1. Əldə edilməsi vacib olan biliklər:
İş analizi ilə bağlı olan planların hazırlanması zamanı, ilk əvvəl biliklərin əldə
edilməsinə qərar verilir. Bu biliklər sahələrə uyğun olaraq əldə edilir. Fərqli sahələr
üzrə əldə edilən biliklər, iş analizləri proqramında yer alır. Proqramda yer alan
müddəaları və yaxud bilik formalarını ayrı-ayrılıqda belə izah etmək olar:
─
İŞİN ADI VƏ YERİ:
-
bu başlıq altında işin adı, yeri, bu məlumatların
toplandığı gün, işi həyata keçirənin adı, iş ünvanı ilə bağlı biliklər əldə edilir.
─
İŞÇİNİN VƏZİFƏLƏRİ:
- bir işlə əlaqədar bütün vəzifələr, öhdəliklər və
cavabdehlik təyin edilir. İşçi nə iş görür?, necə iş görür?, bu işləri nədən ötrü yerinə
yetirir?, bu işləri nə vaxt yerinə yetirir kimi suallara cavab verilir.
Həmçinin işçinin müəssisə daxilindəki yeri və işi müəyyən edilməlidir.
─
TƏHSİLİN VACİBLİYİ:
- işin həyata keçirilməsi üçün la- 'im olan təhsil
səviyyəsi müəyyən edilir.
─
TƏCRÜBƏ:
- işçinin işi yerinə yetirə bilməsi üçün lazım olan təcrübənin
müddəti müəyyən edilməlidir.
─
XÜSUSİ MƏLUMATLAR
(özəl bilgi):
- bəzi işlərin icrası zamanı xüsusi
məlumatlara malik olmaq lazımdır. İş analizində bu məlumatların müəyyən olunma
sına nail olunur.
─
ÇALIŞMA ŞƏRTLƏRİ:
- əmək şəraitinin vəziyyəti və şərtləri hər işə görə
dəyişir. Məsələn: işıqlandırma, səs, nəm, açıq hava, qapalı mühit, toz və s. təyin
edilməsi vacib olan çalişma şərtləridir.
─
FİZİKİ BACARIQ VƏ QABİLİYYƏT:
- İşçilərin hansı avadanlıq, alət və
təhcizatdan istifadə edəcəkləri qabaqcadan müəyyənləşdirilir. Bundan sonra işlə bağlı
fiziki qabiliyyətlər - əl qabiliyyəti, göz, əl-ayaq arasındakı kordinasiya yarat maq kimi
əlaqədar məlumatlar toplanır. İşin icrasında bunlara nə dərəcədə ehtiyac duyulduğu
müəyyənləşdirilir.
Dostları ilə paylaş: |