136
3.9. Qatılaşdırılmış pomidor yarımfabrikatları
istehsalı. Pomidor sousları
3.9.1. Ümumi anlayış
Qatılaşdırılmış pomidor yarımfabrikatları konserv sənayesində
buraxılan əsas məhsul növlərindədir. Onlar özlərini qabıq və to-
xumdan təmizlənmiş və bişirilmiş pomidor kütləsi kimi göstərir.
Məhsulun qatılığından asılı olaraq 12, 15 yaxud 20-25% quru
maddələrə (refraktometrdə)
malik pomidor püresi; 30, 35, 40%
qatılıqda pomidor pastası fərqləndirilir. Daha yüksək qatılıqda
olan pomidor məhsulları (quru maddələrin miqdarı 60% və daha
çox olan pomidor pasta və pomidor tozu)
müxtəlif qurutma me-
todlarının tətbiqi ilə emal olunur. Qatılaşdırılmış pomidor məhsul-
larından sənayedə buraxılanı əsasən 30-%-li pomidor pastasıdır.
Qatılaşdırılmış pomidor məhsulları yarımfabrikat kimi mətbəx-
də geniş tətbiq olunur. Onlardan borş və digər xörəklər hazırlanır.
Konserv sənayesində bəzi tərəvəz, balıq, ət konservlərinin (pomi-
dor sousunda konservlər) tərkibinə daxil olan souslar (əlavələr)
hazırlamaq üçün də istifadə edilir.
Pomidor-pasta
və pomidor-püre,
həmçinin konservləşdirilmiş
sous (sərt sous) hazırlamaq üçün ilkin materialdır. Həmin məhsul
xörək duzu, şəkər, sirkə müxtəlif ədviyyatlardan ibarət olub, hazır
xörəklər üçün qarnir rolu oynayır.
Qatılaşdırılmış pomidor məhsulları
istifadə olunduqda su ilə
duruldulur. Durultma dərəcəsi pomidor-pasta
və pomidor-püredə
olan quru maddələrin miqdarından asılıdır. Ona görə də hazır
məhsulun miqdarı təyin olunduqda və istehsalat normativləri mü-
əyyən edildikdə məhsulun qatılığı nəzərə alınır. 1000 şərti banka
pomidor-püre, yaxud pomidor-pastaya 12%
quru maddəyə malik
püreyə çevirməklə 400 kq netto məhsul tələb olunur.
Pomidor
məhsullarını çəki miqdarından 1000 şərti bankaya keçirmək üçün
aşağıdakı formuldan istifadə oluna bilər:
137
=
×
×
×
,
burada: M – min şərti bankada məhsulun miqdarı;
G – məhsulun miqdarı, q;
M
1
– quru maddələrin miqdarı (12%);
M
2
– quru maddələrin fiziki miqdarı %-lə refraktometrlə;
Dostları ilə paylaş: