Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə36/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   32   33   34   35   36   37   38   39   ...   359
Xarici siyasət 
fəaliyyəti 
26 
qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. 
Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. 
Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi 
komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə 
ki, bu, bizi narahat edir. 
Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri çox kövrək sülhə xələl gətirməyəcək. Hesab 
edirəm ki, azərbaycanlıların hisslərini və bizim maraqlarımızı nəzərə almağın zəruriliyi barədə daha çox anlayış 
nümayiş olunacaq. Bu vəziyyəti bizim yaratmadığımızı bildirmək üçün son bir məsələni də qeyd etmək istərdim. 
Mən İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə 
işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb. Heç vaxt Azərbaycana 
qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç bir hərbi təlim keçirilməyib, ancaq bir neçə ay 
ərzində iki hərbi təlim keçirilib. Deməli, bu o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik. Biz bu vəziyyətin 
daha tez bitməsini istəyirik. Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik. Eyni zamanda, biz 
həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktora öz 
standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik. 
ABŞ-ın Yuta Universitetinin professoru doktor 
Hakan Yavuz:
- Təşəkkür edirəm, cənab Prezident. Mən Sizi işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə, eyni 
zamanda, ötən otuz ildə baş verənlərlə əlaqədar olaraq Azərbaycan xalqının üzərindən bu utanc hissini 
götürdüyünüzə görə təbrik etmək istəyirəm. Mən Şuşada oldum, əsas mədəniyyət mərkəzinin dağıdılmasını 
gördüm. Eyni zamanda, heç nə tikilməmişdir. Maraqlıdır, ötən otuz il ərzində onlar bu ərazilərdə nə edirdilər? 
Cənab Prezident, Siz bir alim olaraq 1985-ci ildə dissertasiya işinizi Böyük Britaniya Sülh Hərəkatı mövzusunda 
yazmısınız. Dissertasiya işinizdə Siz Böyük Britaniyada antimüharibə hərəkatının sosial əsası haqqında 
danışırsınız. İndi bir Prezident kimi yox, sülh hərəkatının alimi olaraq Sizdən soruşmaq istəyirəm ki, bu regionda 
sülh təfəkkürünün yaradılması üçün cəmiyyət səviyyəsində olan əsas problemi nədə görürsünüz? Çünki Siz 
tamamilə doğru olaraq iddia edirsiniz ki, sülh müəyyən səviyyədə düşüncə tərzi və öz mövqeyinin bildirilməsini 
tələb edir. Mən bilmək istəyirəm ki, regional sülhün yaradılmasına mane olan cəmiyyət səviyyəsində problemin 
nədə olduğunu görürsünüz? Bir alim olaraq hesab edirəm ki, Azərbaycan region haqqında dərsliyin hazırlanması 
üzrə işçi qrupuna rəhbərlik etməlidir. Mən Ermənistanda bəzi dərslikləri oxudum. Onlar çox mənfidir. Hesab 
edirəm ki, yollar vacibdir. Sizinlə razıyam, nəqliyyat, dəmir yolları. Lakin biz həm də Sizin də dissertasiya işinizdə 
ünvanladığınız təfəkkürü yaratmalıyıq. Düşünürəm ki, Azərbaycan bütün region hökumətlərinə müraciət edərək 
onları orta məktəblərin və ibtidai məktəblərin dərsliklərini nəzərdən keçirməyə dəvət etməlidir ki, görsün, onlar 
necə dəyişə bilərlər və bu sülh təfəkkürünün yaradılmasına necə kömək edə bilərlər. İkinci sualım ondan ibarətdir 
ki, mən erməni millətçiliyini anlamağa çalışıram. Bəzi işlərimdə, xüsusilə Osmanlı İmperiyası ilə bağlı erməni 
millətçiliyinin mənşəyinə toxunuram. Mən erməni siyasi düşüncəsini təqib edirəm. Düşünürəm ki, İkinci Qarabağ 
müharibəsi təkcə işğal olunmuş ərazilərin azad edilməsi ilə nəticələnməmişdir. Həmçinin bu müharibə ölkə 
daxilində erməni siyasi təfəkküründə yeni bir yer tutub. Mən alimləri, Riçard Liberdiyan və başqalarını nəzərdə 
tuturam, onlar özlərinə hansı dövlətin lazım olduğu sualını ünvanlayırlar. Bizə keçmiş dırnaqarası ədalətsizliklər 
fonunda yaranmış dövlət lazımdır? Yoxsa, öz milli maraqları haqqında düşünən dövlət lazımdır? Mən Paşinyanın 
tutduğu bəzi mövqelərini təhlil etməyə çalışıram. Erməni millətçiliyi üzrə ixtisaslaşmış bir alim olaraq deyə 
bilərəm ki, mənim nəzərimdə Paşinyanı anlamaq çox çətindir. Onunla dəfələrlə görüşdüyünüzə görə bilmək 
istərdim ki, Paşinyan nə istəyir? Nəyə görə o, gündə yeddi dona girir? Bunu Rusiya, Fransa və ya İrana görə 
edir? Yoxsa, Paşinyan bu qüvvələri manipulyasiya edir? Yəni, regional qüvvələr onu manipulyasiya etmir, o özü 
onları manipulyasiya edir. Bu məsələ ilə bağlı fikriniz nədir? Təşəkkür edirəm.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə