Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə35/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   31   32   33   34   35   36   37   38   ...   359
Maykl Doran:
-Çox sağ olun, cənab Prezident, burada olmaqdan böyük məmnunluq və şərəf hissi duyuram. Sizdən dünya 
azərbaycanlıları və İranla münasibətləri soruşmaq istərdim. Siz bu yaxınlarda həm ölkə daxilində, həm də 
hüdudlarınızdan kənarda azərbaycanlılarla bağlı narahatlığınız barədə çox maraqlı açıqlamalar vermisiniz. Siz 
Türkiyə-Azərbaycan münasibətlərinin gücü ilə bağlı açıqlamalar da vermisiniz. Mən indi Türkiyə ilə Azərbaycan 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
25 
arasında müttəfiqliyin necə inkişaf etdiyini görürəm. Bu sərhədlərinizin hüdudunda azərbaycanlılara böyük fayda 
gətirə bilər, mənim ölkəmə də çox faydalı ola bilər. Ölkəni idarə edənlərin bunu anladığına əmin deyiləm. Bu 
maraqlıdır, Siz ölkənizin hüdudlarından kənarda azərbaycanlılarla münasibətlərin inkişafını necə görürsünüz? 
İkincisi, sülh prosesinin dayandırılması ilə bağlı indiki şərhləriniz məni təəccübləndirdi. Amma Zəngəzur dəhlizi 
ilə bağlı Rusiya ilə danışıqlar apardığınızı da dediniz. Siz Zəngəzur dəhlizinin Ermənistanla sülh müqaviləsi 
olmadan davam etməsini təsəvvür edirsinizmi və ruslar bunun müqabilində nə istəyir? Çox sağ olun.
Prezident İlham Əliyev:
Sağ olun. Bilirsiniz, sualınıza hərtərəfli cavab vermək üçün İkinci Qarabağ 
müharibəsindən dərhal sonrakı müddətə nəzər salmaq lazımdır. Azərbaycan və Türkiyə nəqliyyat layihələri də 
daxil olmaqla geniş regional əməkdaşlığın tərəfdarı idilər. Ona görə də Azərbaycan, Ermənistan, Gürcüstan, 
Cənubi Qafqaz və Türkiyə, İran, Rusiyanı nəzərdə tutan bu 3+3 formatı təqdim olundu. Müharibədən sonrakı 
vəziyyət Ağdamda Türkiyə və Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasına gətirib çıxarsa da, bu, regionun 
bu iki dövlətinin gələcək regional konfiqurasiyada rol oynayacağı anlamına gəlirdi. İkinci Qarabağ müharibəsi 
zamanı və bu müharibədən sonra biz İran təmsilçilərinin heç bir fəaliyyətini görmədik. Biz, sadəcə olaraq
inklüziv ssenarinin lazım olduğunu bildirdik, ona görə də İran və Gürcüstan da dəvət olundu. Gürcüstanın 
tərəddüdləri var, çünki onlar Rusiyanın iştirak etdiyi platformada Gürcüstanın separatçı əyalətlərindəki vəziyyətə 
görə iştirak edə bilməyəcəyini bildiriblər. İran bunu dəstəklədiyini bildirib və biz bunu yaxşı əlamət hesab edərək 
düşünürdük ki, nəhayət bir araya gələrək dəhlizlər də daxil olmaqla, mühüm məsələləri həll edəcəyik. Çünki bu 
dəhlizlər hamımızın marağındadır. Odur ki, indi xəritəyə baxsanız görərsiniz, - xüsusən də əvvəllər əlavə yüklərə 
ehtiyac olduğu barədə dediklərimizi nəzərə alsaq, - bizə əlavə marşrutlar lazımdır. Biz Zəngəzur dəhlizini təşviq 
etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı və Çindən Avropaya ənənəvi marşrutlar 
vasitəsilə tranzit yolları bağlanmamışdı. İndi isə vəziyyət başqadır və Xəzərdən, eləcə də Zəngəzurdan keçən 
marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bu vəziyyətdən hər bir ölkə qazana bilər. Çünki bu dəmir 
yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. 
Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayan və heç vaxt da olmayacaq 
dəmir yolu əlaqəsinə malik olacaq. Çünki Ermənistan-İran sərhədinin coğrafiyası və tunellərin tikilməsi zərurəti 
bu dəmir yolunun dəyərini bəlkə də minimum 3-5 milyard dollar edəcək. Bu layihəyə kim sərmayə qoyacaq? Heç 
kim. Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Ermənistanın Rusiya ilə dəmir 
yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Çünki separatçı Abxaziyadan keçən ənənəvi marşrut bağlanıb, 
Gürcüstan hökuməti onu açmaq istəmir və bu, təbiidir. Biz bunu başa düşürük. Deməli, bu dəhlizin olması bizim 
maraqlarımızdan daha çox Ermənistanın marağındadır. Çünki Türkiyə ilə əlaqələrimizdə biz Bakı-Tbilisi-Qars 
dəmir yolundan, Gürcüstanın dəniz limanlarından, Naxçıvanla əlaqədə isə İran ərazisindən istifadə edirik. 
Naxçıvanın Türkiyə ilə sərhədi var. Bizim Gürcüstan, Türkiyə, Naxçıvan vasitəsilə əlaqəmiz ola bilər. Ona görə 
də biz bütün bu üstünlükləri nəzərə alaraq 3+3 formatını təklif etdik. Əlbəttə ki, bizim Naxçıvana dəmir yolu və 
avtomobil yolu ilə əlaqəmiz olacaq. Amma təəssüf ki, bu, dayanıb, çünki bəzi İran rəsmiləri tərəfindən atılan son 
addımlar və hərəkətlər tamamilə qeyri-məhsuldardır. Biz isə bu narazılığın mənşəyini anlaya bilmirik. 
Bir tərəfdən hamı məmnun olmalıdır ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən 
qarşıdurma sona çatıb. Deməli, bu o deməkdir ki, regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq. Buna 
sevinməməyi və bunun geosiyasi səbəblərini başa düşmürük. İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın 
işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Onlar bunu edə bilərdilər. 
Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. Bəs onlar niyə o 
sərhəddə hərbi təlim keçirməyiblər? İran rəsmiləri, o cümlədən çox yüksəkvəzifəli şəxslər Ermənistanın ərazi 
bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi 
demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı 
xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır. Bu sualı təkcə mən vermirəm. 
Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir. Ona görə də indi İranla 
Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, 
istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik. 
Biz də onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etməli olduq. 
Biz onlara deyirik ki, onlardan qorxmuruq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən 
İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir 
parçasıdır. 
Mən başqa bir misal da gətirə bilərəm. Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. 
Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 
Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola 
bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə 
qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə