyudulur. Qaba
yığmazdan əvvəl bibər ya uzununa 2 yerə ayrılır və ya bütöv şə-
kildə konservləşdirilir. Bibərləri qaba şaquli şəkildə geniş tərəfi
yuxarı olmaqla yığırlar. Yarıya bölünmüş hissələr isə bir-birinin
üzərinə qoyulmaqla düzülür. Sonra bibərin üzərinə şəkər (6%),
duz (3%) və limon turşusuna malik qaynar (90
0
C) məhlul tökülür.
Bibər və məhlulun nisbəti belə ola bilər: bütöv bibərlər üçün mey-
və 55% və məhlul-45%; yarıya bölünmüşlər üçün-meyvə 60%,
məhlul-40%. Banka bağlandıqdan sonra 100
0
C temperaturda 10-
20 dəq müddətində sterilizə edilir və sonra sürətlə 40-45
0
C-yə qə-
dər soyudulur.
Qırmızı şirin bibərdən püre hazırlanır. Onun hazırlanması belə
gedir. Bibər yuyulur, saplaq kənar edilir, küləkləndirmə yaxud sı-
xılmış hava ilə toxum kənarlaşdırılır və sonra soyuq su axınında
yaxalanır. Bundan sonra bibər sərt buğla 5-10 dəqiqə müddətində
pörtülür və xırdalanmaq üçün əziciyə yönəldilir. Kütlə əzicidən
ələyinin gözcüklərinin diametri 1,5 mm olan sürtgəcə verilir. Ha-
va oksigeni ilə oksidləşmə hesabına C vitamini itkisinin qarşısını
almaq üçün sürtgəcdən keçirilmənin fasiləsiz buğ verilməsi şərai-
tində aparılması arzu olunandır. Sürgəcdən keçirilmiş kütlə qızdı-
rılmaq üçün borulu istilik dəyişdiriciyə yönəldilir. 95-97
0
C-ə qə-
dər qızdırıldıqdan sonra püre dərhal qablara doldurularaq ağzı
bağlanır. Püre 116-121
0
C temperaturda sterilizə olunur.
Dostları ilə paylaş: