Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə37/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   33   34   35   36   37   38   39   40   ...   359
Prezident İlham Əliyev:
Çox sağ olun. Çalışacağam bütün suallarınıza cavab verim. Əvvəla, Şuşanı və 
azad olunmuş əraziləri ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Siz hər şeyi öz gözlərinizlə gördünüz. Şuşanı 
ziyarət edən hər kəs, - xüsusilə müharibədən dərhal sonrakı vaxtı nəzərdə tuturam, - bunu görüb. İndi Şuşa dəyişir, 
biz onu yenidən qururuq və bərpa edirik. Böyük bərpa işləri aparılır. Mən müharibədən dərhal sonra Şuşanı ziyarət 
edəndə, Şuşaya çatanda hər birimizin hiss etdiyi bütün bu digər hisslərdən əlavə, qürur, ləyaqət hissi, eyni 
zamanda, uzun illərdir ki, orada ola bilmədiyimizlə bağlı təəssüf hissi keçirdim. Məni şok vəziyyətinə salan bir 
hiss o idi ki, əgər onlar Şuşanın onların şəhəri olduğunu düşünürdülərsə, nəyə görə o belə pis vəziyyətdədir? 
Çünki öz şəhərinə belə münasibət bəsləyə bilməzsən. Bir tikili belə bərpa edilməmişdir və ya bir bina belə 
tikilməmişdir. Laçın yolu üzərində - o yola baxan yerdə yerləşən yalnız iki villa var idi. “De-fakto” Qarabağ 
rəhbərlərinin iki villası idi. Bu villalarda hovuz, manqal var idi. Bu iki villanı ziyarət edən hər kəs dırnaqarası 
Qarabağ rəsmilərinin riyakarlıq və kleptokratiya səviyyəsini görür. Çünki söhbət təkcə Şuşadan getmir. Mən işğal 
zamanı ermənilərin qanunsuz olaraq məskunlaşdıqları kəndləri dəfələrlə ziyarət etmişəm və gördüklərimdən şok 
hissi keçirmişəm. Azərbaycanın heç bir yerində belə xarabalıq tapmazsınız. Mütləq yoxsulluq idi. Sanki ötən əsrin 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
27 
60-cı və 70-ci illərinə geri qayıdırsan. Mənim sualım isə ondan ibarətdir ki, ermənilərin hər il topladığı 
milyonlarla, milyardlarla dollar haradadır? Hər il onlar Amerikadan, Fransadan və dünyanın digər ölkələrindən 
olan ermənilərdən vəsait toplamaq üçün telemarafonlar keçirirdilər. Hər marafonda onlar əlli və ya yüz milyon 
ABŞ dolları toplayırdılar. Bu pullar haradadır? Özlərini donor kimi qələmə verən dırnaqarası erməni 
xeyriyyəçilərinin pulları haradadır? Şuşanı ziyarət edən hər kəs onun qədim Azərbaycan şəhəri olduğunu bilir və 
indi şəhər kimə məxsus olmalıdırsa, ona - bizim xalqımıza məxsusdur. 
Dissertasiya işimlə bağlı bu məsələyə diqqət yetirdiyiniz üçün sizə təşəkkür edirəm. Siz tamamilə 
haqlısınız. Mövzu Böyük Britaniyada müharibə əleyhinə hərəkat və siyasi partiyaların mövqeyi ilə bağlı idi. Lakin 
bu, başqa bir ölkədə yazılmış dissertasiya işi idi. O ölkə Sovetlər İttifaqı idi, 1985-ci il idi və əlbəttə ki, orada 
kommunist partiyasının, Sovetlər İttifaqının ideoloji stereotipləri çox idi. Sizə başqa bir məsələni deyə bilərəm. 
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi olaraq mən diplomatik təcrübə toplamaq üçün 
Londondakı sovet səfirliyinə göndərilmişdim. Bu, 1981-ci ilə təsadüf edirdi və o zaman antimüharibə hərəkatları 
güclənirdi. Böyük etiraz aksiyaları keçirilirdi, məşhur şəxsiyyətlər, o cümlədən keşişlər var idi. Onlardan biri 
Nüvə Silahından İmtina Kampaniyası adlanan QHT-nin rəhbəri idi. Onlar ciddi siyasi qüvvə idi. O zaman onlara 
Leyborist partiyası və Londondakı sovet səfirliyini müntəzəm ziyarət edən onun məşhur rəhbəri Maykl Fut dəstək 
göstərirdi. Mən bunun şahidi olaraq ifadə verə bilərəm. Beləliklə, o zaman müharibə əleyhinə hərəkatın 
gündəminin yaxşı olmasına baxmayaraq, nüvə silahı olmayan dünya müəyyən dərəcədə sovet əlaqələri və sovet 
təbliğatı ilə əlaqəli idi. Mən yazdığımdan təəssüflənmirəm. O zaman mən də Kommunist Partiyasının üzvü idim. 
Çalışırdım, maksimum dərəcədə obyektiv olum, bilmirəm, buna nə dərəcədə nail ola bildim. 
Bağışlayın, sizi bu təfərrüatlarla yoruram. Siz, həmçinin çox vacib suallar verdiniz. Bu suallar ola bilsin, 
elə suallardır ki, onlara cavab yoxdur. Əvvəla, regionda sülh mentaliteti. Erməni cəmiyyəti on illər ərzində 
zəhərlənmişdir. Cəmiyyəti diaspor və erməni millətçilərinin təbliğatı zəhərləmişdir. Onların azərbaycanlılara 
qarşı törətdiyi dəhşətli hərəkətlərin, bizim şəhərlərimizi nəyə görə məhv etdiklərinin səbəblərindən biri də bu idi. 
Məsələn, Ağdam, Şuşa, Füzuli və başqa şəhərləri nəzərdə tuturam. Onların beyni diaspor tərəfindən yuyulmuşdur. 
Çünki biz onlara heç bir ziyan vurmamışdıq. Etmək istəsəydik də, vaxtımız yox idi. Ağdam 1990-cı illərin 
əvvəlində işğal olunmuşdur. Nəyə görə bu qədər nifrət var? Nəyə görə məzarları eşirlər? Nəyə görə məscidləri 
dağıdırlar? Cavab onların təhsil sisteminin zəhərli olmasındadır. Onlar uşaqlarını Türkiyəyə və Azərbaycana 
nifrət aşılamaqla böyüdürlər. Beləliklə, türkofobiya və azərbaycanofobiya onların ideologiyasıdır. Həmçinin onlar 
öz tarixləri, öz tarixi şəxsiyyətləri haqqında o qədər əfsanələr uydurublar ki, özləri bu nağıllara inanmağa 
başlayıblar. Onların bütün tarixi, bütün əsas tarixi məhsulları feykdir. Çünki onlar digər xalqların tarixini 
mənimsəyib onu öz tarixi kimi qələmə verirlər. Düşünürəm ki, bu ideologiya onları fəlakətə apardı. Çünki bir 
vaxtlar onlar həqiqətən də cəsur əsgər olduqlarını, ən böyük millət olduqlarını, sivilizasiyaların beşiyi olduqlarını 
və dünyanın mərkəzi olduqlarını düşünürdülər. Bu uydurma reallıq onlara baha başa gəldi. Müharibənin nəticəsi 
onlar üçün sanki bir soyuq duş idi. Onlar bunun baş verməsini, bu məğlubiyyətlə bu qədər alçalacaqlarını 
gözləmirdilər. Onlar özləri etiraf edirdilər ki, müharibə vaxtı hərbi xidmətdən yayınmış 10 mindən çox fərari var 
idi. İndi baş verənlər isə ümid edirəm, onlar üçün məlhəm ola bilər. Çünki onlara müalicə lazımdır. Onların 
cəmiyyətinə psixoloji yardım lazımdır. 
Mən onları təhqir etməyə çalışmıram. Mən bu postmüharibə dövründə hiss etdiklərimi və gördüklərimi 
deməyə çalışıram. İndi sülh haqqında, Azərbaycanla münasibətlərin normallaşması haqqında eşitdiyimiz səsləri 
işğal vaxtında biz eşitmirdik. İşğal zamanı Ermənistanın əvvəlki prezidenti, müharibə canisi Serj Sarkisyana gənc 
qruplarla görüşlərinin birində Ermənistanın dırnaqarası tarixi əraziləri ilə bağlı sual verilmişdi. O demişdi ki, biz 
Qarabağı azad etdik və siz də Türkiyənin o hissəsini azad edəcəksiniz. Baxın, görün, nə dərəcədə qeyri-adekvat 
olmalısan ki, NATO-nun ikinci ordusuna malik, müstəqil xarici siyasət yürüdən və dünyada hər kəsin onun 
mövqeyi ilə hesablaşmalı olan ölkəyə qarşı ərazi iddiaları irəli sürəsən. Hətta Finlandiya və İsveç terrorçulara 
sığınacaq verilməsi ilə bağlı Türkiyənin legitim tələbləri ilə hesablaşmalıdır. Bu kiçik, yoxsul, asılı, Rusiyadan 
asılı olan və ya hətta Rusiyanın qulu olan bir ölkə deyir ki, bir gün gələcək onlar Türkiyənin ərazisini işğal 
edəcəklər. Bu, zəhərli şüurdur. Müharibə onlar üçün bir şansdır. Bundan qurtulmaq şansıdır. Beynəlxalq ictimai 
rəyi manipulyasiya etməkdən qurtulmaq şansıdır, “böyük tarixi” və “böyük xalqı” haqqında uydurduğu 
hekayələrdən qurtulmaq şansıdır. Paşinyana gəldikdə, ola bilsin, mənim fikirlərim uyğunsuz olacaq. Sadəcə, sizə 
məlumat vermək istəyirəm, çox obyektiv və bəzilərinin dediyi kimi “no comment” şəklində. İşğal zamanı mənim 
cənab Paşinyanla bir neçə görüşüm olub. Mən bizim 2018-ci ilin sentyabr ayında Düşənbədə BMT ölkələrinin 
sammitində birinci görüşümüz haqqında bir dəfə danışmışam. Yeri gəlmişkən, həmin gün sentyabrın 27-si idi. 
Düz iki il sonra həmin gün İkinci Qarabağ müharibəsi başladı. Bu görüşdən sonra, - mən təfərrüatlara varmaq 
istəmirəm, - biz razılaşdıq ki, sərhəddə atəşkəs rejimini gücləndirəcəyik. Biz atışmaları dayandıracağıq və bu da 
baş verdi. Bir il ərzində bu baş verdi. Bu il ən sakit il idi və bu ildə demək olar ki, heç bir itkimiz olmadı. Bəs 
sonra nə baş verdi? O yəqin, bunun zəiflik əlaməti olduğunu düşündü və sonra bu məşhur bəyanatlar səsləndi ki, 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə