Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə28/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   24   25   26   27   28   29   30   31   ...   359
Xarici siyasət 
fəaliyyəti 
20 
Mənim region liderləri ilə təmaslarıma gəlincə, bəli, bu təmaslar çox böyük dinamizm səviyyəsinə malikdir. 
Xüsusilə indi – postpandemiya dövründə beynəlxalq səfərlər yenidən bizim həyatımızın bir hissəsinə çevriləndən 
sonra mən Mərkəzi Asiya ölkələrində çox vaxt keçirdim. Bu ilin aprelindən bu yana mən üç dəfə Özbəkistanda 
səfərdə oldum, rəsmi səfər və beynəlxalq tədbirlərlə əlaqədar. Mən Qırğızıstanda dövlət səfərində oldum. Bu ilin 
avqustunda Qazaxıstan Prezidenti Azərbaycanda rəsmi səfərdə olub və həmçinin bundan əvvəl mən 
Türkmənistanda səfərdə oldum. Gələn il Tacikistana səfər etməyi planlaşdırıram. Prezidentdən dəvət almışam. 
Bundan əlavə, beynəlxalq tədbirlər çərçivəsində biz həmişə vaxtdan istifadə edib söhbət edirik. Çünki çox 
hadisələr baş verir və biz buna hazır olmalıyıq. 
Türk Dövlətləri Təşkilatının sammitində çıxış edərkən mən təhlükəsizlik məsələsinə toxundum. Çünki indi 
təhlükəsizlik bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli 
və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya 
dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, 
yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz. Bu səbəbdən, düşünürəm ki, 
bizim həyata keçirdiyimiz kommunikasiya layihələri regional təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək və 
bunları həyata keçirmək üçün böyük imkan var. 
Bir daha, bizə gəlincə, Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub 
dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - hər şey hazırdır. Eyni 
hazırlıq səviyyəsi dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə olmalıdır. Bu, belədirmi? Xeyr. Lakin biz 
müsbət dinamika görürük. Məsələn, təxminən bu yaxınlarda iştirak etdiyim beynəlxalq tədbirlərdən birində Çin, 
Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun tikintisi ilə bağlı razılıq imzalandı. Bu layihə uzun illər 
dayandırılmışdı. İndi isə hər kəs başa düşür ki, yüklərin Xəzər istiqamətində çatdırılmasına, Trans-Xəzər 
imkanlarından geniş şəkildə istifadə etməyə ehtiyac var. Ona görə də, bildiyim qədəri ilə Çin tərəfindən 
maliyyələşdirilən bu layihə daşımalara əhəmiyyətli dərəcədə töhfə vermək üçün böyük imkana malikdir. 
Bizim Pakistanla mükəmməl əlaqələrimiz var. Bilirəm ki, Pakistanın Qvadar limanı böyük beynəlxalq 
qovşağa çevrilir. Qvadar limanını bizim infrastrukturumuzla birləşdirmək çətin deyil. Bizim, sadəcə, tarif 
məsələsini, hüquqi çərçivəni lazımi şəkildə həll etməyimizə, tənzimləmə ilə bağlı əlaqələndirmə və komanda işinə 
ehtiyacımız var. Məsələn, biz Azərbaycan, Türkiyə və Qazaxıstan arasında fəal əməkdaşlığın üçtərəfli formatına 
başlamışıq. Xarici işlər və nəqliyyat nazirlərinin ilk görüşü bir neçə ay əvvəl keçirilib. İndi ikinci görüşdür və 
qonşumuz Gürcüstan dəvət olunub. Bu, 4 ölkənin görüşü olacaq, çünki biz hamımız bir-birimizlə qarşılıqlı şəkildə 
əlaqədəyik və vahid siyasətə ehtiyacımız var. Çünki əgər hər hansı bir ölkə bacardığından çox şeyə nail olmağa 
çalışsa, bu, alınmayacaq. 
Başqa nə işlər görmüşük? Biz nəqliyyat şirkətlərimizin birgə səylərini bir araya gətirmişik. Çünki əvvəllər, 
bu şirkətlərin bir növ daha korporativ siyasəti var idi. Mən Azərbaycan dəmir yollarını, dəniz limanını, Xəzər 
dəniz gəmiçiliyini və bəzi başqalarını nəzərdə tuturam. İndi bizdə tam koordinasiya var. Rəqəmsal İnkişaf və 
Nəqliyyat Nazirliyi bu prosesi koordinasiya edir. Beləliklə, Azərbaycanda vahid pəncərə olacaq ki, bu da 
bürokratiyanı minimuma endirməklə bu marşrutdan istifadə etmək istəyən şirkətlərin işini asanlaşdıracaq. Əlbəttə 
ki, nəqliyyat şirkətlərimizin səmərəliliyi. Biz bütün nəqliyyat şirkətlərində korporativ idarəçilik meyarlarını 
təqdim etmişik. Beləliklə, bu, artıq öz nəticələrini verir. Siz soruşdunuz ki, İran və ya Ermənistan bu prosesə əngəl 
törədə bilərlərmi, mən belə düşünmürəm. Birincisi, Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud 
üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. 
Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə 
məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. 
Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla danışıqlar apararaq 
vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq. Yeri gəlmişkən, Rusiya rəsmiləri ilə son təmaslarım zamanı 
biz Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu layihəni əngəlləmək iqtidarında olacaq. 
İrana gəlincə, yenə də düşünmürəm ki, bu, belə olacaq. Çünki İran özü regional kommunikasiya layihələrində 
maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir. Beləliklə, əgər biz bütün 
iştirakçılarla səmimi əməkdaşlıq və qarşılıqlı faydalı yanaşma platforması qurmağa nail olsaq, bu, işə yarayacaq. 
Əgər olmasa, ola bilsin ki, bu, qismən işləyəcək. Beləliklə, bu, əlbəttə ki, bizim tərəfdaşlarımızla qarşılıqlı 
əlaqələrimizdən asılı olacaq. Lakin yenə də Azərbaycan bu layihənin coğrafi mərkəzi olaraq və artıq qeyd etdiyim 
kimi, tam infrastruktura malik ölkə və müxtəlif beynəlxalq iştirakçılarla yaxşı əlaqələri olan ölkə olaraq bu 
məsuliyyəti başa düşür. Biz bu layihəni irəli aparmaq üçün əlimizdən gələni edəcəyik. 
Avropa Parlamentinin sabiq üzvü və Avropa Parlamentinin Azərbaycanla əlaqələr üzrə nümayəndə 
heyətinin sədri 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə