Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə3/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   191
etraf muhitin iqtisadiyyati

 
 


5
I FƏSİL
.
 
“ƏTRAF MÜHİTİN İQTİSADİYYATI” FƏNNİNİN 
PREDMETİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 
1.
“Ətraf mühitin iqtisadiyyatı” barədə anlayış; 
2.
“Ətraf mühitin iqtisadiyyatı” nın predmeti, metodu 
və vəzifələri; 
3. Ətraf mühitdən istifadənin iqtisadiyyatı kursunun 
əhəmiyyəti; 
4.“Ətraf mühitin iqtisadiyyatı” nın tədqiqi prob-
lemləri. 
1. “Ətraf mühitin
iqtisadiyyatı” barədə anlayış 
XX əsrin sonlarında və XXI əsrin əvvəllərində in-
san cəmiyyəti yeni sivilizasiya fazasına qədəm qoymuş-
dur. Insan cəmiyyətinin bütün tarixi inkişaf dövründən 
XX əsrin ortalarına qədər hakim iqtisadi prioritetlər, ya-
vaş-yavaş yeni təfəkkürlərlə, yəni ekoloji təfəkkürlərlə 
əvəz olunmağa başlamışdır.
Bu yeni təfəkkürün ayrılmaz hissəsi kimi, dayanıq-
lı sosial-iqtisadi inkişaf konsepsiyası təşəkkül tapmaq-
dadır. Bu konsepsiyanın əsasını sosial sistemlərlə ətraf 
mühit arasında daha harmonik qarşılıqlı əlaqə təşkil 
edən, yəni insan cəmiyyətinin gələcək tələbatlarına ca-
vab verən və ətraf mühitin təbii-ehtiyat potensialının 
keyfiyyətinin saxlanmasını təmin edən indiki və gələcək 
nəsillərin tələbatını ödəmək qabiliyyətinə malik olan iq-
tisadiyyat formalaşdırılmalıdır. 
Beləliklə, insan cəmiyyətinin yer kürəsində gələ-


6
cək inkişafı ancaq ətraf mühitin dayanıqlı bərabərlik 
çərçivəsində mümkündür. Təbiətdən istifadə və təbiəti 
mühafizənin səmərələşdirilməsi cəmiyyətlə təbiət ara-
sında qarşılıqlı təsirlərin optimallaşdırılması problemlə-
rinin tədqiqinin labüdlüyünü və onların həlli yollarının 
axtarılmasını nəzərdə tutur. Bunlarla bərabər, təbii ehti-
yatlardan istehsalat və qeyri-istehsalat məqsədləri üçün 
istifadənin səmərəliliyi, ətraf mühitə dəyən ziyanın qar-
şısının alınması və ya onun mənfi təsirlərinin aradan 
qaldırılması məqsədilə iqtisadi üsullardan istifadənin 
aktivləşdirilməsi məsələsi gündəmə gəlir. 
Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı, 
öz daxili və xarici tərkibinə görə kompleks və çoxcəhət-
li problemlərlə üzləşir. Ona görə də, bu problem mərhə-
lələrlə həll olunmalıdır. 
“Ətraf mühitin iqtisadiyyatı” fənni iqtisadi və icti-
mai ixtisas verən Universitetlərdə və onların fakültələ-
rində ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı-
nın ayrı-ayrı aspektlərinin araşdırılmasının, onun qanu-
nauyğunluqlarının, prinsiplərinin, amillərinin və üsulla-
rının öyrənilməsi üçün məsləhət görülən tədris kursunun 
mahiyyətini təşkil edir. Buna müvafiq olaraq “Ətraf mü-
hitin iqtisadiyyatı” kursuna dair mühazirələr oxunması 
və təcrübi dərslər keçilməsi, habelə tələbələrin müstəqil 
işi bu proqrama müvafiq olaraq keçirilir. 
Kursun tədrisində əsas məsələlər təbii ehtiyatların 
iqtisadi və ya qeyri-iqtisadi qiymətləndirilməsi, təbiət-
dən qeyri-səmərəli istifadə nəticəsində hər bir ölkə iqti-
sadiyyatına dəyən iqtisadi və qeyri-iqtisadi ziyanın təyin 
edilməsi, ətraf mühit və təbii ehtiyatlardan istifadənin ən 


7
səmərəli variantlarının seçilməsi və təbiəti mühafizə 
xərclərinin mütləq və nisbi səmərəliliyinin qiymətləndi-
rilməsi, təbiəti mühafizə fəaliyyətinin və ətraf mühitin 
mühafizəsinin maddi stimullaşdırılmasının idarə edilmə-
sinin iqtisadi üsullarının öyrənilməsidir. 
Bu kurs ətraf mühit və təbiətdən istifadənin iqtisa-
diyyatına dair biliklərin tələbələrə ən yeni materiallar və 
faktlar əsasında öyrənilməsini aşılamaqda başlıca mən-
bədir. Tələbələrdə elmi işə həvəs aşılamaqlada bu kur-
sun əhəmiyyəti böyükdür. Ona görə də, icmal mühazirə-
lərdən sonra, onun öyrənilməsi baxılan məsələlərin məş-
ğələlərdə müzakirə yolu ilə də ola bilər. Bu tədbirlər tə-
ləbələrdə müstəqil tədqiqat elementlərini aşılamaq üçün 
də faydalıdır. Xalq təsərrüfatı sahələrinə aid praktiki 
dərslər gələcək mütəxəssislərin təcrübi məlumatlarını 
artırır və əldə edilən bilikləri möhkəmlədir. 
Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı 
əlaqələrinin inkişafı mərhələsində çoxsaylı ekoloji prob-
lemlərin həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın 
tarazlı inkişafı, onun ekologiyalaşdırılması və səmərəli 
idarə olunmasıdır. Bununla əlaqədar son dövrdə “Ətraf 
mühitin iqtisadiyyatı” fənni formalaşmış və bu sahəyə 
tələb artmaqdadır. Bu yeni fənnin yaradılmasında əsas 
məqsəd iqtisadiyyatın təbiətə təsirini hərtərəfli öy-
rənmək və təbiətdən səmərəli istifadənin əsas istiqamət-
lərini müəyyənləşdirməklə ekoloji tarazlığın saxlanması 
yollarını müəyyən etməkdən ibarətdir. 
Təbiətdən səmərəli istifadə edilməsi ekologiya və 
iqtisadiyyat elmlərinin iştirakı olmadan qeyri-mümkün-
dür. Bu elm sahələrinə yalnız iqtisadçılar deyil, həm də 


8
təbiətşünaslar və təbiətdən istifadə üzrə ixtisaslaşan mü-
təxəssislər də yiyələnirlər.
Hazırda ətraf mühit və təbiətdən istifadənin iqtisa-
di və ekoloji məsələlərinə dair müstəqil fənnlər: 
“Ekoloji menecment”, “Ekoloji audit”, “Ekoloji 
marketinq” və s. mövcuddur. Bu dərslikdə yuxarıda adı 
çəkilən sahələr üzrə geniş məlumat verilməsə də, ətraf 
mühit və təbiətdən istifadənin iqtisadiyyatı və ekoloji 
məsələləri ətrafında ümumi nəzəri, metodoloji və elmi-
metodiki məsələlər əhatə olunmuşdur. 
Qeyd etməliyik ki, ətraf mühit və təbiətdən istifa-
dənin iqtisadi və ekoloji əsasları hüquqi əsaslara da ma-
likdir. Hüquqi əsaslar ətraf mühit məsələsində xüsusi 
yer tutmaqla təbiətdən istifadə sahəsində iqtisadi və 
ekoloji biliklərin geniş təhlilinə ehtiyac yaradır. 
“Ətraf mühitin iqtisadiyyatı” fənnində bir çox mə-
sələlər təhlil edilir: tarazlı inkişaf konsepsiyasının ətraf 
mühit və təbiətdən istifadənin tədqiqində yeri; ekoloji-
iqtisadi tələblər və bu sahədə qanunauyğunluqlar; bazar 
münasibətlərinin təbiətdən istifadədə yeri və əhəmiyyə-
ti; təbii ehtiyatların qiymətləndirilməsi; proqnozlaşdırıl-
ması və planlaşdırılması; ekoloji və iqtisadi dəyərlərin 
qiymətləndirilməsi; çirkləndirməyə görə ödəmələr; ma-
liyyələşdirmə və ekoloji sahibkarlıq; təbiətdən istifadə-
nin idarə edilməsi və s. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə