Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
P R E Z İ D E N T K İ T A B X A N A S I
Xarici siyasət
fəaliyyəti
21
növbədə, Sizi Təl-Əvivdə səfirlik yaratmaq qərarı münasibətilə təbrik edim. Qəbul etdiyiniz qərarı dəstəkləyən
ölkənin, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının üzvü olaraq bunu alqışlayıram. Cənab Prezident,
torpaqlar azad ediləndən sonrakı proseslər, eynilə Sizin dediyiniz kimi gedir, görünür ki, təkcə Azərbaycan üçün
deyil, bütün Cənubi Qafqaz üçün belə gedəcək. Mənim daha çox məlumat əldə etmək istədiyim məsələ rəqəmsal
kommunikasiya ilə, bunun Sizin ümumi planlarınızda necə əks olunması ilə bağlıdır, təkcə Azərbaycan, azad
edilmiş ərazilər üçün deyil, həm də Cənubi Qafqaz üçün. Biz qlobal səviyyədə məlumatların qorunması sahəsində
3 əsas fərqli versiya görürük - ABŞ modeli, Avropa modeli və Çin modeli. Siz məlumatların qorunmasında
Azərbaycanın yerini necə görürsünüz? Təşəkkür edirəm.
Prezident İlham Əliyev:
Təşəkkür edirəm. İsraildə səfirlik, eləcə də Fələstində təmsilçilik ofisi açmaq
qərarı bizim milli maraqlarımıza əsasən verilmiş bir qərardır, İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığı əks
etdirir. Əminəm ki, həmin qərar
sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban
əməkdaşlığın rəsmiləşdirilməsidir. Bu qərara dəstəyinizə görə təşəkkür edirəm, çünki aydın başa düşdüyümüz
kimi, bu, regionda heç də bütün ölkələri sevindirmir. Amma bizim məqsədimiz müəyyən stereotipləri olanları
xoşbəxt etmək deyil. Məqsədimiz xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir və biz bunu
edirik.
Rəqəmsal kommunikasiya məsələsinə gəlincə, bəli, biz müasir dünyanın trendlərini başa düşürük. Yeri
gəlmişkən, biz keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyimizin adını dəyişdirib Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi qoymağı
qərara alanda, bu, reallığı əks etdirirdi. Çünki indi bu, inkişaf və
təhlükəsizliyin ən mühüm elementlərindən biridir. Bizim hansı modeli seçdiyimizi demək ola bilsin ki, mənim
üçün çətin olar. Düşünürəm ki, ekspertlər və mütəxəssislər mənə bununla bağlı məsləhətlərini verəcəklər, çünki
mən bu sahə üzrə mütəxəssis deyiləm. Lakin biz yenə də qabaqcıl təcrübəyə, qabaqcıl texnologiyaya və ən yaxşı
qorunmaya əsaslanaraq seçim edəcəyik. Biz kibertəhlükəsizliklə məşğul olmalıyıq, çünki görürük ki, getdikcə
daha çox ölkə, hətta bizdən çox müasir texnologiyalara malik ölkələr kiber hücumlara qarşı həssaslaşır. Ona görə
də,
sözsüz ki, biz bu məsələ ilə ciddi şəkildə məşğul olacağıq.
Azad edilmiş ərazilərlə bağlı sizin fikirlərinizə gəldikdə isə, demək istərdim ki, biz azad edilmiş ərazilərdə
ən son texnologiyalardan istifadə edirik. İki il əvvəl, müharibə bitəndən dərhal sonra mən “Qarabağı yenidən
quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” deyəndə eynilə bunu nəzərdə tutmuşdum.
İndi bu, həyata keçir. Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və
yenidən qururuq. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması
modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat
yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ
nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə
hesab edirik. Onda biz, bəlkə də artıq indi davamlı
olaraq texnoloji təcrübəyə, eləcə də inzibati idarəçiliyə
keçəcəyik. Çünki azad edilmiş ərazilərdə bizim ölkənin digər yerlərindən fərqli inzibati strukturlarımız var.
Prezidentin xüsusi nümayəndəsi institutu üç ərazidə artıq qurulub və səmərəliliyi sübut olunub. Beləliklə, biz
texnoloji inkişaf modelini sınaqdan keçirməklə yanaşı, həm də idarəçilik modelini sınaqdan keçiririk. Ona görə
də biz rəqəmsal inkişafa çox diqqətlə və əzmlə yanaşacağıq, xalqımıza uyğun olan ən yaxşı seçimi edəcəyik.
Misirin Al-Hevar Siyasi və Media Araşdırmaları Mərkəzinin direktoru
Dostları ilə paylaş: