13.1. Müxtəlif görünüşlü quyuların və yan lülələrin yazılış
terminləri.
İstiqamətləndirilməyən yan lülə –
quyunun yan lüləsi
qazılan zaman telesistemin köməyilə quyu trayektoriyasına
nəzarət olunmayan ixtiyari azimut istiqamətində qazılır.
Maili istiqamətlənmiş yan lülə –
verilmiş azimut
istiqamətində
və verilmiş zenit bucaqlı layihə trayektoriyasına
uyğun qazılmış yan lülədir. Maili istiqamətlənmiş yan lülə
qazılan zaman, real vaxt rejimində quyunun yan lülə
trayektoriyasına nəzarət və onun idarə olunması telesistemin
köməyilə yerlnə yetirilməlidir.
Üfüqi yan lülə –
Zenit bucağı
80
0
– dən böyük intervalı
olan maili istiqamətlənmiş yan lülə.
Üfüqi şaxələnmiş quyu - əsas lülədən və bir və ya bir neçə
yan lülə ayrılmış quyudur.Üfüqi şaxələnmiş quyuları çoxlüləli
(ÇLQ) və çoxdibli quyulara (ÇDQ) ayırmaq olar.
Çixlüləli quyu (ÇLQ)
- əsas lülədən və müxtəlif
məhsuldar laylara şaxələnən bir və ya bir neçə yan lülülərdən
ibarət olan quyudur,bu zaman yan lülələrin əsas lülə ilə kəsişmə
nöqtələri açılacaq laydan yuxarıda yerləşməlidir.
Çoxdibli quyu (ÇDQ)
- əsas üfüqi lülə və məhsuldar layın
içərisində ondan şaxələnən bir və ya bir neçə yan lüləli
quyudur.
Son zamanlarda neft sənayesinin inkişafının aktivləşdiyi
bir vaxtda köhnə neft və qaz yataqlarının həyata qaytarılması
ideyası yarandı. Beləki, optimal qərarın qəbul olunması üçün
318
neft sənayesi sahəsinə xarakterik olan və hazırki elmi-texniki
baxışlardan kənara çıxan, geniş profilə malik ixtisasçılar lazım
idi. Son onilliklərdə mədən servis işlərinin yeni texnologiya və
strategiyası kömək etdi ki, neft çıxaran şirkətlər ümumi bir fikrə
gələ bildilər. Bu, qazılmış quyuları olan köhnə mədənlərə yeni
həyat vermək.
Neftə artan təlabat servis şirkətlərini məcbur etdi ki, neft
çıxarmağa və məhsuldar layın vəziyyətinə nəzarəti həll edəcək
ümumi problemlərin siyahısını genişləndirsin. Misal üçün
qazıma sahəsində çoxlüləli quyuların qazılması, texniki sahədə-
elastiki borularla qazıma, kiçik ölçülü telemetrik sistemlər və
yan lülələrin tamamlanması üçün xüsusi avadanlıqlar, yataqlara
qoyulan maliyə vəsaitlərini tezliklə qaytarmaq variantlarınının
seçilməsini genişləndirdi. Hansı variant daha yaxşı və sərfəlidir,
onu hansı quyulara və necə tədbiq etmək lazımdır.
Bu tip suallara cavab axtararkən neft şirkətləri çoxprofilli
işlərin görülməsi məqsədilə təşkilatı dəyişikliklər etdilər və
bunun nəticəsində laydan neft istismrını artırmaq üçün yeni
üsullar tapıldı, bunlardan da biri istismarı zəifləmiş yataqlarda
köhnə quyulardan yan lülə qazılması oldu.
Bu zaman Şlümberje şirkəti tərkibində, sürətlə inkişaf
edən neft sənayesində yan lülələrin qazılması məsələsinin həlli
üçün RAPİD qrupu yaradıldı. RAPİD qrupu çərçivəsində
görülən işlər mühəndis təcrübəsinə əsaslanmışdır. Burada
yataqların işlənməsi, bütün tip quyular daxil olmaqla qazıma,
qazıma məhlulları, petrofizika və quyuların tamamlanmasının
layihələndirilməsi əsas məsələlərdən biri idi (şəkil 13.1).
Qazıma texnologiyasının təkmilləşdirilməsi quyuların
sayını artırdı, onlardan kiçik və orta radiuslu yan lülələrin
qazılması, həmçinində adi və ya elastiki boruları tədbiq etməklə
çoxdibli (ÇDQ) və çoxlüləli (ÇLQ) şaxəli quyular qazılmağa
başlandı.
319
Şəkil 13.1. Yan lülələrin qazılması sistemi.
Köhnə quyulara qayıtma.
Əlavə neft almaq üçün köhnə quyulara qayıtmaq təzə üsul
deyil. Neft şirkətləri XX-əsrin 50-ci illərinin ortalarından
başlayaraq çirklənmiş kollektorları yandan keçmək və ya
quyuda mexaniki maneələri keçərək yeni quyu qazımaqla
müqayisədə iqtisadi cəhətdən əlavə gəlir əldə etmək üçün köhnə
quyulara qayıdırdılar və yan lülələr qazırdılar. Yan lülələrin
qazılması
qazıma
texnologiyasının
və
quyuların
möhkəmləndirilməsinin təkmilləşdirilməsinə borcludur.
Yan lülənin qazılması üfüqi quyu tikintisinin qiymətini
azaldır. Quyuda istismarın həcminin artmasından əlavə, üfüqi
yan lülənin qazılması əvvəlki işlənmə zamanı toxunulmayan
zonalardan karbohidrogenləri götürməyə imkan verir(şəkil
13.2).
Köhnə istismarda olan adi və ya üfüqi quyudan çox lüləli
şaxələnmə məhsuldar layın açılma şəraitini yaxşılaşdırır və yan
lülələr həmin quyudan veer şəklində aralanır (şəkil 13.3).
320
Şəkil 13.2. Toxunulmamış istismar laylarından neftin
çıxarılması.
Əgər quyu qaz papağını açır və ya onun yaxınlığından
keçirsə, həmçinində altlıq su olduqda onda qazın və suyun
olması quyuda çıxardığımız məhsulun miqdarını artırır. Qaz
papağının olmadığı halda su keçidinin vaxtının uzadılması
ancaq məhsuldar intervalın yuxarı hissəsinin perforasiya
oiunmasıdır.
Şəkil 13.3.Yan lülələr seti hesabına istismarın artırılması.
321
Neft və qazın izolə olunmuş kiçik sahələri böyük inhiraflı,
həmçinində çoxlüləli quyularla açıla bilər (şəkil 13.4).
Şəkil 13.4. Xırda layların istismar effektivliyinin
yüksəldilməsi.
Belə ki, bir çox hallarda depresiya vasitəsilə yaranan
flüidlərin radial axını zamanı, perforasiya zonasına suyun
sorulması kifayət edir konus şəklində olsun (şəkil 13.5).
Perforasiy deşiklərinin aşağı hissəsinə çatdıqda, su böyük
hərəkət sürətinə malik olduğundan quyunun əsas məhsuluna
çevrilə bilər.
Şəkil 13.5. Su konusunun yaranması.
322
Üfüqi quyu lüləsi məhsuldar layın tavanına yaxın yerləşir,
ona görədə quyu oxuna perpendikulyar olan təzyiq düşgüsü
suyun qlxmasını konus şəklində yox, üçbucaq şəklində edir
(şəkil13.6). Belə bir prizmanın yaranması üçün daha çox neft
sıxışdırmaq lazımdır, nəinki konusun yaranması üçün,bu zaman
su axınının həndəsi xarakteristikası hesabına layın ötürmə
qabiliyyəti artır.
Şəkil 13.6. Suyun prizmatik yal (təpə) yaratması.
Quyuya qum daxil olmağa meyilli çöküntülərdə üfüqi
lülənin qazılması qumla mübarizə üçün istifadə olunan çox
bahalı çınqıllı süzgəcin quyuya endirilməsinin lazımlılığını
aradan qaldırır. Şaquli quyulardan fərqli olaraq üfüqi quyular
laya mümkün qədər az təsir edən zaman lazım olan miqdarda və
ya daha çox məhsul götürməyə imkan verir.
Ümumiyyətlə üfüqi quyular istismar həcminə görə şaquli
quyuları 3 – 4 dəfə bəzi hallarda 7 dəfə və daha çox keçmişdir.
Bundan əlavə qaz papağının və ya su
altlıqlarının
olduğu sahə-
lərdə (və ya birlikdə) üfüqi quyular çıxarılan ehtiyyatı daha da
323
artırır. Yan lülənin qazılması istismarı artırmaq üçün bütün
quyulara tədbiq olunan yaxşı üsul sayılmır.
Yan lülələrin qazılma üsulları
O vaxtdan ki, yan lülələrin qazılması optimal texniki
vasitə kimi qəbul olundu, onda sual olunur ki, hansı qazıma
kəmərindən, adi və ya elastiki (tez əyilən) borulardan istifadə
etmək lazımdır. İstismar dövründə özüllərdə qazıma qurğusu
olmadığından, yan lülənin məhsuldar laya qazılmasını NKB-
dan və ya böhran (depresiya) ilə qazımanı elastiki borunun
köməyilə aparmaq iqtisadi cəhətdən daha effektli olar. Böhranla
(depresiya) ilə qazıma məhsuldar layın kollektorluq xassələrini
saxlamağa və qazımanın mexaniki sürətinin artmasına köməklik
edir.
Köhnə quyulardan yan lülərin böyük əksəriyyətini adi
qazıma borularından istifadə etməklə, böyük (150 m-dən çox)
və ya orta (60-150 m) əyrilik radiusları ilə qazırlar. Son
zamanlar kiçik əyrilik radiuslu (12-30 m) yan lüləli quyuların
qazılmasına daha çox üstünlük verilməsi hiss olunur. Kiçik
radiuslu şaxələnməni qazımaq üçün şarnirli elementi olan
QKAH-i lazım gəlir. Belə yan lülələrin qazılması dayanıqlı
süxurlarda xüsusən effektlidir, belə ki, qoruyucu kəmər
Dostları ilə paylaş: |