88
Krater çarın tapşırığına uyğun olaraq burada yeni Aleksandriyanı saldı. Aleksandr
isə qayda yaratmaq üçün Marakandaya qayıdanda Spitamen yenə köçərilərin
yanına getdi. Bütün ordu Marakandada birləşəndə, Aleksandr Hefestiona yeni
şəhərlər salmağı və möhkəmləndirməyi tapşırdı. Bu şəhərlərdə veteran-muzdlular
da məskunlaşmalı idi. Bu vaxt Spitamen yeni hücuma hazırlaşırdı. Türkmən
səhrasından Baktriyaya birdən cuman Spitameni orada heç kəs gözləmirdi. O,
divarın arxasında heç nədən xəbəri olmayan qarnizonu asanlıqla aldadıb, oradan
çıxara bildi və onu məhv etdi. Bu vaxt Spitamenlə ittifaqda olan massagetlər
birdən
Kraterin üstünə çıxdılar və sərkərdə köçəriləri bir qədər əzdi. İşğalçılar ələ
keçirdikləri qənimətlə qaçmağa üz tutdular və səhraya çatıb orada yayıldılar. Yayın
sonunda Aleksandr yenə Marakandada idi.
Spitamen öz laxlamış nüfuzunu bərpa etmək üçün öz müttəfiqləri –
massagetlərlə birlikdə Kenin ordusuna zərbə vurmaq istədi. Soqdi və Baktriya
atlıları Aleksandra təslim oldu. Köməksiz qalan Spitamen qaçmağa üz tutan
massagetlərə qoşuldu. Massagetlər Spitameni verməyi və sülh xahiş etməyi qərara
aldı. 328-327-ci illərin qışında Aleksandra tabelik əlaməti olaraq onlar bu
qiyamçının kəsilmiş başını Aleksandra göndərdilər.
Aleksandrın indi hər şeydən çox müəmmalı Uzaq Şərq, möcüzələr ölkəsi
Hindistan cəlb edirdi. Əvvəlcə isə Soqdi müqavimətinin sonuncu ocaqlarını ləğv
etmək lazım idi. Dağ qalaları da ona təslim olurdu. Dağdakı Ariamaz qalasında
yerli hökmranlardan ən nüfuzlusu olan Oksiartın ailəsi tutuldu, Persiyada birinci
gözəl kimi ad çıxarmış Roksana bu ailəyə məxsus idi. Aleksandr o saatca bu qıza
vuruldu və onun atasını ehtiramla qəbul etdi. Qalibin hüququna məhəl
qoymayaraq, Aleksandr Roksananı arvadı və nəhəng dövlətin çariçası etməyi
qərara aldı. Onu son illərdə müşayiət etmiş və bu hadisədən bir qədər əvvəl ona
oğul doğmuş Barsina – Artabazın qızı buraxıldı. Toyu Xoriena qalasında təntənəli
qaydada və İran adətlərinə uyğun olaraq keçirdilər. O, yerli adamlara
mərhəmətlilik göstərməyə başladı. 328-ci ildən qoşuna Soqdi və Baktriya
kontingenti götürüldü. Yerli knyazların nəsil imtiyazları təsdiq edildi, Oksiartın
oğlanlarından biri çara yaxın olan hetayr eskadronuna götürüldü. Roksanının
90
imperiyanın dövlət dili olacaqdı. Aleksandr bununla həm də həlledici islahatı
hazırlayırdı ki, nəticə etibarilə orduda qərb elementinin monopoliyasını ləğv etsin.
Bu çarın 324-cü ildə həyata keçirməyə başladığı və axıra qədər çatdıra bilmədiyi
dəyişikliklərin bünövrəsi idi.
Makedoniya çarı öz qonaqlıqlarına əyanları da dəvət edirdi. Bu ziyafətlərdə
çox içənlər də olurdu. Şərab həm də şərq istisində yanğını söndürürdü. Bu işçi
məclislərində şənlik bəzən sözləşməyə keçirdi. Sərkərdələr Krater və Hefestion
silahla bir-birinin üstünə atılmışdı. Tək bircə dəfə Aleksandr sərxoş olub qəzəb
tutmasına məruz qalmışdı. Lakin çar özü bunun nəticələrindən başqalarına nisbətən
daha çox peşman olmuşdu. Marakandadakı bu dəhşətli gecə Klitin həyatını məhv
etmişdi.
Bu hadisə köhnə ziddiyyətlərin üzə çıxması hesabına baş vermişdi. Filota
üzərindəki mühakimədən sonra adamlar
başa düşürdülər ki, susmaq lazımdır. Hamı
özünü qoruyurdu ki, necə olsa özünü ələ verməsin. Süvari dəstəsi bölündükdən
sonra onun yarısına Filipp dövrünün hərbi xadimi Klit komandanlıq edirdi. O, həm
də Aleksandra sadiq olaraq qalırdı və çar Klitin ailəsi ilə səmimi dostluqda qalırdı.
Çar uşaqlıqda onun süd dayəsi olmuş Lanikanı – Klitin bacısını çox sevirdi. Klit
özü isə çarın həyatını Qranik yanında xilas etmişdi. Ona görə də Aleksandr süvari
dəstəsini bölmüşdü. Klitin təyinatı isə hamını razı salırdı. Süvarinin bölünməsi
ləğv edildikdən sonra Klit Baktriyanın satrapı vəzifəsində Artabazı əvəz etməli idi,
lakin son illərdə çar ordunun yüksək rəhbərliyindən heç kəsi satrap təyin
etməmişdi. Klit də çox tez-tez Qranik yanındakı döyüşdə öz xidmətini qeyd edirdi.
Ona görə də yaxşı bəhanə ilə çar onu ordudan kənarlaşdırmaq istəyirdi. Klit isə
bunu başa düşdü.
Ziyafətdə çarın şəxsi mühafizəsi və yüksək rütbəli hərbi xadimlər iştirak
edirdi. Yaşlılar hələ Filipp dövründəki döyüşlərdə iştirak etmələri ilə öyünürdülər.
Gənclər isə Aleksandrın yürüşlərindəki igidlikləri ilə fəxr edirdilər. Burada zarafat
edənlər və yaltaqlar da var idi. Şam yeməyində onlar çara çox lazım idi. Onlar bu
içki məclislərinə parıltı verirdilər. Onlar çarın əməlləri haqqında danışır və onun
şərəfinin şüalarında qızınırdılar. Aleksandr onlara mane olmurdu və ləzzətlə qulaq