Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə27/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   23   24   25   26   27   28   29   30   ...   359
Xalid 
Teymur Əkrəm:
- Cənab Prezident, ilk növbədə, bizi dəvət etdiyinizə görə çox sağ olun. Mən üçüncü dəfədir ki, buradayam. 
Son ilyarım ərzində biz Sizin tərəfinizdən Mərkəzi Asiyanı, Pakistanı və digər Asiya ölkələrini əhatə edən çox 
intensiv diplomatik səylərin şahidi olduq. Siz Səmərqənddə də oldunuz. Son ilyarım ərzində Siz demək olar ki, 
bütün regional platformalarda iştirak etmisiniz. Sualıma keçməzdən əvvəl, ilk növbədə, növbəti 5 il ərzində 
Pakistan düyüsünü hər növünü idxal vergisindən azad etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim. 
Biz buna görə çox minnətdarıq. Sizin jestiniz Pakistanla Azərbaycan arasında ticarətin inkişaf etdirilməsi 
baxımından çox müsbət qarşılanıb. İndi isə Sizdən soruşmaq istərdim. Siz bütün Mərkəzi Asiyada və digər Asiya 
ölkələrində, Avropa İttifaqı ölkələrində səfərdə olmusunuz. Necə düşünürsünüz, Sizcə gələcəkdə Cənubi Asiyanı, 
Mərkəzi Asiyanı Azərbaycanla birləşdirmək ideyası həyata keçəcəkmi? Sizcə gələcəkdə İran və Ermənistan hər 
hansı problem yaradacaqlar, yoxsa region ölkələrinin gördüyü işləri qəbul edəcəklər? Çünki bütün bu ölkələr 
çoxlu səy göstərir və biz Sizin səfərlər edərək dünya liderləri, xüsusilə region ölkələrinin liderləri ilə danışıqlar 
apardığınızın şahidi olmuşuq. Bununla bağlı Sizin fikirlərinizi bilmək istərdik.
Prezident İlham Əliyev:
Mən son bir neçə ay ərzində Pakistanın Baş naziri Cənab Şahbaz Şəriflə iki dəfə 
görüşmüşəm. Biz ikitərəfli əlaqələrimizin gündəliyini geniş şəkildə müzakirə etmişik. Bu, dostluq və qardaşlıq 
gündəliyidir. Biz Azərbaycanla Ermənistan arasındakı əlaqələrlə bağlı nümayiş etdirdiyi davamlı dəstəyə görə 
Pakistana çox minnətdarıq. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad 
edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən 
yüksək qiymətləndirilir. Biz, həmçinin Baş nazirlə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi yollarını 
müzakirə etdik və sizin qeyd etdiyiniz qərar, Pakistandan gətirilən düyü üçün xüsusi qaydalar bunu əks etdirir. 
Çünki biz bu addımı qarşılıqlı ticarət artımını stimullaşdırmaq üçün atmağa qərar verdik və Baş nazir Şahbaz 
Şəriflə müzakirə etdiyimiz kimi, biz bir-birimizi hansı növ məhsullarla təmin edə biləcəyimizi nəzərdən 
keçirməliyik. Əgər qardaş ölkədə yüksəkkeyfiyyətli düyü varsa, niyə biz düyünü başqa yerdən almalıyıq. 
Beləliklə, bu qərar açıq-aydın bizim qardaşlıq əlaqələrimizə əsaslanıb. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə