Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1


Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” MMC



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə20/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   16   17   18   19   20   21   22   23   ...   141
2017-1715

Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” MMC.
Müəssisə Azərbaycan Respublikasının Naxçıvan şəhərində yerlə-
şir. 2006-cı ildə təsis edilmişdir. “Gəmiqaya Holdinq”in tərkibinə 
daxildir. Müəssisədə şərabla yanaşı meyvə nektarı, halva, bəhməz 
və s. məhsullar buraxılır. Müəssisədə əsasən İtaliya, Almaniya və 
Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunur. 32 nəfər iş-
çisi var.
“Göyçay süd” ASC.
Azərbaycan Respublikasının Göyçay ra-
yonunda yerləşir. 1998-ci ilin sentyabr ayından təsis edilmişdier. 
Müəssədə İsveç və İtaliya avadanlıqlarından istifadə olunur. Süd 
və süd məhsulları ilə yanaşı meyvə şirələri də istehsal olunur. Mü-
əssisənin məhsulları daxili bazarla yanaşı Yeni Zellandiya, Ukray-
na, Rusiya, Belarus və digər ölkələrə ixrac olunur.
 
 “Miri Qrand” MMC.
Azərbaycan Respublikasının Ağsu şə-
hərində yerləşir. 2003-cü ildə təsis edilmişdir. Zavodda əsasən 
Türkiyə istehsalı olan avadanlıqlar qurulmuşdur. Burada geniş çe-
şiddə meyvə və giləmeyvə şirələri, narşərab, pomidor pasta isteh-


65 
sal olunur. Məhsulları daxili bazarla yanaşı Almaniya, Ukrayna, 
Rusiya, Belarus və başqa ölkələrə ixrac olunur. Müəssisədə 35 nə-
fər işçi çalışır.
 “Sabirabad Konserv” MMC.
Azərbaycan Respublikasının 
Sabirabad şəhərində yerləşir. 1998-ci ildə təsis edilmişdir. Müəssi-
sədə Italiya və Moldovada istehsal olunmuş avadanlıqlardan isti-
fadə olunur. Burada nar şirəsi, nar şərab və aseptik nar konsentratı 
hazırlanır. Məhsulları daxili bazarla yanaşı Almaniya, İspaniya, 
Ukrayna, Rusiya və s. ölkələrə ixrac olunur. Müəssisənin 70 nəfər 
işçisi var.
“Azəri Frans” MMC.
“Azəri Frans” Məhdud Məsuliyyətli 
Cəmiyyət Azərbaycan Respublikasının Tovuz rayonunun İbrahim-
hacılı kəndində yerləşir. 2004-cu ilin iyun ayında yaradılmışdır. 
Burada əsasən Fransa və İtaliya istehsalı olan avadanlıqlar qurul-
muşdur. Müəssisədə təbii menaral sular, nar və üzüm şirəsi, həm-
çinin konyaklar istehsal olunur. İsehsal olunan məhsullar Fransa, 
Yaponiya, Almaniya, Polşa, ABŞ, Rusiya və başqa ölkələrə ixrac 
olunur. Müəssisədə 55 nəfər çalışır.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə