35
ədəbiyyatlarda başqa təyinatlar da mövcuddur. Məsələn
ƏMİ iqtisadi elm sahəsi olur, cəmiyyətin və ətraf mühi-
tin qlobal, regional, milli və yerli (lokal) səviyyələrdə
qarşılıqlı təsir məsələlərinin sosial-iqtisadi aspektlərini
öyrənir.
Ətraf mühit və təbiətdən istifadə hər hansı
bilik
(elm) sahəsi olmaqla özündə təbiət, ictimai və texniki
elm sahələrinin elementlərini cəmləşdirir və təşkilati cə-
hətdən digər bilik (elm) sahələri içərisində fizika, coğra-
fiya,
biologiya, ekologiya kimi özünəməxsus yer tutur.
Bir çox tədqiqatçılar deyilənləri təbiət elmləri sisteminə
aid edirlər. Əslində deyilən sahənin coğrafiya və coğrafi
ekologiya elminə aid edilməsi daha məqsədə müvafiq-
dir. Çünki coğrafiya elmlər sistemi fiziki,
iqtisadi-so-
sial-siyasi prosesləri əhatə etməklə ətraf mühitin müha-
fizəsini də özündə birləşdirir. Hətta keçmiş SSRİ-də
Elmlər Akademiyası sistemində elmlərin təsnifatı tərtib
edilərkən təbiətdən istifadə Yer haqqında elmlər bölmə-
si ilə İctimai elmlər bölməsi arasında yerləşdirmək məs-
ləhət olunmuşdu.
Ətraf mühitin iqtisadiyyatını ekoloji əsaslarla iqti-
sadi elmlər
sahəsi kimi qəbul etdikdə, burada müvafiq
elmlərarası əmək bölgüsünə istinad etmək lazım gəlir.
Ətraf mühitin iqtisadiyyatının predmeti
insanların öz
tələbatlarını ödəmək üçün təbii sərvətlərin istifadəsində,
mühafizəsində, artırılmasında və habelə ekoloji-iqtisadi
qanunauyğunluqlardan istifadə prosesində yaranmış mü-
nasibətləri araşdırmaq, tədqiq etmək və öyrənməkdir.
Ətraf mühitin iqtisadiyyatının
bilavasitə predmeti get-
dikcə artan təbii-sərvətlər potensialının məhdudluğu şə-
36
raitində ətraf mühitin keyfiyyətinin bərpası (qorunması)
və ətraf mühitin mühafizəsi kimi istiqamətləndirilmə-
lidir.
Dostları ilə paylaş: