Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


 “Ətraf mühitin iqtisadiyyatı” nın predmeti



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə6/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   191
etraf muhitin iqtisadiyyati

 
2. “Ətraf mühitin iqtisadiyyatı” nın predmeti
metodu və vəzifələri 
“Ətraf mühitin iqtisadiyyatı” elmi yeni bir elm sa-
həsidir. Bu elmin ayrı-ayrı ideyaları hələ çox keçmişdən 
tətbiq edilirdi. Qədim Maqadaha hind imperiyasının 
hökmdarı Aşokanın (e.ə. 268-232-ci illər) hakimiyyəti 
dövründə, bir çox heyvan və quşlar mühafizə olunmuş, 
boğaz və cavan heyvanların ovlanması qadağan edilmiş-
dir. Eramızın başlanğıcında İngiltərədə şimal maralları 
və çöl donuzları azaldığından bu heyvanların ovlanması 
ciddi qadağan olunmuş, hətta onları ovlayanlar ölümlə 
cəzalanmışlar. 
İbtidai icma quruluşunda yeganə təsərrüfat sahəsi 
ovçuluq sayılırdı. Buna görə də insanların dolanacağı 
ovun müvəffəqiyyətlə keçməsindən asılı idi. Balıqların, 
quşların və vəhşi heyvanların artması üçün bir növ ya-
saq yerləri ayrılır, müəyyən vaxtlar heyvan ovu qadağan 
edilirdi. Quldarlıq cəmiyyətində təbiətin mühafizəsi mə-
sələsinə diqqət yetirilirdi. 


12
Feodalizmdə təbiətin mühafizəsi məsələsinə qul-
darlıq cəmiyyətində olduğuna nisbətən bir qədər çox 
diqqət yetirilirdi. Feodallar torpağın, meşələrin və vəhşi 
heyvanların öz nəsilləri üçün də qorunması qayğısına 
qalırdılar. Aşağı təbəqədən olan adamlar zadəganlara 
məxsus yerlərdə ov etdikləri üçün hətta ölümlə cəzalan-
dırılırdılar. Feodalların heyvanları qorumaq barədə çı-
xartdıqları qanunlar müsbət nəticələr verirdilər. Avropa-
da zebr, xallı maral və nəcib maralların nəsli bu qanun-
ların sayəsində kəsilməmişdir. Hələ vaxtı ilə K.Linney, 
C.Darvin təbiətə öz münasibətlərini bildirmişlər. Fransa 
alimi Jan Jak Russo (1712-1778) insanın təbiətə təsirini 
göstərmişdir. 
1864-cü ildə Amerikalı Corc Marşın “İnsan və tə-
biət” adlı kitabı dərc edildi. Bu kitabda insanın təbiətə 
mənfi təsiri nəticəsində təbiətin müvazinətinin pozulma-
sı qeyd olunurdu. 1872-ci ildən dünyada ilk Yellouston 
Milli parkı yaradıldı. Vəhşi heyvanları Mühafizə Cə-
miyyəti təşkil edildi. 1910-cu ildə Cenevrədə təsis 
edilmiş Təbiəti Mühafizə Cəmiyyəti böyük şöhrət 
qazandı. Həmin cəmiyyətin banisi Saradaşın təşəbbüsü 
ilə 1913-cü ildə Bern şəhərində təbiətin mühafizəsi üzrə 
1-ci Beynəlxalq müşavirə çağırıldı. XVIII-XIX əsrlərdə 
kapitalizmin istehsal üsulunun inkişafı ilə əlaqədar 
olaraq təbii sərvətlərin vəhşicəsinə istismarı başlandı. 
Avropalılar Amerikaya gəldikdən sonra böyük sahələr-
də meşələri və heyvanları amansızcasına qırırdılar. Qısa 
dövr ərzində meşələr məhv edilmiş, torpaq eroziyası ge-
niş miqyas almışdı. Milyonlarla bizondan bir neçə yüzü 
qalmışdı. 


13
XIX əsrin sonu XX əsrin əvvəli bütün dünyada tə-
biətin mühafizəsi hərəkatı başladı. 
XX əsrin I yarısında təbiətin mühafizəsinə dair bir 
sıra qərarlar qəbul edilmişdir. 1911-ci ildə Yaponiya, 
Rusiya, Kanada və ABŞ arasında dəniz heyvanlarının 
mühafizəsi haqqında ilk beynəlxalq saziş imzalandı. La-
kin, təbiətin mühafizəsinə dair qərarlar həyata keçirilmir 
və hətta lağa qoyulurdu. 
Rusiyada təbiətin mühafizəsinə dair ilk yazılı fər-
manlar XI-XII əsrlərdə verilmişdir. XIII əsrdə knyaz 
Vladimir Volınski Belovejskaya meşəsi qoruğunun əsa-
sını qoymuşdur. XI-XVII əsrlərdə Rus dövlətinin cənub 
meşə sərhədlərində hərbi əhəmiyyətli qoruq meşələri 
yaradılmışdı. Bu meşələrdə ağaclar düşmən gələ biləcək 
tərəfə yıxıldığı üçün atlı qoşunların keçə bilmədiyi sədd 
əmələ gəlmişdir. Mühafizə dəstəsinin əsgərlərindən baş-
qa heç kim bu meşələrə buraxılmadığından iri heyvanlar 
yaxşı qorunurdu. 
Çar fərmanlarında xəz dərili heyvanların ovlanması 
sahəsində məhdudiyyətlər qoyulurdu. Çar Aleksey Mi-
xayloviç hökmdarlığı dövründə verilmiş fərmanlarında 
ov müddəti, ov qadağan olunan zonalar, qanunu pozan-
lara qarşı cəza tədbirləri müəyyən edilmişdir. 
I Pyotrun dövründə təbiətin mühafizəsi ümumdöv-
lət xarakteri almışdır. Çar meşələrin qorunmasına xüsusi 
diqqət yetirirdi. Seyrək meşə rayonlarından ağaclardan 
odun kimi istifadə olunması qadağan edilmişdir. I Pyotr 
cənub rayonlarında meşələr salınması barədə fərman 
vermişdir. 1720-ci ildə Həştərxanın qubernatoru palıd 
meşəsi salmaq haqqında göstəriş almışdır. Moskva və 


14
Peterburqda botanika bağı salınmışdı. I Pyotr digər təbii 
sərvətlərin mühafizəsi, məsələn çay suyunun təmizliyi, 
amansızcasına balıq ovunun qadağan edilməsi, balıqla-
rın kürü tökən yerlərinin mühafizəsi, torpağın qorunma-
sı və s. haqqında bir sıra qərarlar vermişdir. Rusiyada 
feodalizmin dağılması və kapitalizmin inkişafı ilə əlaqə-
dar olaraq meşələri, vəhşi heyvanları, quşları və balıqla-
rı geniş miqyasda, kütləvi surətdə qırmağa başladılar. 
Bir çox heyvan növlərinin (qunduz, samur və s.) sayı 
sürətlə azaldı. 
Rusiyada alimlər təbiətin mühafizəsi uğrunda ge-
niş müqayisə aparmağa başladılar. XVIII əsrdə meşələ-
rin qırılması və ovu məhdudlaşdırılan qanun verildi
1857-ci ildə heyvanların iqlimləşdirilməsi və quşların 
mühafizəsi ideyası irəli sürüldü. Təbiətin mühafizəsi üz-
rə ilk cəmiyyətlər yaradıldı. “Xarkov təbiət həvəskarları 
cəmiyyəti” 1913-1914-cü illərdə təbiətin mühafizəsi üz-
rə Rusiyada ilk sərgi təşkil edildi. 
Ətraf mühitin və təbii sərvətlərin qorunması müha-
ribə və sülh problemlərindən sonra bəşəriyyət qarşısında 
duran ən vacib problemdir. Çünki, insan yaranan gün-
dən (1-5 mln. il) təbiətə təsir edir. Müasir dövrdə isə el-
mi-texniki inqilab insanın təbiətə təsirini daha da güc-
ləndirmişdir. Təbiətdən asılılıq azalıb, təbii sərvətlərdən 
istifadə isə asanlaşmışdır. Müasir elmi-texniki inqilab 
yaşadığımız mühitə həm də mənfi təsir edir: sular, hava 
və torpaq çirklənir, yararsız hala düşür, canlı aləm üçün 
təhlükəli vəziyyət yaranır. İndi insanlar yerin daha də-
rinliklərini öyrənməyə cəhd edir, dəniz və okeanların di-
binə nüfuz edirlər, kosmosa, digər planetlərə yol açırlar. 


15
Planetimizdə isə artıq insan ayağı dəyməyən yer yoxdur. 
30-50-ci illərdə hökm sürən “təbiətdən mərhəmət 
gözləməyin, onu özünüzə tabe edin” şüarı artıq indi in-
san cəmiyyətinə qarşı yönəlib, insan cəmiyyətindən inti-
qam alır. Elə bir dövr gəlib çatıb ki, indi hamı “ekologi-
yadan” danışır. 
Doğrudur, ətraf mühitin qorunmasına aid çoxlu qə-
rarlar verilmişdir. Lakin, keçmişdə olduğu kimi indi də 
bu qərarlar həyatda özünə lazımi, əsaslı yol aça bilmə-
mişdir. Fabrik və zavodlarda, müəssisələrin layihələndi-
rilməsi və tikilməsində yeni kəşflərin tətbiqində, bataq-
lıqların qurudulmasında, çay kanallarının çəkilməsində, 
nəqliyyatın inkişafında texnoloji proseslərdə və sairədə 
ekoloji qanunauyğunluqlar heç də həmişə nəzərə alın-
mamışdır. Məsələn, 1960-cı illərdə Gəncədə alüminium 
zavodu, Sumqayıtda kimya zavod tikilərkən heç kimin 
ağlına da gəlmirdi ki, bu müəssisələrin tullantıları mühi-
timizi ölü vəziyyətə salacaq. Vəziyyətin keşiyində dur-
malı olan təşkilatlar da bu məsələyə öz münasibətini bil-
dirməlidirlər, sanitar mühafizə zonalarının təşkilinə 
əməl etməlidirlər. Başımızın üstünü kəsən diktatorlar, 
amirlik üsulları, şişirdilmiş planlar verən vəzifə düşkün-
ləri partiya adından ancaq hər şeyi tələb etməyi ba-
carırdılar. Bir qayda olaraq, standart şüarlar mövcud idi. 
Beşillik planı 4 ildə, illik planı vaxtından əvvəl, 7 no-
yabra kimi yerinə yetirmək plenum və ya qurultayın şə-
rəfinə əlavə öhdəliklər götürməsi və s. kimi şüarlar illər 
uzunu mühitimizin korlanmasına, təbii sərvətlərin tü-
kənməsinə səbəb olmuşdur. Alqışlar altında yerinə yeti-
rilən saxta planlar və sərvətə biganə münasibətə səbəb 


16
olmuşdur. Bir çox canlılar arasında qırılmış qida zənci-
rinin bərpası isə mümkün deyildir. Çünki, həyatda baş 
verən bütün hadisələr bioloji proseslərdir. Bu proseslər 
bir-biri ilə qarşılıqlı əlaqədə olub, bioloji zəncir təşkil 
edir. Canlıların həyatı da bioloji zəncirə tabedir, burada 
əsas əlaqə zənciri onun qidası və yaşadığı mühitdir. Bu 
zəncir qırıldıqda canlının yaşaması mümkün olmur o, ya 
həyatdan silinir, ya da “Qırmızı kitab”a düşür. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə