27
Ətraf mühitin iqtisadiyyatında tətbiq olunan me-
todlardan biri
statistik metoddur
.
Statistik metod təbii
sərvətlərdən istifadənin dinamikasını müəyyənləşdirir.
Bu metodun əsas məqsədi təbii ehtiyatların
potensial
imkanlarına uyğun istifadəsi və tükənməsinin qarşısının
alınmasında iqtisadi göstəriciləri aydın əks etdirir.
Cəmiyyətin həyatındakı bütün müsbət cəhətlər tə-
biətin daha düzgün qiymətləndirilməsini, ona qayğıyla
yanaşmasını tələb edir. Təəssüf ki, bəzən insanın
təsər-
rüfat fəaliyyəti təbiətə mənfi təsir göstərir və nəticədə
atmosfer çirklənir, şirin su mənbələri yararsızlaşır, me-
şələr qırılır, torpaqlar korlanır –eroziyaya uğrayır, şo-
ranlaşır, bataqlıqlaşır, flora-fauna ehtiyatları, faydalı qa-
zıntılar azalır və s.
Ətraf mühitin iqtisadiyyatı öz aralarında qarşılıqlı
əlaqədə olan problemlərin iki qrupunu tədqiq edir:
-
istehsalatda və istehlakda zəruri olan təbii ehti-
yatlardan iqtisadi baxımdan səmərəli
istifadə edilməsi;
-
ətraf mühitin çirkləndirilməsinin qarşısının alın-
ması və ya ləğv edilməsinin iqtisadi cəhətdən ən məqsə-
dəuyğun üsullarının seçilməsi.
Bu problemləri məhsuldar qüvvələrin inkişafı, elm
və texnikanın tərəqqisi gedişində tələbatın dəyişməsini
nəzərə almaqla həll edilməlidir.
Hazırda təbiətin mühafizəsi dedikdə təkcə onun el-
mi, estetik, tərbiyəvi və insanların sağlamlığı üçün əhə-
miyyətli obyektlərin qorunub saxlanması nəzərdə tutul-
mur. Bu təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqənin
inkişafını nəzərdə tutur. Daha doğrusu istehsal proseslə-
rinə cəlb olunan təbii sərvətlərin həcmi və miqdarı art-
dıqca, eyni zamanda elmin yeni nailiyyətləri əsasında
28
təbiət qanunları, təbiətlə cəmiyyətin qarşılıqlı
əlaqəsi
qanunauyğunluqları daha dərindən dərk edildikcə mə-
lum olmuşdur ki, təbiətin mühafizəsi yalnız ayrı-ayrı
obyektlərin konservasiyası və mühafizəsindən ibarət ol-
mayıb, daha geniş miqyaslı bir problemdir. Bu təbii eh-
tiyatlardan səmərələri istifadə, onların qorunması və tə-
biət qanunlarına əsaslanmaqla bərpa edilməsi üzrə təd-
birlər kompleksidir. Bu
problemin həcmi müxtəlif so-
sial- iqtisadi quruluşda müxtəlif cür həll olunmuşdur.
Hazırki cəmiyyətdə təbii ehtiyatlar üzərində xüsusi mül-
kiyyət hökm sürdüyü üçün təbiətin mühafizə problemlə-
ri kompleks həll edilir. Yeni iqtisadi münasibətlərdə tə-
biətin mühafizə problemləri ilə əlaqədar olan bütün və-
zifələrin yerinə yetirilməsi elmi metodologiyası əsasın-
da cəmiyyətlə təbiətin ahəngdar qarşılıqlı əlaqələrinin
təmin olunmasına yönəldilmişdir. Yalnız şüurlu demok-
ratik qanunlar təbiətlə cəmiyyət arasında obyektiv, düz-
gün, ahəngdar qarşılıqlı əlaqə yaradılmasına imkan ve-
rir. Təbiətin mühafizəsinin elmi əsaslarına yiyələnmək
üçün təbiətin təbii mühitin tərkib hissələrini və xüsusiy-
yətlərini bilmək, planetimizin
təbii sərvətlərini və ətraf
mühitin mühafizəsi üzrə planetar və regional miqyasda
təzahür edən problemləri araşdırmaq lazım gəlir.