147
maddələrinin kütlə payı 8-12% olana qədər durulaşdırılır, sonra
ələyinin diametri 0,8 mm olan sürtgəc maşınından keçirilir. Digər
komponentlərlə qarışdırılmazdan əvvəl un buğ plitəsində 110-
115
0
C temperaturdaa 10-15 dəqiqə müddətində zəif – krem rəngi
alınana qədər qurudulur. Sonra onu duz və şəkərlə qarışdıraraq
maqnit tutuculu ələkdən (gözcüklərinin iriliyi 2 mm-ə qədər) keçi-
rirlər. Bişirmə aşağıdakı ardıcıllıqla həyata keçirilir. Qazana pomi-
dor püresi doldurulur, qaynayana qədər çatdırılır və üzərinə şəkər,
duz, un qarışığı əlavə olunaraq 5-10 dəqiqə qaynadılır. Bundan
sonra əzilmiş şəkildə ədviyyatlar (ətirli bibər və qara bibər) əlavə
olunur və deşiklərinin düametri 0,8-1,2 mm olan ələkdən süzülür.
Quru madddələrin kütlə payına refraktometrlə nəzarət olunur. O,
reseptura tərkibindən asılı olaraq 15-38% arasında dəyişə bilir.
Xlorofilin miqdarı 1,5-2,5%, turşuluq – 0,6-1,5% olmalıdır. Uşaq-
lar üçün konservlər (ikinci birləşdirilmiş nahar xörəyi kimi istifa-
də olunur) ağ, pomidor və smetan sousları şəklində hazırlanır. Bu
sousların tərkibinə kərə yağı, şəkər, duz və un daxil olur. Pomidor
sousuna 12% pomidor püresi, smetan sousuna isə - smetan əlavə
olunur. Ağ sous komponentlərin suda həll edilməsi ilə hazırlanır.
Uşaq konservləri üçün sousların bişirilmə texnologiyası pomidor
sousunun hazırlanması ilə oxşardır.
Dostları ilə paylaş: