38
İŞİN TƏSVİRİ (İş TANIMI)
Şəkil 5.
İşin təsviri
İŞÇİ QÜVVƏSİNİN PLANLAŞDIRILMASI
İşçi qüvvəsinin planlaşdırılması fəaliyyəti müəssisəsinin ehtiycı
olan işçilərin
kəmiyyət və keyfiyyət baxımından müəyyən bir qaydada iş fəaliyyətlərini təmin
etməklə yanaşı, müəssisənin gələcəkdə işçi qüvvəsinə
olan tələb və təklifinin
müəyyən edilməsi prosesidir. Planlaşdırma fəaliyyəti heyətin idarə edilməsinin ilk
mərhələsidir. İşçi qüvvəsinin planlaşdırılması fəaliyyəti müəssisənin qarşısına
qoyduğu yəni, gələcəkdəki məqsədini həyata keçirmək üçün lazım
olan plan və
proqramları hazırlamaq və bu plan və proqramların hazırlanmasında hansı
keyfiyyətdə və nə qədər sayda işçiyə ehtiyac olduğunu qabaqcadan müəyyən edər.
downloaded from KitabYurdu.org
39
Müəssisədə lazımi miqdarda az və ya çox işçi sayının olmaması üçün bəzi
proqnozların və planların hazırlanması vacibdir. Əgər bir müəssisədə işçilərin sayı
lazım olan miqdardan azdırsa, bu zaman istehsal prosesində
ləngimə meydana gələr
və müştəri firmaların sifarişləri vaxtlı-vaxtında yerinə yetirilməz. Əksinə, işçilərin
sayı
çox olarsa, işçilərə ödənilən xərclərin miqdarı da artar. Hər iki vəziyyətin
müəssisə daxilində
meydana gəlməməsi üçün, hazırlanmış olan plan və proqnozlar,
müəssisənin öz məqsədinə çatması üçün lazım
olan yerdə, lazım olan miqdarda işçi
lərin olmasına təminat verəcəkdir.
Planlaşdırma fəaliyyətinin aparılmasında digər
bir məqsəd də cari ildə
müəssisədəki işçilərin ağıl, bacarıq və qabiliyyətlərini işlərinə uyğun bir şəkildə
istifadə etmələrinə nail olmaqdır. Yəni işçi qüvvəsinin
maksimal bir səviyyədə iş
fəaliyyətinin həyata keçirilməsinə nail olmaqdır. Planlaşdırma fəaliyyətinin həyata
keçirilməsi digər fəaliyyətlə bağlantılı olaraq aparılır.
Bu fəaliyyətlərin hər biri
planlaşdırmaya öz təsirini göstərir.
Dostları ilə paylaş: