63
2 istehsal xəttində şüşə qablaşdırma, 5 istehsal xəttində isə
məhsullar Tetra-pak qablaşdırma ilə istehsal olunur. Burada “Jalə”
və “Zolotoy sad” içkiləri artıq brendə çevrilmişlər.
Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə
emalı müəssisələrindən olan Qəbələ Konserv Zavodu çox gənc ol-
masına baxmayaraq, artıq dünya standartlarına cavab verən dadlı-
ləzzətli məhsulları ilə seçilməkdədir.
Bütün beynəlxalq keyfiyyət sertifikatlarına malik olan məhsul-
lar istehsalında başlıca prınsiplərdən biri də məhz, yerli şəraitdə
yetişən xammaldan istifadədir. Bu məqsədlə Qəbələ Konserv Za-
vodu yerli fermerlərin köməyi ilə ölkənin bütün regionlarından
meyvə və tərəvəz məhsulları tədarük edir.
Gilan Qəbələ Konserv Zavodunda iş – meyvə və tərəvəz məh-
sullarının qəbulundan başlayaraq qablaşdırmaya qədər mövçud
olan bütün prosesləri əhatə edir. Əsas istehsal bölmələrinə - mey-
və şirəsi və nektar istehsalı; püre və konsentrat istehsalı; meyvə
dilimləri konservlərinin istehsalı daxildir. Ən son texnologiya ilə
təhciz olunmuş Gilan Qəbələ Konserv Zavodunun laboratoriyası
məhsulların yüksək keyfiyyətinə və istehsalı prosesinə nəzarət
edir.
Dostları ilə paylaş: