Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə5/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   191
etraf muhitin iqtisadiyyati

Ekoloji-iqtisadi itki
– 
ətraf mühitin çirkləndiril-
məsi nəticəsində neqativ itkilərin pul ifadəsində qiymə-


10
tidir. Ekoloji-iqtisadi itkinin kəmiyyətini müxtəlif sahə-
lərdə müxtəlif xərclərin (məsrəf və itkilərin) cəmi kimi 
ifadə etmək olar. 
İnsanın fəaliyyəti onu əhatə edən mühitlə əlaqədar-
dır. Təbiət həm insanın istehsal fəaliyyəti üçün zəruri 
xammal mənbəyidir, həm də onun ətraf mühiti çirklən-
dirən istehsal fəaliyyəti tullantılarını qəbul edəndir. 
 
İnsanın təbiətlə qarşılıqlı əlaqəsi 
Son zamanlara qədər belə hesab edilirdi ki, insan-
lar tərəfindən təbiətin bəxş etdiyi ehtiyatlardan istifadə 
imkanları qeyri-məhduddur. Bu “təbii nemətlərin havayı 
olması” və təbiətin qeyri-məhdud regenerasiya gücü sa-
yəsində “tullantıların – çirkləndirilənlərin” fikri haqqın-
da adi mühakimələr idi. Tarixi təcrübənin nəticələrinə
ayrı-ayrı alimlərin və tədqiqatçıların (Maltus məktəbinin 
ardıcıllarının) etirazlarına məhəl qoyulmurdu. 
Ətraf mühit və təbiətdən istifadənin iqtisadiy-
yatının məsələləri 

 
sənaye istehsalı ehtiyatların məh-
dud olması, ənənəvi olaraq, iqtisadiyyat elminin təhlil 
obyekti olmuşdur. İqtisad elmi məhdudiyyətlər çərçivə-
sində sahibkarlıq fəaliyyətinin təhlili üsullarına malikdir 
(dəyər nəzəriyyəsi və hüdudluq dərəcəsi nəzəriyyəsi). 
Ənənəvi iqtisadi nəzəriyyələrin gələcək inkişafı və 
onların təbii ehtiyatların əmtəə kimi keyfiyyətcə qiymət-
ehtiyatlar 
çirklənmə 
İNSAN FƏALİYYƏTİ
TƏBİƏT
 


11
ləndirilməsi – “Ətraf mühitin iqtisadiyyatının” qarşısın-
da duran əsas məsələdir. Beləliklə “Ətraf mühitin iqtisa-
diyyatı” elmi təbiətdə əşyaların dinamik, mütənasib 
dövr etməsi üçün insanın təbiətə yüksək səviyyədə sə-
mərəli təsir üsullarını öyrənən elmdir. 
Ətraf mühitin əsas məsələləri təkrar istehsal üçün 
normal təbii şəraitin saxlanmasına xərclərin artımının 
təmini və təhlili, təbii ehtiyatların və insan fəaliyyətinin 
ətraf mühitə vurduğu ziyanların qiymətləndirilməsidir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə