|
![](/i/favi32.png) Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələriPrezident İlham Əliyev:
Mən gecə rahat yatıram və oyaq qalmıram. Yox, həqiqətən belədir. Elədir ki, var.
Gecə oyanmaq üçün mənə səbəb yoxdur. Xüsusən də indi, belə bir dinc şəraitdə. Çünki Azərbaycan iki ildən
çoxdur ki, o işğalın ağırlığını öz üzərindən atıb. Eskalasiya riski yoxdur, çünki ola bilsin, siz eşitmisiniz ki, işğal
zamanı Ermənistanın yüksəkrütbəli rəsmiləri bizi “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyirdilər. Bu,
hazırda cənab Paşinyanın həbs etdirdiyi Ermənistanın keçmiş müdafiə nazirinin kəlamıdır. Lakin həmin sözlər
Azərbaycana açıq təhdid idi. Başqa çox yekəxana şərhlər də səsləndirildi ki, əgər müharibə başlasa, erməni
tankları Bakının küçələrində olacaqlar. Əslində, bu lovğa şərhlər reallığa çevrildi. Erməni tankları Bakının
küçələrinə gəlib çıxa bildi, amma hərbi parad üçün gətirdilər. İndi isə onlar Hərbi Qənimətlər Parkındadır.
Beləliklə, bu cür möhtəşəm Qələbədən sonra, gecəni yatmaq üçün istifadə etməməyin səbəbi yoxdur.
BP ilə planlarımıza gəldikdə, əlbəttə ki, biz əməkdaşlığımızı davam etdiririk. BP Azərbaycanda strateji
sərmayədardır və bildiyiniz kimi, “Azəri-Çıraq-Günəşli”nin və “Şahdəniz”in əməliyyatçısıdır. Şirkətin öz
fəaliyyətini genişləndirmək planları var. “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi
hazırda heç zaman olmadığı qədər daha da zəruridir. Bilirəm ki, BP ilə SOCAR arasında həmin layihə üzərində
danışıqlar çox uğurla gedir. Əvvəlki dövrlərdə SOCAR-ın rəhbərliyi ilə Azərbaycan hökumətinin rəsmiləri
arasında qeyri-münasib ünsiyyət səbəbindən müəyyən yubanmalar olub. Hazırda isə hər şey aydındır. Bazarda
qaza ehtiyac var. Nəhəng potensialdan istifadə etmək vaxtı yetişib, çünki “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz
yatağında hasil ediləcək qaz ayrıca böyük qaz yatağını nəzərdə tutur. Siz, həmçinin enerji şirkətlərinin “yaşıl
enerji”yə keçiddə iştirakı barədə bilirsiniz. BP, həmçinin bu prosesə rəhbərlik edir. Onların azad olunmuş
Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. Bu, onların nəinki Azərbaycanda
bərpaolunan enerji mənbələrinə maraq göstərən aparıcı beynəlxalq şirkətlərin önündə getdiyini göstərir, o
cümlədən azad olunan ərazinin seçilməsi bizim üçün xüsusi məna daşıyır. Buna görə biz çox minnətdarıq ki, 230
meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq.
Bizim Qarabağ və Şərqi Zəngəzurun potensialı ilə bağlı artıq ilkin dəqiq təhlilimiz aparılıb. Beləliklə, günəş
və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600
meqavatdır. Yeri gəlmişkən, azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyaları
tikilməlidir. Onların 5-i artıq istismara verilib. Bu, həqiqətən böyük potensialdır. Əvvəlcə söylədiyim kimi, biz
bərpaolunan enerji mənbələrindən daha çox enerji istehsal etsək, daha çox qazı beynəlxalq bazarlara yönəldə
bilərik. Bu halda hər tərəf uduşlu vəziyyətdədir. Əminəm, digər əsas enerji şirkətləri də diqqətini Xəzər dənizinin
potensialına yönəldəcək, çünki belə qənaətə gəlmişik ki, Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına
görə ikincidir. Əlbəttə, enerji şirkətləri BP kimi addım atacaqlar və nəhəng külək potensialına malik Kəlbəcərə,
Laçına və bəlkə də ölkəmizin ən günəşli yeri olan Cəbrayıla nəzər salacaqlar.
Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru
Dostları ilə paylaş: |
|
|