MəHƏMMƏD Əliyev həMİd həMİdov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   135
KY0000382

İŞ ŞƏRTNAMƏSİ 
İş şərtnaməsi işçinin müəssisə daxilində bir işi yerinə-yetirəcək şəxs olması, 
vacib olan savad, təcrübə, bacarıq kimi keyfiyyətləri göstərən və iş analizi nəticəsində 
əldə edilən məlumatlar əsasında hazırlanan bir sənəddir. İş şərtnaməsi, işçilərin 
seçilməsində, təhsil ehtiyacının təyin edilməsində və işçilərin qiymət ləndirilməsində 
əsas göstərici yol göstərən sənəddir. Bu sənədin köməyi ilə «işə uyğun adam» seçmək 
mümkündür. İş şərtnaməsinin istifadə edilməsində görülən əsas məqsəd düzgün 
seçim, 
insanların 
inkişaf 
etməsində, 
istiqamətləndirilməsində 
və 
mükafatlandırılmasında əsas bir vasitə olaraq istifadə olunmasıdır. 
Buradan görünür ki, iş şərtnaməsində əsas etibarı ilə təhil
səviyyəsi, iş təcrübəsi, 
fiziki və zehni qabiliyyətlərlə bağlı bəzi məlumatlardan ibarət bölmələr yer alır, iş 
şərtnamələri, ixtisaslı mütəxəssislərin müzakirələri nəticəsində hazırlanır. İş 
şərtnaməsini hazırlayan şəxslərin uzun müddətli iş təcrübələri olma lıdır. Bundan 
əlavə bəzi işlərlə bağlı işçilərdə axtarılan xiısusiyyətlər və keyfiy yətlər açıq-aşkar 
yazıla bilər. Məsələn: Makinada 1 dəqiqədə 90 söz yazmaq - katibə seçilməsində əsas 
bir kriteriya olaraq təyin edilmişsə, bu haqda iş şərtna- məsində əks etdirilməsi 
mümkün variantlardandır. 
İş şərtnamələri işçilərdə axtarılan bəzi yaş, irq, cins kimi demoqrafik xüsu 
siyyətləri özündə əks etdirir. 
NAİLİYYƏT ÖLÇÜLƏRİ (standartlar); 
İstənilən idarə və təşkilatın qarşısına qoyduğu bir məqsəd var. Müvəfəqiyyətlə 
çalışmaq, qarşıya qoyulan məqsədə nail olmaq üçün idarə və təşkilatlarda qabaq 
cadan müəyyən edilmiş standartlara çatmağa çalışırlar. İşçilərin yüksək səviyyədə 
çalışması nəticəsində bu standartlar gerçəkləşir, idarə və təşkilatlar da öz növbə sində 
nailiyyətlər əldə edə bilərlər. Təşlatlarda çalışan işçilərdən tələb olunan, təşki latın 
təyin etdiyi nailiyyət ölçülərinə uyğun olaraq işləmək, başqa sözlə desək, standartlara 
nail olmaqdır. Təşkilatların tutduğu mövqe və qalxmaq istədiyi zirvə təyin edildiyi 
zaman, işçi bu zirvəyə çatmağa can atır. Buna görə də nailiyyət ölçülərinin, təşkilat 
downloaded from KitabYurdu.org


34 
daxilində həyata keçirilən iş analizi prosesində müstəsna yeri vardır. Nailiyyət 
ölçüləri müəssisə məqsədləri ilə insanların hədəflərini bir çərçivəyə salır və bunun 
nəticəsində təşkilatin insan hədəfləri eyni istiqamətdə icra olunur. Eyni zamanda 
şəxslərdə yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, onların istedadlarını nümayiş 
etdirməyə şərait yaratmaq və bunun da müəssisəyə bağlılığını artırmaq istiqamətində 
də nailiyyət ölçülərinin rolu qənaətbəxş hesab edilir. 
Hədəflərə uyğun idarə etmək» (Management By Obyekti-ves) «prinsipi nailiy 
yət ölçülərinin əsas prinsipidir. «Hədəf» və «Məqsəd» nailiyyət ölçülərinin ən çox 
istifadə edildiyi mənalarıdır. 
İşin təsviri zamanı bu işdə nəyin yerinə-yetiriləcəyi aşkar edilir. Nailiyyət ölçü 
ləri isə işin hansı vaxt çərçivəsində, nə qədər miqdarda və nə dərəcədə mükəmməl 
olaraq yerinə-yetirildiyi mövzusunda məlumat verir. 
Təşkilatlarda hazırlanmış olan nailiyyət ölçülərində idarə və təşkilatların 
kəmiyyət və keyfiyyət baxımından hansı səviyyəyə yüksəlmək niyyətində olduqları 
həm yazılı şəkildə, həm də rəqəmlərlə yeni analitik şəkildə ifadə edilir. Məsədən: 
soyuducu istehsal edən bir zavod gələn il satışlarını 10% artırmağı plan 
laşdırmışdırsa, bu rəqəm satış şöbəsi üçün nailiyyət ölçüsüdür. 
Nəticədə, fondlarda pul vəsaitinin artırılması, yeni fabrik və zavodların inşasını 
planlaşdırmaq, fabrik daxilində baş verən qəzaların azalmasına nail olmaq bu ölçülər 
arasındadır. 
Nailiyyət ölçülərinin idarə və təşkilatlar üçün üstün cəhətləri çoxdur. Çünki 
çalışan şəxs rəhbərliyin ondan nə gözlədiyini açıq-aydın bilir və onların etimadını 
doğrultmağa çalışır. Nailiyyət ölçüləri müəssisənin profilinə əsaslanaraq hazırlanır. 
Buna görə də bunların hazırlanması və müəyyənləşdirilməsi mərhələsində həm rəh 
bər işçilər, həm də adi işçilər birlikdə işləməlidirlər. Rəhbərlik təşkilat və müəs 
sisənin məqsədlərini ən düzgün təyin edən orqandır. İşçilər isə məqsədlərinə və ya 
məqsədlərə nail olmaqda nəyə qadir olduqlarını yaxşı bilirlər. Nailiyyət ölçülərinin 
downloaded from KitabYurdu.org


35 
hazırlanması çox asan iş deyil. Bu proses vaxt aparan, hər şeyin düzgün analizini tələb 
edən bir prosesdir. 
Müəssisələrdə bu ölçülərin hazırlanmasına nəzarət edən orqan həmkarlar 
təşkilatlarıdır. (Sendikalar) Həmkarlar təşkilatı işçilərin haqlarını müdafiə etdiyi üçün, 
bu ölçülərin düzgün və obyektiv hazırlanmasına təsir göstərir. Doğrudan da, 
standartlar obyektiv olmalı, həddindən artıq yüksək təyin edilməməlidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə