Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə7/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   191
etraf muhitin iqtisadiyyati

Ətraf mühitin iqtisadiyyatı elmi
 – 
təbiət və cəmiy-
yət sistemlərində ümumi qanunauyğunluqlarını öyrənir. 
Fənnin tədqiqat obyekti
– təbiət-cəmiyyət siste-
mində baş verən ictimai, iqtisadi və ekoloji qanunauy-
ğunluqların vəhdətidir. 
Fənnin predmeti
– insanların təsərrüfat fəaliyyə-
tində mühüm əhəmiyyət kəsb edən resursların hasilatı, 
emalı və istehsalı prosesində yaranan iqtisadi münasi-
bətlərin məcmusudur. 
Fənnin məqsədi
– təbii sərvətlərdən səmərəli isti-
fadə olunmaqla istehsalın dinamik inkişafına nail ol-
maqdır. Bu məqsədə çatmaq üçün məhsuldar qüvvələrin 
təbii sərvət mənbələrinə yaxınlaşdırılması; istehsalın 
ərazi üzrə təşkilində təbii ehtiyatların potensial imkanla-
rının nəzərə alınması; təbii sərvətlərin istehsalında elmi 
proqnozlara əsaslanmaq; təbii sərvətlərdən istifadədə 
ərazinin təbii-iqtisadi şəraitinin nəzərə alınması; təbii 
ehtiyatların istifadəsində müasir texnologiyalardan isti-
fadə olunması əsas şərtlərdən hesab olunur. 
Bu elmin əsas vəzifəsi təbiətdən səmərəli istifa-
də etməklə cəmiyyətin maddi və mənəvi ehtiyatlara 
olan tələbatını ödəməklə yanaşı, təbiətlə cəmiyyətin 


17
qarşılıqlı əlaqəsini təmin etməkdən ibarətdir.
Həmçi-
nin təbii ehtiyatların kəmiyyət və keyfiyyət göstəricilə-
rindən asılı olaraq iqtisadi cəhətdən qiymətləndirilməsi-
ni müəyyənləşdirir. Fənnin elmi əhəmiyyətinə gəldikdə 
qeyd olunmalıdır ki, həyatın inkişaf qanunauyğunluqla-
rı, müxtəlif proseslərin və təbii hadisələrin dərk olunma-
sı, təbii obyektlərin müşahidəsi, öyrənilməsi, təhlili və 
sintezi nəticəsində mümkün olur. 
İnsanlarla təbiətin qarşılıqlı əlaqəsinin təhlili icti-
mai elm sahələrinin, ilk növbədə fəlsəfə elmlərinin inki-
şafını sürətləndirir. İnsanın təbiətə münasibətinin obyek-
tiv qiymətləndirilməsinin elmi əsasını təbiətin dialekti-
kası təşkil edir. 
Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. İn-
san şüuru ilə təbiəti öyrənərkən obyektiv qanunları kəşf 
edirsə bu qanunlara əsasən təbii qüvvələri və prosesləri 
cəmiyyətin istifadəsinə verir. 
Təbiətdən istifadənin əsas vəzifələrindən biri isteh-
sal vasitələrinin təkmilləşdirməklə təbii ehtiyatların isti-
fadə xüsusiyyətləri, istifadə dərəcəsi və səmərəliliyini 
müəyyənləşdirməkdir. İkinci tərəf isə təbii resurslardan 
istifadə zamanı məhsuldarlığı artırmaqla yanaşı insanın 
yaşadığı mühitin mühafizəsinə riayət olunmasıdır. Ha-
zırda bu məsələ təbiətdən istifadənin mühüm qlobal mə-
sələləri kimi qiymətləndirilir. 
Təbii sərvətlərdən səmərəli və kompleks istifadə 
edilməsində əsas vəzifə müəyyən əmək və məsrəf mü-
qabilində istər ərazi, istərsə də istehsal sahələri üzrə on-
ların iqtisadi səmərəliliyinin artmasından, ətraf təbii mü-
hitə dəyən zərərin əvvəlcədən aradan qaldırılmasını tə-


18
min etməkdən ibarətdir. Bu, hasilat və emal vaxtı itiril-
miş sərvətlərin hesabına torpağa, suya, havaya, bitki və 
heyvanat aləminə, əhaliyə dəyən zərərin aradan qaldırıl-
ması məqsədilə, sonradan görülən tədbirlərdən xeyli ucuz 
və səmərəli olar. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə